booked.netbooked.net booked.net  

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

Tezadlar.az CBC- İdman- a istinadla bildirir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək. Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq.

"Qarabağ"ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtar”(Ukrayna)dır.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə İsveç təmsilçisi “Hekken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla “H” qrupunda ikinci yeri tutaraq pley-offa yüksəldi. 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA