Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

Tramvay xəttinin tikintisinə 200 milyon manatdan çox pul ayrılır

Dünyada ən qədim ictimai nəqliyyat olsa da, hələ də tramvaya maraq yüksəkdir, çünki əhalinin daha çox yaşadığı iri şəhərlərdə ekologiyanın qorunmasında böyük rola malikdir… Elə buna görə də Tbilisi şəhərində Böyük Diğomdan “Didube” metro stansiyasına qədər uzanacaq tramvay xəttinin tikintisi 2026-cı ilin sonuna qədər tamamlanmalıdır. Tezadlar.az xəbər verir ki, bu barədə məlumat Tbilisi Bələdiyyəsinin 2026-cı […]

ABŞ Zelenskinin Şükranlıq günündən əvvəl Ukrayna planını imzalamasını gözləyir – “FT”

Lakin Kiyev bəzi məqamlarla qəti şəkildə razılaşmır Ağ Ev administrasiyası Kiyev lideri Vladimir Zelenskinin 27 noyabr Şükranlıq günündən əvvəl Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi sülh planını imzalamasını gözləyir. Tezadlar.az xəbər verir ki, “The Financial Times” bu barədə 20 noyabrda Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. “Amerika rəsmiləri Zelenskinin gələn həftə ‘Şükranlıq günündən əvvəl’ müqaviləni […]

Spartak Qukasyan saxlanıldı

Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Spartak Qukasyan bir qrup şəxslə birlikdə informasiya texnologiyalarından istifadə edərək xuliqanlıq etməkdə şübhəli bilinir. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırılıb. Qeyd edək ki, oktyabr ayında Spartak Qukasyana qarşı hədə-qorxu ilə […]

Eldəniz Zeynalovun qızı ağır həyat sınaqlarından danışdı

Xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova “Xəbərshow”a verdiyi açıqlamada illərdir üzləşdiyi ağır həyat sınaqlarından danışıb. Tezadlar.az-ın məlumatına görə, bildirib ki, məşhur aktyorun vəfatından sonra qısa müddətdə anasını da itirib. Ardınca isə ailənin gənc oğlu ciddi xəstəliyə tutulub. Gülbəniz xanım qardaşını sağaltmaq üçün bütün imkanlarını səfərbər etdiyini, hətta ata ocağını belə satdığını deyib. Lakin göstərilən […]

Agentlik faciə ilə bağlı açıqlama yaydı

Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb. Tezadlar.az xəbər verir ki, açıqlamada deyilir: “Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub. Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal […]

“Bez Bebek”dəki “Yağmur”dan Evrim Akına ağır iddialar

Türkiyədə 2007-2010-cu illərdə yayımlanan “Bez Bebek” serialında “Yağmur” obrazını canlandıran Asena Keskinin serialın baş rol ifaçısı Evrim Akına illər sonra səsləndirdiyi iddialar gündəm olub. Tezadlar.az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videoda Keskin uşaqlığı ilə bağlı təfərrüatı paylaşaraq, Evrim Akının o vaxtdan bəri atası ilə birlikdə olduğunu iddia edib. O, həmçinin bildirib ki, valideynlərinin boşanması […]

Vüqar Bayramov: “Azərbaycanın sosial xərcləri Ermənistan büdcəsini üstələyir”

“Bəzi marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlərlə müqayisə edərək yanlış fikirlər formalaşdırmağa çalışır”. Tezadlar.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib. O deyib ki, gələn il […]

Londondakı “New Bond Street” dünyanın ən bahalı ticarət küçəsi seçildi

Londonda yerləşən “New Bond Street” 2024-cü ilin nəticələrinə əsasən, dünyanın ən bahalı ticarət küçəsi elan olunub. Tezadlar.az xəbər verir ki, bu barədə “Cushman & Wakefield” şirkətinin illik “Dünyanın aparıcı ticarət küçələri” hesabatında bildirilir. Məlumata görə, son bir ildə “New Bond Street”də kommersiya sahələrinin icarə qiymətləri 22 faiz artaraq kvadratmetr üçün 20 482 avroya (40 min […]

Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyev əlaqələri yenidən gündəmdə – VİDEO

Sosial şəbəkələrdə sabiq millət vəkili, hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəyli barədə diqqətçəkən video yayılıb. Tezadlar.az xəbər verir ki, paylaşılan görüntülərdə Gültəkin Hacıbəyli deputat olduğu dövrdə Ramiz Mehdiyev haqqında böyük sevgi və pərəstişlə danışır. O, Ramiz Mehdiyevin əsl insan sərrafı olduğunu vurğulayır. Mehdiyev haqqında şövqlə danışan keçmiş deputat onu “dövlətə bağlı şəxs” kimi təqdim edir. […]

Budanov: Putinin oxşarları rəsmi tədbirlərdə iştirak edir

Rusiya prezidentinin iştirak etdiyi rəsmi tədbirlər bəzən Rusiya Federasiyasının müxtəlif bölgələrində yarım saatlıq fasilələrlə baş verirdi. Rusiya prezidenti Vladimir Putinin oxşarları var və bunlar dövlətin liderinin vaxtını və ya həyatını xilas etmək üçün istifadə olunur. Tezadlar.az-ın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu barədə “Kanal 24″ə verdiyi müsahibəsində danışıb. Bu […]

Aİ: Rusiyayla sülh planı Ukraynanın razılığı olmadan mümkün deyil

Rusiya və Ukrayna arasında hər hansı sülh razılaşmasının şərtləri həm Kiyevin, həm də Avropa İttifaqının dəstəyini almalıdır. Tezadlar.az-ın Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasının yekununda bəyan edib. Jurnalistlərin Ukraynada sülh yolu ilə nizamlanmaya dair ABŞ-nin […]

Şəhid məzarlarından oğurluq edən yeniyetmələr saxlanıldı

Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub. Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı […]

Azərbaycan güləşçiləri Ər-Riyadda iki gümüş medal əldə etdi

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Tezadlar.az-ın məlumatına görə, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Qeyd edək ki, digər təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

Ağcabədidə ağır qəza: iki nəfər öldü

Ağcabədidə yük maşını avtomobillə toqquşub, iki nəfər ölüb. Tezadlar.az-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi Ağcabədi rayon Qaradolaq kəndi ərazisində baş verib. “GAZ”el markalı yük maşını hərəkətdə olarkən “VAZ” 21015 markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və […]

Brüssel Vaşinqtonun ərazi güzəşti təklifini rədd etdi

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ tərəfindən irəli sürülən Ukrayna münaqişəsinin həlli planına qarşı çıxıblar. Tezadlar.az-ın məlumatına görə, bunu “Reuters” agentliyi mənbələrə istinadən bildirib. Məlumata əsasən, plan Ukraynanın ərazi güzəştlərini və qismən silahsızlaşdırılmasını nəzərdə tutur. Brüsseldə toplaşan Aİ xarici işlər nazirləri hələ açıqlanmayan ABŞ planını ətraflı şərh etməsələr də, Kiyevin getməli olduğu güzəştləri qəbul etməyəcəklərini bildiriblər. […]

Samir Bağırovu görəndə ağlayan gənc qız

Müğənni Samir Bağırov “Öz aramızda” verilişində qonaq olarkən pərəstişkarı ilə yaşadığı yaddaqalan hadisədən danışıb. Tezadlar.az-ın məlumatına görə, sənətçi bildirib ki, bir dəfə gənc bir qız ona yaxınlaşaraq göz yaşlarını saxlaya bilməyib. Samirin sözlərinə görə, qızın bu reaksiyası əvvəlcə ona qəribə gəlsə də, səbəbini öyrənəndə duyğulanıb: “Gənc bir xanım ağlayaraq mənə yaxınlaşdı. Təəccübləndim, çünki onun yaşında […]

Ruben Vardanyan işi üzrə məhkəmə davam etdirildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan […]

Şəbnəm Rzayevadan bir gündür xəbər yoxdur

Gəncədə 40 yaşlı qadın itkin düşüb. Tezadlar.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya itkin düşən 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm Məzahir qızının yaxınları məlumat verib. Bildirilib ki, qadın dünən günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. İlkin məlumata görə, qadın əsəb xəstəliyindən əziyyət çəkir. Evdən çıxarkən üzərində qara gödəkçə, göy rəngdə cins şalvar […]

Zaxarova: 2020 və 2023-cü illərdə qan tökülməsini Putin dayandırdı

Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyi açıq və ardıcıldır. Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Rusiyanın səylərinin regionda dayanıqlı sülhə nail olunmasına və regionun çiçəklənməsinə istiqamətləndiyini vurğulayıb. Zaxarova Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində 2020 və 2023-cü ildə Qarabağda qan tökülməsini dayandırmağa nail […]

Azərbaycanda ipoteka kreditləri 3,7 milyard manata çatdı

Bu günə qədər Azərbaycanda dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib. Bu barədə Tezadlar.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Məlumata görə, bunun 1 milyard 16 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşür. Qeyd edilib ki, 2020-ci ildən başlayaraq ölkədə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər […]

ABŞ sanksiyaları Rusiyanı əsas Avropa bölgəsindən çıxarır – “Bloomberg”

Bolqarıstan hökuməti “Lukoyl” şirkətinə məxsus böyük neft emalı zavodunun nəzarətini ələ keçirib. Serbiya potensial olaraq ərazisindəki Rusiya aktivləri ilə də eyni şeyi edə bilər. Bu hadisələr Rusiyanın Putinin Ukraynaya müdaxiləsi səbəbindən vacib bir bölgədə təsirini necə itirdiyini göstərir. Tezadlar.az “Bloomberg”-ə istinadən xəbər verir. Nəşrin müəllifləri xatırladırlar ki, ötən ay ABŞ-ın Rusiya neft sənayesinə qarşı sanksiyaları […]

Hakimliyə namizədlərin yazılı imtahan tarixi açıqlanıb

Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin yazılı imtahan verəcəyi tarix məlum olub. Tezadlar.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb. Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanan 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108) yazılı […]

ABŞ ordu naziri Kiyevdə Zelenski ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Den Driskoll və bir neçə amerikalı generalın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbəyə istinadən bildirib. Qeyd olunub ki, tezliklə daha geniş formatda növbəti görüş başlayacaq. Bu görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak edəcək.

Ermənistan parlamenti 28 noyabr iclasında ratifikasiya məsələsinə baxacaq

Gələn həftə Ermənistan parlamentinin növbədənkənar iclasında Avropa İttifaqının (Aİ) böhranların idarə edilməsi üzrə əməliyyatlarında ölkənin iştirak çərçivələri haqqında sazişin ratifikasiyası nəzərdən keçiriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. İclas noyabrın 28-nə planlaşdırılıb. Gündəliyə cəmi bir məsələ – “Ermənistanın Avropa İttifaqının böhranların idarə edilməsi əməliyyatlarında iştirak çərçivələrinin müəyyənləşdirilməsi haqqında” sazişin ratifikasiyası məsələsi daxil […]

Lukaşenko: Zelenski Qərbin korrupsiya təzyiqi ilə postunu itirə bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada baş verən korrupsiya qalmaqalı fonunda Qərbin Ukrayna Prezidenti Volodimir Zelenskini hakimiyyətdən kənarlaşdıra biləcəyini iddia edib. Tezadlar.az xəbər verir ki, Lukaşenko bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) yayımladığı materiallara münasibət bildirərkən deyib. Lukaşenko bildirib ki, qalmaqal Kiyev hakimiyyətini Avropa İttifaqı və ABŞ qarşısında daha həssas duruma salıb: “İndi onları xaricdən, okeanın […]

Əkizlər, Şir və Oğlaq – bu gün xüsusi ehtiyatlı olun

Əziz xəyallarınızı gerçəkləşdirməyə və cəsarətli peşəkar layihələr həyata keçirməyə imkan verən müsbət enerjili bir gündür. Tezadlar.az-ın məlumatına görə, bununla belə, öz gücünüzü hiss etmək əks nəticə verə bilər – özünüzə arxayınlaşmaq və fırıldaqçıların qurbanı olmaq riski yüksəkdir. Bu gün, 20 noyabr, bütün bürc əlamətlərinin nümayəndələri fırıldaqçılığın qurbanı ola bilərlər, lakin onlardan üçünün başqasının mənfi təsiri […]

Mağazadan telefon oğurladı, psixotrop maddə ilə tutuldu

Sumqayıt şəhərində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. Tezadlar.az xəbər verir ki, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq […]

Zelenski Pentaqon nümayəndələri ilə görüşündə bunları müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Den Driskoll və bir neçə amerikalı generalın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Tezadlar.az  xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” özəl mənbəyə istinadən bildirib. Qeyd olunub ki, tezliklə daha geniş formatda növbəti görüş başlayacaq. Bu görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak […]

Nikol Paşinyan Astanaya rəsmi səfərə gedib – FOTO

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan  Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib. Tezadlar.az xəbər verir ki,  bu barədə  Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. 21 noyabr səfəri çərçivəsində ikitərəfli əməkdaşlığın cari məsələləri ilə bağlı bir sıra görüşlər planlaşdırılır. JASMİN

Sağ ayaq uğur, sol ayaq xaosmu gətirir?

Səhər hansı ayaqla qalxmaq günün uğurlu və xoş keçməsinə təsir edirmi? Tezadlar.az bu xalq inancı ilə bağlı maraqlı məlumatları təqdim edir: Deyirlər ki, günün necə keçəcəyi, yuxudan oyandıqdan sonra atacağınız ilk addımdan asılıdır. “Səhər yataqdan sol ayaqla durmaq” ifadəsi hamıya tanışdır, lakin çox az adam bilir ki, onun arxasında qədim xalq inancları dayanır. Doğrudanmı, ayaq seçimi gün ərzində […]

Erməni ekspertlər Bakıdadır

Bakıda noyabrın 21-22-də Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata əsasən, ekspertlər İrəvan-Bakı marşrutu üzrə çarter reysi ilə Azərbaycana gələcəklər. “Dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları aktivləşdirəcək və etimadın qurulması üçün mexanizmlər yaradacaq”, – məlumatda qeyd olunub.

2026-cı il üçün dövlət büdcəsi ilə balı qanun layihəsi qəbul edilib – gəlirləri 38,6 milyard, xərcləri 41,7 milyard manat nəzərdə tutulub

Noyabrın 20-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər. Tezadlar.az  Milli Məclisin saytına xəbər verir ki,  plenar iclasda 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib. Müzakirələrdə parlamentin komitə sədrləri Sadiq Qurbanov, Hicran Hüseynova, Siyavuş Novruzov, Arzu Nağıyev, Şahin İsmayılov, Əli […]

Polşanın Rusiya Baş Konsulluğunu bağlaması əlaqələrə xələl gətirmək məqsədi daşıyır – Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi respublikada “mağaraya bənzər rusofobiyanın” hökm sürdüyünü qeyd edib Rusiya tərəfi Polşanın Qdanskdakı Baş Konsulluğunu bağlamasını Varşavanın ikitərəfli münasibətləri pozmaq siyasətinin təzahürü kimi qiymətləndirir. Tezadlar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu brifinqdə deyib. “Polşa hakimiyyətinin bu son düşmənçilik hərəkətini Polşada hökm sürən mağaraya bənzər rusofobiya […]

Mikayıl Cabbarov İsraildə bir sıra görüşlər keçirib – tərəfdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə işgüzar səfər edib. Səfər çərçivəsində İsrail rəsmiləri ilə bir sıra görüşlər keçirilib, tərəfdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb. İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Zeev Elkin ilə görüşdə İsraillə müxtəlif istiqamətlər üzrə əlaqələrin yüksələn xətlə inkişaf etdiyi […]

AQTA “8-ci km” bazarındakı antisanitariya ilə bağlı rəhbərliyə xəbərdarlıq edib – VİDEO

Bakı şəhəri, Nizami rayonu, “8-ci km” bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir. Tezadlar.az xəbər verir ki, bu barədə AQTA-nın məlumatında deyilir. Qeyd edilir ki, bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə, müvafiq […]

Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçiriləcək

Noyabrın 21-də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçiriləcək. Tezadlar.az  bu barədə Medianın İnkişafı Agentliyinə istinadla xəbər verir. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək […]

Umerov Ukraynaya qayıtdı

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi xaricdə planlaşdırılmış rəsmi missiyada idi Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MMTŞ) katibi Rüstəm Umerov Ukraynaya qayıdıb. Tezadlar.az bildirir ki, bu barədə ZN.UA mənbələrə istinadən məlumat verib. Nəşr xatırladıb ki, bir neçə gün əvvəl Umerov mübadilə prosesinin bərpası ilə bağlı müzakirələr aparmaq üçün İstanbula getdiyini açıqlayıb. Bundan sonra mediada Ukrayna […]

Zelenski “Xalqın Xidmətçisi” ilə görüşəcək

Mənbələrə görə, görüşün ilkin olaraq bu axşam saat 20:00-da başlaması planlaşdırılır Ukrayna Prezidenti Vladimir Zelenskinin bu axşam “Xalqın Xidmətçisi” fraksiyasından olan parlament üzvləri ilə görüşü planlaşdırılır. Tezadlar.az-ın UNIAN-a istinadən verdiyi məlumata görə, Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin əvvəlcə görüşün bu axşama təyin olunduğunu açıqlayıb. “Bu axşama planlaşdırılır”, – Litvin bildirib. Eyni zamanda, “Xalqın […]

Elektrik enerjisi dispetçer tarifinin artırılması iqtisadiyyata ciddi təsir göstərəcək – ICC Ukrayna

Beynəlxalq Ticarət Palatası qeyd edir ki, belə bir artım əsassızdır Milli Enerji Tənzimləmə Komissiyası tərəfindən təsdiqlənən və elektrik enerjisi dispetçer tarifini 11% artıran qanun layihəsi iqtisadiyyat üçün çox ciddi nəticələrə səbəb olacaq, çünki bu, real sektordan təxminən 1,5 milyard qrivna vəsaiti boşaldacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət Palatasının Ukrayna Milli Komitəsi (ICC […]

“Milli musiqi alətlərimiz Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçasıdır”

Noyabrın 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu öz işinə başlayıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanasından tezadlar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən ADPU-nun prorektoru professor Mahirə  Hüseynova AMEA-nın 80 illik yubileyi ərəfəsində keçirilən elmi tədbirlərin, simpoziumların böyük elmi və mənəvi əhəmiyyət […]

Polkovnikin maşınını partladan 25 il həbs cəzasına məhkum edildi

İkinci Qərb Dairə Hərbi Məhkəməsi 2024-cü ilin iyul ayında Moskvanın şimalında polkovnikin maşınını partlatmaqda ittiham olunan TVS Özbəkistan məlumat bankının keçmiş analitiki (Rusiyada terrorçu və ekstremist kimi siyahıya alınmış) Yevgeni Serebryakovu 25 il həbs cəzasına məhkum edib. Tezadlar.az bildirir ki, ba barədə TASS-ın müxbiri məhkəmə zalından xəbər verir. Hakim bildirib ki, “Yevgeni Serebryakov günahkar bilinsin […]

Məktəblərdə müəllimlərin iş rejimi necə olmalıdır ki…

…Xeyli vaxtdır ki, məktəblərdə müəllimlərin iş rejiminin təkmilləşdirilməsi haqqında müzakirələr gedir. Təbii ki, Təhsil nazirliyinin bütün cəhdləri təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir və son tədbirlər xeyli effekt verir. Amma süni intellect erasında Azərbaycan məktəblərində müəllimlərin 9:00–18:00 rejimində işləməsi ideyası, dünya təcrübəsi və süni intellekt dövrünün tələbləri ilə müqayisədə səmərəlilik baxımından ciddi suallar doğurur. Ən qabaqcıl ölkələrin […]

Rusiya pilotsuz təyyarəsini vurma ehtimalı daha yüksəkdir: Şmıqal xüsusi döyüş başlığı olan patronlar haqqında danışdı

Dron əleyhinə patronlar rusların FPV və “Mavik”lərinə daha effektiv şəkildə qarşı çıxmağa imkan verəcək. Tezadlar.az-ın məlumatına görə, Ukraynanın müdafiə naziri Denis Şmıqalın Telegram kanalında bildirib ki, Ukrayna müdafiəçiləri üçün dron əleyhinə patronların istehsalı genişləndirilir. Müdafiə Nazirliyi bir neçə Ukrayna istehsalçısından bu cür patronları kodlaşdırıb. Onlar kütləvi istehsala hazırdır. “Dron əleyhinə patronlar sayəsində Ukrayna qoşunları düşmən […]

Ryazan Neft Emalı Zavoduna və Donetsk bölgəsindəki işğalçıların cəmləşdiyi əraziyə zərbələr endirilib – Baş Qərargah

20 noyabr gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Ryazan bölgəsindəki Ryazan Neft Emalı Zavoduna ikinci atəş zərbəsi endirib. Tezadlar.az xəbər Silahlı Qüvvələrin Baş Qərargahının məlumatına görə, ikinci dərəcəli neft emalı qurğularının yaxınlığında hədəfə dəyən zərbə və yanğın qeydə alınıb; zərərin miqdarı müəyyənləşdirilir. Baş Qərargah vurğulayıb ki, ildə 17,1 milyon ton neft layihə gücünə malik Ryazan […]

İki qatar toqquşub: onlarla insan yaralanıb

Çexiyada iki qatar toqquşub, nəticədə, ən azı 57 nəfər yaralanıb, onlardan beşi ağır vəziyyətdədir. Tezadlar.az xəbər verir ki, “Radio Praqa” Beynəlxalq Radiosunun məlumatına görə, bu səhər tezdən Çeşke Budeyovice bölgəsindəki Zliva və Devçice şəhərləri arasında ekspress qatar və şəhərətrafı qatar toqquşub. Cənubi Bohemiya xilasetmə xidmətinin sözçüsünün sözlərinə görə, ən azı 57 nəfər yaralanıb, onlardan beşinin […]

İran niyə Ermənistandakı ABŞ rezidenturasını yox, Azərbaycanı hədəf alır?

“Heç kimə sirr deyil ki, İranın, xüsusən də SEPAH-ın himayə etdiyi media resursları Bakıda Zəfər Günü paradında nümayiş olunan silahları mütəmadi olaraq təftiş edir. “Mashregh News” kimi saytlar nümayiş etdirilən demək olar ki, bütün silahları İsrail istehsalı adlandıraraq, hətta Çin və Rusiya məhsullarını da bu ölkənin adına çıxarır. Hər bir dövlət öz təhlükəsizliyini qorumaq və […]

Slovakiya Rusiya qazına görə Aİ-ni məhkəməyə verməyi planlaşdırır

Ölkənin baş naziri iddia edir ki, Aİ-nin Rusiya qazından imtina qərarı Slovakiyaya böyük zərər vurur Slovakiya Rusiya qazının bloka idxalını tamamilə dayandırmaq planlarına görə AB-yə qarşı məhkəmə iddiası qaldırmaq imkanını araşdırır. Tezadlar.az bildirir ki, bu barədə “Euractiv” məlumat verib. Qeyd olunur ki, Baş nazir Robert Fiko Slovakiyanın iqtisadiyyat və xarici işlər nazirlərinə lazımi hazırlıqları görməyi […]

Növbəti hərbi çağırışın vaxtı dəqiqləşdi-SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Tezadlar.az xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək […]

16 yaşlı qızın taleyi sığınacaqda nöqtələndi-FACİƏ

Dünən Bakının Binəqədi rayonunda yerləşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sığınacağında ölüm hadisəsi baş verib. Hadisə noyabrın 19-u saat 12 radələrində qeydə alınıb. Birliyin sədri, tanınmış hüquq müdafiəçisi və QHT rəhbəri  Mehriban Zeynalova hadisə ilə bağlı özünün sosial media platformasında bildirib ki, sığınacaqda yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın […]

Yunus Oğuzun dörd kitabı Türkiyə türkcəsində nəşr olundu

Tezadlar.az xəbər verir ki, tanınmış yazıçı-publisist Yunus Oğuzun dörd yeni kitabı – “Avcı”, “Atabey ve Haşhaşiler”, “Cığır” və “Cengiz Han” – Türkiyə türkcəsində işıq üzü görüb. Əsərlər Türkiyənin “Bilgə Tonyukuk Yayınları” tərəfindən nəşr olunub. Müəllifin kitablarının qardaş ölkədə çapı ədəbi əlaqələrin genişlənməsinə, həmçinin Azərbaycan tarixinin və ədəbiyyatının daha geniş oxucu auditoriyasına çatdırılmasına mühüm töhfə kimi […]

33 ildən sonra Xocalının Şuşakənd kəndinə növbə köç karvanı yola salındı-FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom-dan tezadlar.az-a bildirilib ki, Xocalı rayonunun Şuşakənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sitat: ” Bu mərhələdə Şuşakəndə 15 ailə – 54 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı […]

Nura Suri, Mədəniyyət Nazirliyi və ictimai intellektualların ən vacib məsələsi…

…Öncə bir vacib məsələni fərqləndirək. Tənqid hər bir vətəndaşın təməl hüququdur. Cəmiyyətin inkişafı, dövlət qurumlarının sağlam fəaliyyət göstərməsi və ictimai nəzarətin güclənməsi məhz tənqid mədəniyyətinə bağlıdır. Tənqid subyektiv yanaşma ola bilər, obyektivlik iddiası da daşıya bilər, lakin hüquqi nəticə doğurmur. İttiham isə hüquqi kateqoriyadır. İttiham irəli sürmək yalnız səlahiyyətli dövlət orqanlarının işidir. Bu baxımdan mediada […]

33 ildən sonra Hadrut qəsəbəsinə növbəti köç karvanı getdi!

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom-dan Tezadlar.az-a verilən məlumata görə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sitat: “Bu mərhələdə Hadrut qəsəbəsinə 17 ailə 63 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı […]

Qazaxıstanın paytaxtında epidemioloji vəziyyət pisləşib – baş sanitar məhdudiyyətlərin tətbiqinə qərar verib

Qazaxıstanın paytaxtı Astana şəhərinin baş sanitar həkimi Aygül Şaqaltayeva kəskin respirator virus infeksiyaları və qrip hallarının kəskin artması səbəbindən paytaxtda gücləndirilmiş sanitariya və epidemiya əleyhinə tədbirlərin tətbiqi barədə qərar imzalayıb. Qərar Astana meriyasının saytında dərc edilib. Tezadlar.az  Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, həmin qərara əsasən, 45-ci həftə ərzində paytaxtda 23.002 kəskin respirator virus infeksiyası […]

Ərdoğan: “Krım tatarlarına dəstəyimiz davam edəcək…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb. Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi […]

Arif Rəhimzadə: “Məhkəmə qərarı olmadan Ramiz Mehdiyev haqqında danışılanlar boş söhbətlərdir”

Bəli, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə maraqlı açıqlama ilə gündəmin qəhrəmanı olub. Sitat: “Məhkəmə qərarı olmadan Ramiz Mehdiyev haqqında danışılan sözlərin hamısı boş söhbətlərdir”. Sual olunur: Arif müəllim, Ramiz Mehdiyev barədə istintaq qərarı var və orda onun törətdiyi əməllərinə hüquqi rəy verilib… Qısası, Ramiz Mehdiyev o əməlləri tərədəndə məhkəmə qərarı […]

Millət Vəkili Musa Qasımlı Ağdamın ağ günündən yazır…

 Millət Vəkili Musa Qasımlı Ağdamın ağ günündən yazır: “Adı “ağ”la başlayan qədim şəhərimiz Ağdamın qara günü 1993-cü il iyulun 23-də başladı. Bu, şəhərin təcavüzkar Ermənistan tərəfindən sadəcə işğal edilməsi deyil, eyni zamanda barbarlığın növbəti təzahürü, evlərin təkcə damlarının yox, həm də divarlarının ağ daşlarının sökülüb daşındığı, tarix və mədəniyyət abidələrinin, qəbiristanlıqların yerlə yeksan edildiyi, daş […]

Gürcüstana minik avtomobillərinin idxalı niyə rekord həddə çatıb?- SƏBƏB

Azərbaycan kimi, Gürcüstana da minik avtomobillərinin idxalı tarixdə ən yüksək səviyyəyə yüksəlib. Tezadlar.az  xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayımlayıb. Rəsmi göstəricilərə əsasən, 2025-ci ilin yanvar–oktyabr aylarında ölkə 3.152 milyard dollar dəyərində 192 451 ədəd minik avtomobili idxal edib. Bu, 2009-cu ildən bəri qeydə alınan ən yüksək nəticədir. Sadəcə bir ilin […]

Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi və…

Xəbər verdiyimiz kimi, Xalq şairi Nəriman Həsənzadə artıq neçə gündür Mərkəzi Klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün isə şairin səhhəti barədə danışan Mərkəzi Klinik xəstəxananın baş həkimi Kamran Musayev deyib ki, “Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır-stabildir, müalicəsi davam etdirirlir”. Allah özü şəfa versin!

ABŞ Ukraynanın öz ərazilərindən imtina etməsini təklif edib?

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib. Tezadlar.az  xəbər verir ki, bu barədə “Reuters”ə iki mənbə bildirib. Onların fikrincə, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur. Mənbələr vurğulayıblar […]

Британия о “мирном плане” США: Россия может прекратить войну, выведя свои войска – Reuters

Издание Reuters сообщает о заявлении МИД Британии о том, что страна поддерживает план президента США Дональда Трампа по миру в Украине, заявляя, что Россия может прекратить войну немедленно, выведя свои войска. Как сообщает tezadlar.az, со ссылкой на Reuters-  представителя Министерства иностранных дел Великобритании, в публикации отмечается, что Великобритания заявила, что разделяет инициативу Трампа о прекращении […]

İldə 200 min pasiyentə xidmət edə biləcək Robotik Mərkəz öz işinə başladı

Bu gündən etibarən Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Bura cəlb edilən həkimlər xaricdə təhsilini bitirib ölkəyə qayıtmış həkimlərdir. Avadanlıqların təyinatlarını isə xaricdən gəlmiş mütəxxəssislər təlim edib. Tezadlar.az xəbər verir ki, bunu bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya Mərkəzi açılışı zamanı deyib. O qeyd edib ki, Reabilitasiya Mərkəzi […]

Мерц пообещал дальнобойное оружие украинской армии

Немецкий канцлер Фридрих Мерц пообещал оснастить Украину дальнобойными системами вооружения, но не дал прямого ответа по поводу крылатых ракет Taurus. Как сообщает tezadlar.az, источник “Европейская правда” со ссылкой на информагентство AFP. Прямая речь Мерца на вопрос, будет ли Германия поставлять Украине ракеты Taurus: “В последние месяцы мы интенсивно работаем с правительством Украины над реализацией проектов, которые мы […]

Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzi fəaliyyətə başlayıb

Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzi fəaliyyətə başlayıb. Tezadlar.az  xəbər verir ki, bu barədə Hematologiya və Sümük İliyi Transplantasiya Mərkəzinin şöbə müdiri Sevil Cəlilova Klinikada təşkil olunmuş mediaturda məlumat verib. Onun sözlərinə görə, mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb: “Şöbənin hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə […]

İranın paytaxtı köçürülür – Səbəbi sudur

Artıq reallıq budur ki, İranda paytaxtı Tehrandan köçürmək seçim deyil, məcburi atılacaq addımdır. Tezadlar.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (20 noyabr) ölkənin şimal-qərbində yerləşən Qəzvin vilayətində ziyalılar və incəsənət xadimləri ilə görüşdə deyib. Onun sözlərinə görə, ötən bir il ərzində paytaxtın köçürülməsi hökumət rəsmiləri tərəfindən elan olunduğu zaman yetərli büdcə yox […]

Əl-Fərabi medalını, mükafatını alan Rafiq Əliyev…

Bu yaxınlarda Orta Asiya əsilli görkəmli Şərq filosofu və aliminin (870-950-ci illər)  adını daşıyan, Aristotel və Platondan sonra ikinci müəllim hesab edilən Əl-Fərabi medalının təqdimat mərasimi keçirildi. Bu nüfuzlu mükafat elm, mədəniyyət və fəlsəfənin inkişafına, eləcə də beynəlxalq əməkdaşlıq və humanitar əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə verilir. 2025-ci ildə həmyerlimiz, fəlsəfə doktoru, professor, Azərbaycan […]

ABŞ Dövlət katibinin müavini Bakıda şəhidlərin xatirəsini yad edib

Bu gün ABŞ Dövlət katibinin müavini Allison Huker Bakıda Şəhidlər xiyabanını ziyarət edib. Tezadlar.aqz xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. Qeyd edilib ki, Allison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib. “Dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin […]

Bakıda Ukraynanın Azərbaycandakı səfirliyində anım kitabı açıldı

Bu gündən Ukraynanın Azərbaycandakı səfirliyində elektron formada anım kitabı açılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev “X” hesabında yazıb. Sitat: “Rusiyanın Ternopilə endirdiyi zərbə nəticəsində ən azı 25 nəfər həlak olub. Eyni zamanda, 3 uşaq və 73 nəfər yaralanıb. Biz elektron formada başsağlığı kitabı açırıq. Bu terror aktına qarşı güclü beynəlxalq […]

“Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq”

Bu gün Ağdam şəhəri günü ilə qeyd olunur. Erməni vəhşiliyi nəticəsində tamamilə dağıldılmış Ağdam şəhəri artıq sürətli bərpa və yenidənqurma mərhələsinə daxil olub. Cənab Prezidentin rəhbərliyi ilə Ağdam şəhəri və rayonun kəndləri intensiv şəkildə və müasir standartlara uyğun olaraq yenidən qurulur. Tezadlar.az xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov bildirib. “Ermənistanın 27 illik işğalından […]

Səhnə ilə çimərliyi dəyişik salan Xalq artistlərimiz- FOTO FAKT

 Son günlər Mədəniyyət Nazirliyində baş verənlərlə bağlı ictimai müzakirələr baş alıb gedir. Sosial media istifadəçisi Nuranə Abdullayeva da maraqlı təhlil aparıb.  Hər kəsə nümunə olmalı Xalq artistlərimizin efirləri, ekranları, səhnə ilə çimərliyi dəyişik salmaları foto və video faktlarla sübutlanır. Səs və sənətini deyil, bədən üzvlərini ən çılpaq formada təqdim edən bu Xalq artistlərinin xalqın özünün […]

ABŞ Rusiya və Ukrayna üçün real sülh təklifləri hazırlayır ki…

ABŞ Rusiya-Ukrayna müharibəsindən ciddi şəkildə narahatdır… Bu səbəbdən “Vaşinqton administrasiyası Moskva və Kiyevin mövqelərini nəzərə alaraq Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün təkliflər hazırlayır və hesab edir ki, hər iki tərəf güzəştə getməlidir”, -deyə ABŞ-ın dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında bu barədə qəti mövqeni bildirib. Sitat: “Nizamlanma ciddi və real fikirlərin ətraflı mübadiləsini tələb edir. Davamlı […]

Ermənistan sülh istəyir və Türkiyə ilə əlaqələri bu şərtlərdən keçir…

  “Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması Ermənistan üçün həqiqətən vacibdir. Eynilə, Azərbaycanla əldə edilmiş sülhün daha da institutlaşması vacibdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla  xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan Türkiyə XİN-nin rəhbəri Hakan Fidanın bəyanatını şərh edərkən bildirib. Onun sözlərinə görə, Türkiyə […]

“Media Land” kibercinayətkarlığı dəstəklədiyi üçün hədəfə alındı

ABŞ, Böyük Britaniya və Avstraliya kibercinayətkarlığı dəstəklədiyinə görə Rusiyanın “Media Land” şirkətinə qarşı sanksiyalar tətbiq ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yayılan açıqlamada bildirilir. Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC), Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyi və Böyük Britaniyanın Xarici Siyasət və İnkişaf İdarəsi Rusiyanın cinayətkar infrastrukturu qoruyan “bulletproof hosting” (BPH) xidmətləri […]

Ağdamın işğaldan azad olunmasından 5 il ötür

Bu gün Ağdam Şəhəri Günüdür! Tezadlar.az xatırladır ki, 1993- cü ilin iyulun 23- də erməni- rus hərbi birləşmələrinin hücumu sayəsində Ağdam işğal edilmişdir. Ağdam 2020- ci ilin noyabrın 20- də ermənilərin təslim olması ilə döyüşsüz olaraq Azərbaycana təhvil verildi.  Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən beş il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində […]

Qəzetlər nəyə və kimə lazımdır?- ŞƏRH

…Bu gün dünyada, o cümlədən ölkəmizdə yaranmış internet problemi demək olar ki bütün saytlara girişi bloklaşdırdı və informasiya məkanı boş qaldı. Bu fakt bir daha sübut etdi ki, elektron resurslar etibarlı deyil, çünki onlar maddi substansiya deyil, bir növ havadır və varlığı yalnız virtual şəkildə bir çox faktorlara bağlıdır- elektrikə, yayım stansiyaları və ötürücü kabellərə, […]

Göygöl rayonunda avtomobil divara dırmaşdı- 2 ölü və…

Bu gün səhər saatlarında Göygöl rayonunda ağır avtoqəza baş verib, 2 nəfər hadisə yerində dünyasını dəyişib, xəsarət alanlar var. Əraziyə təcili tibbi yardım biriqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Göygöl rayonu ərazisində baş verən ağır yol qəzasında dünyasını dəyişənlərin şəxsiyyəti də müəyyən edilib. Məlum olub ki, “Mercedes” avtomobilinin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində […]

Rusiya və Çin artıq kosmosda NATO-ya qarşı partizan müharibəsinə başlayıblar

Ruslar Qərb hərbi peyklərini sıxışdırmağa çalışırlar Kosmosda Rusiya təhlükəsi artır. Moskva və Pekin kosmosda əvvəllər düşünüləndən daha çox hərbi sıxışdırma həyata keçirirlər. Tezadlar.az xəbər verir ki, “Tagesschau”-ya görə, bu, bir neçə Alman media orqanı tərəfindən aparılan araşdırmaya əsasəndir. “Kosmosda baş verənlər Yer kürəsindəki həyat üçün böyük nəticələrə səbəb ola bilər. Hazırda 10 mindən çox peyk […]

Azərbaycanlı güləşçi Jalə Əliyeva finalda qızıl medal qazandı

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Tezadlar.az-ın məlumatına görə, idmançı finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, bu gün digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, Elnurə Məmmədova (50 […]

Rəqsanə azadlığa çıxdı: “Çox sevincliyəm”

Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Tezadlar.az xəbər verir ki, manset.az müğənni R.İsmayılova ilə əlaqə saxlayıb. O, açıqlamasında azadlıqda olduğu üçün sevindiyini bildirib: “Mən həmişə ölkəmizin qanunlarına inanmışam. Balalarımın yanındayam. Çox sevincliyəm”.

A350 təyyarəsi Bakıya endi: Sərnişinin səhhəti pisləşdi

“Finnair” aviaşirkətinin Banqkok–Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.  Tezadlar.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb. Buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində  yaranmış qəfil problem olub. Ekipaj tərəfindən operativ qərar qəbul edilərək, reys Bakı […]

Yusif Mustafayev: “Əsəbi adamam, özümü cəmləyə bilmirəm”

“Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra peşman oluram. Dəyməyin mənə, qoyun Allahın verdiyi ömrü yaşayaq. Nə bilim nə vaxt dünyamı dəyişəcəyəm”. Tezadlar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Rəngarəng” verilişində deyib. Müğənni yazılan şərhləri tənqid edib. O, bildirib ki, mənfi rəyləri yazdıranlar elə sənət adamlarıdır? “Yazırlar ki, get otur nəvələrinlə […]

Vitamin D çatışmazlığı artıq çəki riskini artırır

Vitamin D çatışmazlığı artıq çəkiyə səbəb ola bilər. Tezadlar.az xəbər verir ki, bunu rusiyalı endokrinoloq və dietoloq Diana Erikanova bildirib. “Piylənməsi olan insanlarda vitamin D səviyyəsi normal bədən çəkisinə malik insanlarla müqayisədə orta hesabla 20 ilə 30 faiz daha aşağı olur. Bu fərq həm vitamin D qəbulunun, həm də günəş işığına çıxışın eyni olduğu hallarda […]

Zaventem hava limanı 26 noyabrda bütün uçuşları ləğv edəcək

Belçika nəqliyyat işçiləri 24–26 noyabr tarixlərində üçgünlük tətilə hazırlaşırlar. Tezadlar.az-ın Avropa bürosunun məlumatına görə, tətilin nəqliyyatın bütün növlərinə qismən və ya tam təsir edəcəyi, həmçinin digər ictimai xidmət sahələrinin işçilərinin də onlara qoşulacağı gözlənilir. Məlum olub ki, daxili və beynəlxalq qatar reyslərinin, şəhər nəqliyyatının və aviasiya daşımalarının bir çoxu tətil günlərində tam və ya qismən […]

Bişkek və Pekin Strateji dialoqun ilk iclasını keçirdi

Qırğızıstan və Çin xarici işlər nazirlikləri 2026–2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar. Tezadlar.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib. Rəsmi səfərlə Qırğızıstanda olan Çinin xarici işlər naziri Van İ qırğız həmkarı Jeenbek Kulubayevlə Strateji dialoqun ilk iclasını keçiriblər. Nazirlər ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə edərək, son illərdə Qırğızıstan-Çin əməkdaşlığının […]

Moskva Ukrayna ilə bağlı danışıqları davam etdirməyə açıqdır – Peskov

Rusiya Ukrayna ilə bağlı danışıqları davam etdirməyə açıqdır; danışıqlardakı fasilə onun günahı deyildi. Tezadlar.az xəbər verir ki, Prezidentin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərə bildirib. “Moskva davam etməyə açıqdır, Moskva danışıqlara açıqdır. Yaranan fasilə, əslində, Kiyev rejiminin bu dialoqu davam etdirməkdən çəkinməsi ilə bağlıdır”, – deyə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul prosesinin davam […]

İKTA–BTK əməkdaşlığı genişlənir

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) nümayəndələri arasında görüş keçirilib. Bu barədə Tezadlar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib. İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov ölkəmizdə rəqəmsal transformasiya sahəsində atılan addımlar, […]

Belarus Sərhəd Xidməti Litva ilə sərhədi açmağa hazırdır

Litva Belarusa iki keçid məntəqəsinin açılması barədə məlumat verib Litva Belarusa ortaq sərhədlərində iki keçid məntəqəsinin açılması barədə məlumat verib. Tezadlar.az xəbər verir ki, müvafiq bildiriş Belarus Dövlət Sərhəd Komitəsinə bu gün daxil olub. “20 noyabr Cümə axşamı günü, Minsk vaxtı ilə saat 1:00-dan etibarən Litva hakimiyyəti Kamennı Loq-Medininkay və Benyakoni-Şalçininkay sərhəd keçid məntəqələrini açmağı […]

Türkiyə lideri: Humanitar məsələlərdə irəliləyiş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndələri arasında İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, Rusiya və Ukrayna arasında İstanbul görüşləri zamanı humanitar məsələlərdə irəliləmə mümkün olub: “Bu görüşlər zamanı tərəflər arasında atəşkəs, […]

Aİ hərbi mobilliyə büdcəni 10 dəfə artırır

Avropa Komissiyası tərəfindən təqdim olunan hərbi mobillik paketi 2028–2034-cü illəri əhatə edəcək növbəti yeddiillik büdcə çərçivəsində “Avropanı birləşdirək” mexanizmi vasitəsilə bu məqsədlərə 17,7 milyard avro ayrılmasını nəzərdə tutur ki, bu da hazırkı büdcədəki 1,7 milyard avrodan on dəfə çoxdur. Tezadlar.az-ın Avropa bürosu xəbər verir ki, bu barədə bu gün Avropa Komissiyası tərəfindən təsdiqlənmiş sənədlərdə qeyd […]

Ərdoğan İstanbulda Ukrayna-Rusiya danışıqlarının bərpasına çağırır

Türkiyə Prezidenti Ukrayna və Rusiyanın İstanbul danışıqlarında artıq “kritik” səviyyəyə çatmış məsələləri həll etməyə çalışmasını istəyir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında İstanbulda danışıqların bərpası ilə bağlı mövqeyini müdafiə edir. O, bu danışıqların praqmatik və nəticəyə yönəlmiş olması lazım olduğuna inanır. Tezadlar.az bildirir ki, UNIAN-ın müxbirinin məlumatına görə, Ərdoğan bu açıqlamanı Ukrayna […]

Zelenski: Türkiyənin güclü siyasətinə güvənirik

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib. Tezadlar.az xəbər verir ki, bunu V.Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən brifinqdə səsləndirib. V.Zelenski qeyd edib ki, müharibə sona çatmalıdır. “Rusiya bunun məsuliyyətini anlamalıdır. Bu məsələdə Türkiyə ilə eyni baxış bucağımız var. Türkiyəyə bütün dəstəklərinə görə minnətdaram”, – […]

Tramp hesab edir ki, Rusiya Ukrayna ilə sülh bağlamaq istəyini nümayiş etdirib – CNN

Rusiya mənbələri jurnalistlərə bildiriblər ki, Moskva həqiqətən də Vaşinqtonla danışıqlar aparır Tramp administrasiyası gizli şəkildə Rusiya ilə Ukrayna üçün yeni bir sülh planı hazırlayır. Tezadlar.az bildirir ki, CNN danışıqlarla tanış olan mənbəyə istinadən xəbər verir ki, Vaşinqton Kremlin müharibəyə son qoymağa hazır olduğunu nümayiş etdirdiyinə inanır. Nəşrin mənbəyinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff […]

ABŞ sakini ildırımdan sonra “axirət təcrübəsi” yaşadığını deyir

ABŞ sakini Elizabet Kron Hyustondakı sinaqoqun girişində ildırım vurduqdan sonra həyata yeni bir baxış bucağı qazanıb. O, iki yaşlı oğlu ilə birlikdə ibadətə gedib, oğlunun əlini və digərində çətir tutub – ildırım məhz çətirin vurub. Tezadlar.az xarici mediaya istinadən bildirir ki, Elizabetin sözlərinə görə, ildırım vurma anında o, bədəninin yerdə uzandığını görüb. Dərhal sonra canlı və […]

Mbappe, Holand və Salah – 2025 namizədlər arasında

2025-ci ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısı açıqlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Globe Soccer Awards” paylaşım edib. Siyahıda 25 futbolçu yer alıb: PSJ – Usman Dembele, Əşrəf Hakimi, Desire Due, Xviça Kvaratsxeliya, Nuno Mendeş, Fabian Ruiz; “Mançester Siti” – Canluici Donnarumma, Erlinq Holand; “Arsenal” – Viktor Qyökereş, Deklan Rays; “Liverpul” – Aleksandr […]

Gənc kişi yaşadığı evin həyətində ölü halda aşkarlandı

Ağcabədidə kişi evinin həyətində ölü halda tapılıb. Tezadlar.az-ın məlumatına görə, hadisə şəhərin Xəlfərəddin küçəsində qeydə alınıb. 31 yaşlı Əliyev Şəmistan Eldar oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Mərhumun ölüm səbəbi bilinmir. Araşdırma aparılır.

Volqoqrad müvəqqəti olaraq Stalinqrad adını geri qaytardı

Volqoqrad şəhərinə daxil olan əsas magistral yollarda “Stalinqrad” yazısı olan yol nişanları peyda olub. Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir. Lövhələr müvəqqəti olaraq quraşdırılıb – tədbir noyabrın 19-da qeyd olunan Stalinqrad yaxınlığında əks-hücumun başlanmasının 83-cü ildönümünə təsadüf edir. Qeyd olunur ki, Böyük vətən müharibəsi illərində yaddaqalan tarixlərin şərəfinə Volqoqrad ildə bir neçə dəfə yenidən Stalinqrad […]

Doku və Fodenin forması City-nin qərarını dəyişdi

“Mançester Siti” “Real”ın braziliyalı cinah yarımmüdafiəçisi Vinisiusu transfer etmək fikrindən imtina edib. Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, “Mançester Siti”nin “Real”ın oyunçusundan imtina etməsinin ilkin səbəbi cinah yarımmüdafiəçiləri Jeremi Doku və Fil Fodenin yaxşı formada olmasıdır. “Mançester Siti”nin baş məşqçisi hesab edir ki, daha bir cinah oyunçusunun əlavə edilməsi komandanın balansına təsir göstərə bilər. Bundan […]

Leyla və Arzu Əliyeva STEAM Azərbaycan Festivalını ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər. Tezadlar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın […]

Elnura Məmmədova İslam Oyunlarında bürünc qazandı

Azərbaycanın qadın güləşçisi Elnura Mammadova (50 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb. Tezadlar.az-ın məlumatına görə, idmançı üçüncü yer uğrunda görüşdə Əlcəzair təmsilçisi Çeyma Şebilanı 5:0 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb. Qeyd edək ki, digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş medal əldə edib. […]

Zelenski Ərdoğanla görüşdədir və…

Zelenski hazırda Türkiyədə Ərdoğanla görüşdədir… “Rusiya-Ukrayna arasında İstanbul danışıqları yenidən canlanmalıdır!” – deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra verdiyi açıqlamada belə bildirib. Ərdoğan bundan əvvəlki danışıqların kifayət qədər məhsuldar olduğunu qeyd edib? Sitat: “Danışıqların üç raundu zamanı xüsusilə humanitar məsələlərdə irəliləyiş əldə olunub. Bundan əlavə, tərəflər birbaşa atəşkəs […]

Türkmənistandan Azərbaycana təbrik məktubu

Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması qlobal koordinasiya sistemində özünün layiqli rolunu və yerini dərk edən, qarşıya qoyulan məqsədlərə birlikdə çatmağa hazır olan Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın rolunu, çəkisini artıracaq. Tezadlar.az xəbər verir ki, bu barədə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir. “Mənim […]

Gənc ailə yanğında tüstüdən zəhərlənərək xəstəxanaya aparıldı

Sumqayıtda yaşayış evində yanğın baş verib. Tezadlar.az-ın Sumqayıt bürosu məlumat verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Yanğının başvermə səbəbi araşdırılır.

Bakı–Nayrobi hərbi-texniki əməkdaşlığı genişlənir

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikasında işgüzar səfərdədir. Bu barədə Tezadlar.az-a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Səfər çərçivəsində Keniya Prezidenti Uilyam Samoei Ruto V.Mustafayevi qəbul edib. Görüşdə iki ölkə arasında dinamik inkişaf edən münasibətlərdən məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların bu əməkdaşlığın inkişafına […]

“MedAura” Klinikasındakı burun əməliyyatı onu ölümlə üz- üzə qoyub-VİDEO

…34 yaşlı Nigar Budaqlı bu il aprelin 30-da Bakıda “MedAura” Klinikasında burun əməliyyatı keçirib. Bakıda “MedAura” Klinikasında Nigar düz 6 aydır koma vəziyyətində yataq xəstəsidir. Bu gənc qızın vəziyyəti hər gün ağırlaşır. Valideyinləri övladını xilas etmək üçün evi satıb kirayədə yaşayırlar. Ev şəraitində müalicəsi davam etdirilən xəstənin doğmalarının artıq çörək almağa da gücü çatmır. Ailə, […]

Özünüməşğulluq proqramı: 2026-cı ildə 15 min ailəyə dəstək veriləcək

İşsizlikdən sığorta fondunun xərcləri gələn il 5,7 milyon manat artaraq 266,4 milyon manata çatacaq. Bu barədə Tezadlar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, növbəti ildə 450 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq Gələn il fondun gəlirlərinin bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat […]

Azərbaycanda iri sahibkarlarlar arasında qadın sahibkar niyə yox dərəcəsindədir?..

Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Women’s Entrepreneurship Summit 2025” tədbirində iştirak etdik. Çıxışım zamanı qeyd etdim ki, hazırda Azərbaycanda sahibkarların 33 %-i qadındır. Tezadlar.az xəbər verir ki,  bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, hazırda iri sahibkarlar arasında qadın sahibkar demək olar yoxdur: “Kiçik sahibkarlıqda qadınların payı […]

Qarakənd faciəsi – Azərbaycan tarixində unudulmaz iz…

…1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş vermiş faciə Azərbaycan tarixində unudulmaz bir iz buraxdı. “Qarakənd faciəsi” kimi xatırlanan hadisədə, Azərbaycan dövlətinin rəhbər şəxslərini və yüksək rütbəli nümayəndələrini daşıyan Mİ-8 N72 helikopteri erməni hərbi dəstələri tərəfindən vuruldu. Helikopterin havada vurulması nəticəsində Azərbaycan Respublikasının dövlət müşaviri və sabiq daxili işlər naziri Məhəmməd Əsədov, […]

Sabah 3 saatlıq elektrik fasiləsi olacaq

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq. Tezadlar.az-ın Muğan bürosunun məlumatına görə, fasilə elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar yaranacaq. Nəticədə sabah saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə […]

Bakıda xüsusi hərəkət zolaqları təşkil edilir…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. AYNA-nın mətbuat xidmətinin yaydığı informasiyadan bəlli olur ki, hazırda xüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir. Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından […]

Rusiyada kişi sevgilisinin əslində kişi olduğunu öyrəndi

Rusiyada yaşayan bir kişi sevgilisinin pasportunu açanda həyatının şokunu yaşadı.  Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, sevgilisinin əslində kişi olduğunu aşkar edib. Kişi uzun müddətdir sevgilisi olan kişinin əslində kişi olduğunu aşkar etdikdə çox sarsılıb.

Ruslar Novopavlovkaya qoşun yeritdi: bir hərbçi təhlükəli bir vəziyyətə işarə etdi

O qeyd etdi ki, işğalçılar mümkün qədər irəliləmək üçün daim “banzai hücumlarından” istifadə edirlər Ruslar Dnepropetrovsk bölgəsindəki Novopavlovkaya irəliləməyə cəhd etməyə davam edirlər. Tezadlar.az-ın məlumatına görə, “Aleks” çağırış nişanı olan ukraynalı hərbçi Telegram kanalında qeyd etdi ki, ruslar bu yaxınlarda şəhərə nəqliyyat vasitələri ilə girib piyadalarını orada saxlaya biliblər. O qeyd edib ki, bu, “olduqca […]

Ermənilərin saxta tarixi-Xosrov meşəsi yalanı

 İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi rayonunda tarixi adı “Xosrov meşə sahəsi” olan və ermənilərin “Xosrov (Gərni) Dövlət Təbiət Qoruğu” adlı bir yer var. Ermənilər sosial mediada və “tədqiqatlarında” bu meşənin qədim ermənilər üçün salındığını iddia edirlər. Fikir verin cümləyə: “Qoruq 334-338-ci illərdə yaradılmış və Ermənistan kralı II Xosrov Kotakın şərəfinə “Xosrov Meşəsi” adlandırılmışdır. Xosrov […]

Rəqsanə İsmayılova barəsində verilmiş həbs qəti imkan tədbiri dəyişdirildi

Tanınmış müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması ilə bağlı xəbər yayılıb. Tezadlar.az  xəbər verir ki,  bu barədə müğənninin vəkili Hikmət Əliyev  məlumat yayıb. Belə ki, bu dəqiqələrdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri  ev dustaqlığı ilə əvəz edilib. Qeyd edək ki, Rəqsanə İsmayılova  Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda […]

Gəncədə Prezident sərəncamı niyə icra olunmur?

Gəncə sakini komitə sədri Anar Quliyevə müraciət etdi “Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən evimə dəyən ziyan tam deyil, qismən ödənilib, həyətimin hasarına və digər köməkçi tikililərə dəyən zərərə görə ümumiyyətlə kompensasiya ödənilməyib” “Təzadlar” qəzetinə Gəncə şəhəri, Cümhuriyyət küçəsi, 72 (keçmiş Əli Məmmədov küçəsi, 1B) ünvanında yaşayan Qoşqar Umud oğlu Haqverdiyevin Azərbaycan Respublikası […]

Украинские пилоты F-16 поразили более 1300 воздушных и более 300 наземных целей РФ

За более чем год работы в украинском небе американские истребители F-16 перехватили более 1300 вражеских целей РФ и поразили более 300 наземных целей противника. Воздушные силы подчеркивают необходимость пополнения запасов ракет к этим самолетам. Как сообщает  Tezadlar.az, со ссылкой пресс-служба командования Воздушных сил в соцсетях,внедряя собственные инновационные подходы к ведению воздушных и противовоздушных боев, украинские экипажи […]

Keçmiş müdafiə naziri İrakli Okruaşviliyə hökm oxundu

Bu gün Tbilisi Şəhər Məhkəməsi Buta Robakidzenin qətlinə görə sabiq müdafiə naziri İrakli Okruaşvilini 7 il azadlıqdan məhrum edib. Tezadlar.az  xəbər verir ki, bu barədə məlumatı Okruaşvilinin vəkili Mamuka Çabaşvili verib. O bildirib ki, eyni iş üzrə ittiham olunan sabiq baş prokuror Zurab Adeişvili bəraət alıb. Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarını apellyasiya məhkəməsində […]

Zurabişvili Rusiyaya “dönüş”ə qarşı etiraz aksiyası elan etdi

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə Rusiyaya “dönüş”ə qarşı etiraz aksiyası elan etdi. Tezadlar.az xəbər verir ki, onun sözləri “Formula nəşri tərəfindən sitat gətirilib. O, etiraz aksiyasını Baş nazir İrakli Kobaxidzenin və hakim Gürcü Arzusu partiyasının Gürcüstanın Avropa Birliyinə inteqrasiyası ilə bağlı danışıqları dayandırmaq qərarının birinci ildönümündə elan edib. Baş nazirin açıqlaması müxalifət üzvləri ilə […]

Верховная Рада уволила Гринчук с должности министра энергетики

Верховная Рада Украины 19 ноября проголосовала за увольнение с должности министра энергетики Светланы Гринчук. Как сообщает  tezadlar.az, oб этом стало известно с заседания Верховной Рады. За увольнение Гринчук с должности проголосовало 315 народных депутатов. Напомним: Ранее сообщалось, что Верховная Рада планирует рассмотреть увольнение министров юстиции Германа Галущенко и энергетики Светлану Гринчук на своем заседании в следующий вторник 18 ноября. Ранее […]

ABŞ hələ də nüvə sınaqları ilə bağlı mövqeyini aydınlaşdırmayıb – Darçiyev

Diplomat qeyd edib ki, “suları bulandırmaq” cəhdləri ABŞ-ın məsuliyyətli yanaşmasını şübhə altına alır Amerika tərəfi hələ də nüvə sınaqları ilə bağlı mövqeyinə aydınlıq gətirməyib. Tezadlar.az xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev “Kommersant”a verdiyi müsahibədə bildirib. “Vəziyyət paradoksaldır. ABŞ administrasiyası hələ də, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin tələbi ilə ABŞ prezidentinin amerikalıların özlərinin […]

200-dən çox adamın kart məlumatlarını ələ keçirdi, amma özü də ələ keçdi…

Bu gün Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə Tezadlar.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı […]

ABŞ Dövlət katibinin müavini Hikmət Hacıyevlə Ermənistan məsələsini çözdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” hesabında məlumat paylaşıb. Hikmət Hacıyev Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib. Sitat: “Bizim müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi […]

Rusiya Könüllü Korpusuna kilsə üzvlərini və kazakları cəlb edən keşiş saxlanılıb

Rusiya təhlükəsizlik qüvvələrinin məlumatına görə, İveron Yunan Pravoslav Kilsəsinin keşişinin müxtəlif terror təşkilatlarının nümayəndələri ilə əlaqəsi olub Krasnodar diyarı üzrə FTX İdarəsinin əməkdaşları Rusiya Pravoslav Kilsəsinin Novorossiysk Yeparxiyasından qovulmuş bir keşişi Kubanda kəşfiyyat və təxribat fəaliyyəti aparmaq üçün Rusiya Könüllü Korpusuna (RVK, terror təşkilatı kimi tanınır və Rusiyada qadağandır) kilsə üzvlərini və kazak icmalarının üzvlərini […]

Nazim İbraimovun qardaşının mebel emalatxanasında 10 nəfərin ölümü ilə bağlı hökm verildi

Uzun məhkəmə istintaqından sonra “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Tezadlar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə bu gün hökm oxunub. […]

Rusiyanın uzaqmənzilli raketlə mülki əhaliyə zərbə endirməsi 20 can aldı…

Ötən gecə Rusiyanın hücumları nəticəsində Ukraynanın Ternopol bölgəsində həyatını itirənlərin sayı 20 nəfərə çatıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, xəsarət alanların sayı isə hələki 60 nəfərdir. Ən dəhşətlisi, yaralananlardan 16-sı uşaqdır.  Artıq ABŞ prezident Tramp da bu aqressiyaya sərt reaksiya verib və Rusiyanı mülki əhaliyə raket zərbəsi endirməsini pisləyib. A.Məmmədli

Mədəniyyət Nazirliyində araşdırmalara başlanıldı-İTV-NİN SUJETİ VAR

Azərbaycan Mədəniyyət Nazirliyinin başı üzərində qara buludlar dolaşmaqdadır. Məsələ ondadır ki, bu “qara bulud”ların mənbəyi və mənşəyi elə nazirliyin özünə bağlıdır. “Təzadlar” nazirlikdə və ətrafında yaşanan qalmaqallarla bağlı faktlara söykənərək şikayətçilərin mövqelərini dərc edib. Bu dəfə şikayətlər daha fərqlidir, həm də əsaslıdır. Belə ki, bir çox incəsənət nümayəndəsinin dövlət tədbirlərinə dəvətlərdə qeyri-şəffaf seçim mexanizminin olması, […]

Kremldən Ukrayna üçün sülh planı üzərində ABŞ ilə iş barədə məlumatlara açıqlama

Peskov Alyaskadakı müzakirələrdən bəri heç bir danışıqların aparılmadığını bildirib Kreml “Axios”-dan ABŞ və Rusiyanın gizli şəkildə Ukraynadakı müharibəyə son qoymaq üçün bir plan hazırladığı barədə məlumatlara münasibət bildirib. Tezadlar.az bildirir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı açıqlama verərək, hər hansı bir irəliləyişdən danışmağın hələ tez olduğunu qeyd edib. O, Alyaskada Putin-Tramp […]

Keçmiş məhkumlarla işləmək lazımdır ki…

Xətai rayonunda yerləşən idman zallarından birində səhər saatlarında oğurluq edilib. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Naməlum şəxs obyektə daxil olaraq 8500 manat dəyərində geyim, idman əşyaları və kompüter ələ keçirib. Keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əməllərə görə məhkum olunmuş 41 yaşlı V. Məmmədov saxlanılıb. ***  Xəzərdə də oğurluq əməlini […]

ABŞ-ın “ATACMS” raketləri Rusiya ərazisinə zərbə endirdi

Trampın hakimiyyəti dövrundə ilk dəfədir ki, ABŞ istehsalı olan raketlərlə Rusiya ərazisi vurulur. Tezadlar.az xatırladır ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahında qeyd olunub ki, ballistik raketlərlə Rusiya hərbi obyektlərinə uğurlu və dəqiq zərbə endirilib. “Ukrayna Silahlı Qüvvələri ATACMS taktiki raket komplekslərindən Rusiya ərazisindəki hərbi obyektlərə dəqiq zərbə endirmək üçün uğurla istifadə edib. Bu, Ukraynanın öz […]

Rusiya Lvov və Ternopili vurub: hündürmərtəbəli bina dağılıb, itkilər var

Lvov bölgəsində elektrik qurğusu zədələnib və Rusiya raketi Ternopildəki hündürmərtəbəli binaya dəyib 19 noyabr gecəsi Rusiya Ukrayna ərazisinə, əsasən qərb bölgələrini hədəf alan kütləvi birləşmiş silahlı hücum həyata keçirib. Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Lvova bir neçə hücum dron qrupu tərəfindən hücuma məruz qaldığı məlumdur. Orada partlayış səsləri eşidilib. Daha sonra bölgəyə […]

Зеленский прибыл ночью в Турцию, где его встретил Умеров: в составе делегации Ермак

Президент Владимир Зеленский прибыл в Турцию ночью 19 ноября, его встретили турецкие чиновники и секретарь СНБО Рустем Умеров. Как сообщает tezadlar.az, со ссылкой “Европейская правда”, ночью Зеленского в Анкаре встретили турецкие чиновники. По информации источника “Европейской правды” в составе делегации украинского лидера, вместе с Зеленским в Турцию прибыл глава Офиса президента Андрей Ермак. На фото с […]

Türkiyə bu şərtlər daxilində Ermənistanla əməkdaşlıq edəcək…

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O qeyd edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzaladıqda, Türkiyə İrəvanla münasibətləri normallaşdırmağa hazırdır.  Türkiyənin xarici siyasət idarəsinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Ankaranın İrəvanla dəfələrlə elan etdiyi siyasəti […]

“Azərbaycanın “yaşıl investisiyalar” məkanı kimi rolu daha da güclənəcək”

“Azərbaycanın energetika sektoru üzrə görülmüş işlər “yaşıl iqtisadiyyat”ın inkişafı üçün yeni imkanlar açır…”. Tezadlar.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, icrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş […]

“Dövlət tədbirlərinə başqalarını, məni isə özünüz üçün keçirdiyiniz bayram tədbirinə çağırmağı düşünürsüzsə, o adam deyiləm” – Xatirə İslam

“Musiqiyə, səsə, sənətə dəyər verən Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Söhbət sənətdən, səsdən gedəndə hər zaman xalq mənim arxamda dayanıb və buna görə də son nəfəsimə qədər onlara minnətdaram”. Tezadlar.az xəbər verir ki, sözləri müğənni Xatirə İslam sosial şəbəkə hesabında yazıb.  Sənətçi onu yalan danışmaqda ttiham edən jurnalist, hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin […]

Ukraynada Rusiyanın raket hücumunda ən azı 9 nəfər ölüb, yaralılar var

Ötən gecə Rusiyanın Ternopola hücumu nəticəsində ən azı 9 nəfər ölüb, yaralılar var. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib. Onun sözlərinə görə, Rusiya ötən gecə Ukraynaya 470-dən çox dron və 48 raketlə hücum edib. “Ternopolda 9 mərtəbəli yaşayış binasına zərbə endirilib. Zərbə yanğına səbəb […]

“Süni intellekt sahəsində dünyanın nəhəng şirkəti Ermənistana 1.5 milyard $ investisiya yatıracaq” – Ekspert narahatlığını açıqladı

İndi də NVİDİA-nın Ermənistana süni intellektin inkişafı üçün 0.5 milyard deyil, 1.5 milyard $ investisiya yatıracağı bildirilir. Əvvəllər bu haqda yazmışdım, Ermənistan süni intellektin inkişafı üçün NVIDIA ilə 500 milyon dollarlıq müqavilə imzalamışdı.  2026-cı ildə NVIDIA Ermənistanda Blackwell GPU-ları ilə təchiz olunan və 100 meqavatdan çox gücə malik Süni İntellekt Mərkəzi quracaq. Bu layihənin məqsədi Ermənistanı […]

Rəqqasə Roza Cəlilova dünyasını dəyişib

Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib. Tezadlar.az  xəbər verir ki, o, Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib. Məlumata görə, onun həkiməqədər ölümü qeydə alınıb. Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında soloist kimi çıxış edib. […]

Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bakıda IX Beynəlxalq Bankçılıq Forumu (“IBF-2025”) işə başlayıb. Tezadlar.az xəbər verir ki, sabah başa çatacaq tədbir “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub. Forumun əsas mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq”dır. Bununla yanaşı, tədbir […]

Zəngəzur dəhlizində görülən işlər və Ağbənd-Kəlalə körpüsünün inşası davam edir

Azərbaycan Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsününinşası prosesi ilə tanış olublar. Tezadlar.az xatırladır ki, tanışlıq zamanı bu nəqliyyat qovşaqlarının regionda nəqliyyat əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin […]

ABŞ gizli şəkildə Ukraynadakı müharibəyə son qoymaq üçün yeni bir plan hazırlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı müharibəyə son qoymaq üçün yeni bir plan hazırlayarkən Rusiya hakimiyyəti ilə gizli məsləhətləşmələr aparır. Tezadlar.az bildirir ki, bu barədə “Axios” ABŞ və Rusiya rəsmilərinə istinadən məlumat verib. Nəşr ABŞ planının 28 bənddən ibarət olduğunu qeyd edib və yüksək vəzifəli bir Rusiya rəsmisi nəşrə bu barədə nikbin olduğunu bildirib. “Axios”un […]

AİLƏLƏRİN DAĞILMASINA TƏKAN VERƏN TELEVİZİYA VERİLİŞLƏRİ

…Bəzi televiziya kanalları sosial proqramlar adı ilə ailələrin dağılmasında, boşanmaların artmasında sanki bir-biri ilə yarışa giriblər. 5 uşağı və 5 nəvəsi olan qadın evdən qaçır və bir televiziyanın sosial proqramı onu aylarla özünün sığınacağına yerləşdirib sou düzəltmək üçün min bir oyundan çıxır. Evdən qaçan qadını maarifləndirmək və müxtəlif vasitələrlə isti ocağına qaytarmaq əvəzinə onu göszəllik […]

ABŞ-ın yüksək rütbəli hərbi liderləri Kiyevə gəldilər: Nələr müzakirə ediləcək?

Bu, Maliyyə Naziri Skott Bessentin fevral ayında Kiyevə səfərindən bəri Tramp administrasiyası rəsmilərinin Ukraynaya ən yüksək səviyyəli səfəridir ABŞ Ordusunun Katibi Den Driskol və Baş Qərargah rəisi general Rendi Corc ABŞ-ın müharibəyə son qoymağı sürətləndirmək səylərinin bir hissəsi olaraq Ukraynaya elan edilməmiş səfərə gəliblər. Tezadlar.az-ın məlumatına görə, “Politico” öz mənbələrinə istinadən xəbər verir ki, bu […]

Трамп отправил в Украину представителей Пентагона в рамках усилий мирных переговоров

Западные СМИ сообщают, что, президент США Дональд Трамп отправил в Киев делегацию высокого уровня из Пентагона для проведения переговоров в среду в рамках попытки его администрации возобновить переговоры о прекращении войны России в Украине. Как сообщает tezadlar.az, источник: Wall Street Journal, Politico. WSJ пишет, что два чиновника сообщили, что министр армии Дэн Дрисколл вместе с […]

ABŞ-dan siqnallar var: Zelenski Türkiyədə keçiriləcək görüşün təfərrüatlarını açıqladı

O, Ukraynanın məqsədinin ədalətli sülhə nail olmaq olduğunu vurğulayıb Bu gün – 19 noyabr tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tezadlar.az xəbər verir ki, Zelenski bunu İspaniyanın Baş naziri Pedro Sançeslə mətbuat konfransı zamanı açıqlayıb. “Onunla Ukraynanın ədalətli sülhə nail olmasını təmin etmək üçün mümkün olan maksimum imkanları müzakirə edəcəyik. […]

Türkiyənin “Kızılelma” PUA -sı hava döyüşünə hazırlaşır…

Gözlənildiyi kimi, Türkiyənin “Kızılelma” PUA -sı hava döyüşünə hazırlaşır. Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Bayraktar” tərəfindən istehsal edilən “Kızılelma” PUA-sına milli istehsal olan, “hava-hava” tipli “Gökdoğan” raketi inteqrasiya olunub. “Kızılelma” bu raket ilə sınaqlarına yerli MURAD AESA radarı ilə başlayıb. Bu sinaqlardan sonra “Kızılelma” hava döyüşü aparmaq qabiliyyətinə malik dünyanın ilk pilotsuz döyüş […]

İşçilərin fasilələr zamanı işdə yatmaq hüququ var

İşçi fasilə zamanı işdə yata bilər. Əmək qanunvericiliyi belə istirahəti qadağan etmir. Tezadlar.az xəbər verir ki, bu barədə rabota.ru-nun İnsan Resursları və Təşkilati İnkişaf üzrə direktoru Yuliya Sanina bildirib. “Rusiya Federasiyasının Əmək Məcəlləsi işdə yatmağı birbaşa qadağan etmir və ya icazə vermir, lakin bu hərəkət intizam xətası kimi təsnif edilə bilər – bir qayda olaraq, […]

Niyə təyyarənin əvvəlcə quyruğu qopub, sonra isə üç hissəyə bölünüb?

“Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin “qara qutu”sunun tam oxunması xeyli vaxt aparacaq”. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər söyləyib ki, əsas nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir. Nazir bildirib: “İlkin ehtimallara görə, əvvəlcə quyruq qopub. Daha sonra təyyarə 3 hissəyə bölünüb. Bunlar “qara […]

Gecə ərzində Rusiya bölgələri üzərində 65 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri, Azov və Qara dənizləri üzərində 65 Ukrayna PUA-sını tutaraq məhv edib. Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. “Ötən gecə, noyabrın 18-i Moskva vaxtı ilə saat 23:00-dan noyabrın 19-u saat 07:00-dək, həyəcan siqnalı ilə hava hücumundan müdafiə sistemləri 65 Ukrayna pilotsuz uçuş aparatını […]

İspaniya Ukraynaya əlavə 615 milyon avroluq hərbi yardım edəcək

İspaniyanın Baş naziri Pedro Sançes çərşənbə axşamı ölkəsinin bir ay ərzində Ukraynaya 615 milyon avroluq hərbi yardımı təsdiqləmək planlarını açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Baş nazir bu açıqlamanı Madriddə Vladimir Zelenski ilə birgə brifinq zamanı verib. Sitat: “Mən artıq Prezident Zelenskiyə demişəm ki, İspaniya bir ay ərzində Ukrayna üçün yeni 615 milyon avroluq […]

ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi: Tramp Kiyevə “Tomahawk” raketləri tədarük etmək imkanlarını araşdırır

Tramp administrasiyası Ukraynaya “Tomahawk” qanadlı raketləri tədarük etməyi və ya Kiyevə uzaqmənzilli silahlar tədarük etmək üçün alternativ variantları araşdırmağı düşünür. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Metyu Uitaker “Bloomberg”-də bildirib. “Prezident Tramp “Tomahawk” raketlərinin zəruri olub-olmadığını və ya digər ölkələrin uzunmənzilli zərbələr endirməsi üçün başqa variantların olub-olmadığını araşdırmağa davam edəcək”, – […]

Puthyvuth Sok: Rəqəmsal transformasiya yeni imkanlar açır

Texnologiyalar bəşəriyyətin rifahı üçün düzgün şəkildə istifadə edilməli və yayılmalıdır. Tezadlar.az xəbər verir ki, bunu Kambocanın poçt və telekommunikasiya üzrə Dövlət katibi Puthyvuth Sok Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasında bildirib. O qeyd edib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) hər kəsin imkanını genişləndirən informasiya cəmiyyəti haqqındakı baxışı, dünyanın qeyri-müəyyənlik və artan gərginliklə üzləşdiyi […]

Sabah Xankəndi və Kərkicahan qəsəbəsinə ilk köçün püşkatmasıdır!

Nəhayət, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı sabah püşkatma olacaq. Tezadlar.az Dövlət Qaçqınkom- a istinadla bildirir ki, püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk qayıdacaq ailələr arasında keçiriləcək. Məlumata görə, həm Xankəndiyə, həm də Kərkicahana qayıtmaq istəyənlərin sayı həddindən artıq çoxdur. Yurda qayıdışımız əbədi olsun!

Trampın gizli planı: Ukraynanı nə gözləyir?

ABŞ- ın sanksiyaları sayəsindı Rusiya neftinin dünya bazarında 1 bareli 36 dollara düşüb. Bu isə ölkə iqtisadiyyatının tənəzzülü və Ukrayna müharibəsinə güdaza verilməsi deməkdir. Lakin Rusiya hələ də Avropa ölkələri üçün də təhlükə olaraq qalır. Bu səbəbdən Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması məqsədilə Rusiya ilə məsləhətləşmələr çərçivəsində yeni və gizli plan üzərində çalışır. Tezadlar.az  “Axios” […]

İtaliyada Azərbaycanı tanıdan gənc: Nərminlə səmimi söhbət

(Əvvəli 18.11.2025-ci il tarixdə) – Hər halda, deməyin özü yaxşıdır. Yəni, sən ondan çəkinmirsən, izahını verirsən. Bu sənin Vətənindir, sənin Vətənin haqqında düzgün olmayan informasiya gedir. Təbii ki, bir azərbaycanlı kimi, sənə də təsir edər ki, niyə mənim Vətənim haqqında yanlış məlumat olsun. Bu yöndə indi hansısa bir tədbirləriniz olurmu? Orada onların xeyir-şərində, italyanlarla bir […]

Vikipediyanın həmtəsisçisi kimdir?

“Vikipediyanın yaradıcısı” kimi tanınan Cimmi Ueylsin müsahibəsi gözlənilmədən yarımçıq qalıb. O, jurnalistin ilk sualından dərhal sonra əsəbiləşərək söhbəti dayandırıb. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, amerikalı biznesmen alman siyasi YouTube kanalına qonaq olub və özünü “Vikipediyanın qurucusu” kimi təqdim edib. Aparıcı Tilo Yunq isə dəqiqləşdirmək istəyərək soruşub: “Ueyls “təsisçi” sayılır, yoxsa “həmtəsisçi”? Bu sual sahibkarı qəzəbləndirib. O, […]

General-leytenant Azər Əliyev: NATO ilə hərbi əməkdaşlıq genişlənir

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, ölkəmizdə səfərdə olan Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Təcrübələrin öyrənilməsi” mövzusunda kurs keçirilir. Tezadlar.az xəbər verir ki, kursun açılışında çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq […]

Sağəllilik ana bətnində formalaşır

Dünya əhalisinin təxminən 85–90 faizi gündəlik həyatda əsasən sağ əlindən istifadə edir, soləllərin sayı isə cəmi 10–15 faiz təşkil edir. Bu nisbətin min illərdir dəyişməməsi genetika, beynin inkişaf xüsusiyyətləri və insan təkamülündə formalaşmış üstünlüklərin birgə təsiri ilə izah olunur. Tezadlar.az xəbər verir ki, araşdırmalara görə, insanın sağəlliliyə meyli hələ ana bətnində formalaşmağa başlayır. Dölün sağ əli ilə daha […]

Ermənistan–Aİ görüşündə regional məsələlər və Vaşinqton razılaşması gündəmdə

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ikitərəfli tərəfdaşlıq gündəliyindəki məsələləri müzakirə edib. Tezadlar.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı regional məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. A.Mirzoyan və M.Qrono avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmalarının yaratdığı […]

Meksikada yenə “balıq yağışı

İsraildə payız yağışları artıq başa çatıb. Lakin dünyanın müxtəlif bölgələrində qış mövsümündə göydən yalnız su deyil, bəzən balıq və hətta qurbağa da düşə bilir. Tezadlar.az xarixi mediaya istinadla xəbər verir ki, bu təbii hadisə qədimdən məlum olan, nadir, lakin tam real bir fenomendir və “balıq yağışı” adı ilə tanınır. Adətən belə hadisələr dəniz və ya iri su […]

Müəllimlərin 8 saatlıq iş rejimi: Əməkhaqqı fondu nə qədər artacaq?

Müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçidi ilə bağlı cavabsız qalan ən vacib sual budur ki, bu dəyişiklikdən sonra təxminən 146 min müəllimin əmək haqqı fondu üçün ayrılan ümumi vəsaitin həcmi nə qədər artacaq? Tezadlar.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov məlumat verib. Onun sözlərinə görə, bütün məsələlərin həllinin arxasında iqtisadi faktor (pul) […]

Tramp Epşteyn sənədlərinin açıqlanmasına dəstək verməyə məcbur qaldı

ABŞ prezidenti Donald Tramp mövqeyini dəyişməyə və Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanması üçün Konqresdə qaçılmaz səsverməni dəstəkləməyə məcbur olub. “Prezident Trampı “topal ördək” adlandırmaq hələ tezdir, lakin Konqres Epşteyn məsələsinə görə qanadlarını kəsməyə hazırdır. Səsvermənin qaçılmazlığı onu taktikanı dəyişməyə, səsverməni təsdiqləməyə və vəzifəyə başladığı gündən bəri ən zəif vəziyyətində görünməyə məcbur edib”, – Tezadlar.az xarici mediaya […]

Həftəbecər

Xalq artisti Aygün Kazımova bu günlərdə bir məclisdə “sağ-salamat” adlı mahnı oxuyan zaman, əynindəki qara paltar müzakirəyə səbəb olub. Belə ki, paltarın sol tərəfi, ətəkdən yuxarıya, hətta yuxarıdan da o yana açıq idi. Kürəyində isə, ümumiyyətlə, paltarın hər hansı bir hissəsi olmadığından, bütünlüklə açıq şəkildə, yəni yuxarıdan ombaya qədər tamaşaçıların ixtiyarına verilmişdi. Bəziləri bu geyimi […]

Elektron Hökumətdə kommunal vahidləşmə: Altqrup yol xəritəsini hazırlayır

14 noyabr tarixində “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun növbəti iclası keçirilib. Tezadlar.az xəbər verir ki, iclasda Komissiya Katibliyinin rəhbərliyi, Altqrupun rəhbəri, üzvləri, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər. İclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli […]

İtaliyadan qonağımız var

Nərmin Mənsimova: “Prezident İlham Əliyevin çıxışlarını, xarici jurnalistlərə verdiyi sanballı müsahibələri sosial şəbəkələrdə yayırdıq və italyanlar təərəfindən maraqla qarşılanırdı” Bu gün xaricdə təhsil alan və işləyən gənclərimiz yetərincədir. Onların əksəriyyəti oxuduğu və yaşadığı ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasında böyük işlər görürlər. Belə gənclərdən biri də Mənsimova Nərmin Faiq qızıdır. Nərmin xanım Bakıda Qafqaz Universitetini bitirdikdən […]

“İnter” və “Milan” “Lids”in qapıçısı Melyeyə elçi düşdü

İtaliyanın “İnter” və “Milan” klubları İngiltərə təmsilçisi “Lids”də çıxış edən qapıçı İllan Melye ilə maraqlanır. Tezadlar.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. 25 yaşlı fransalı qolkiperin müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Premyer Liqa komandası bu səbəbdən yanvarda futbolçunu satmağı planlaşdırır. Qeyd edək ki, İllan Melye cari mövsüm “Lids”də meydana çıxmayıb.

Ruben Vardanyan törətdiyi cinayətləri etiraf etməyə məcbur oldu

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 18-də davam etdirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan […]

Oktyabr ayında 16 min əcnəbi Azərbaycanda qeydiyyata alındı

Ötən ay 16 min 152 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib. Bu barədə Tezadlar.az-a DMX-dən məlumat verilib. Bildirilib ki, oktyabrda 7935 nəfər ölkə ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması, 148-i vətəndaşlıq məsələləri ilə bağlı, 1526-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 643-i ölkədə haqqı […]

Puthyvuth Sok: Rəqəmsal transformasiya qlobal əməkdaşlığı gücləndirir

Texnologiyalar bəşəriyyətin rifahı üçün düzgün şəkildə istifadə edilməli və yayılmalıdır. Tezadlar.az xəbər verir ki, bunu Kambocanın poçt və telekommunikasiya üzrə Dövlət katibi Puthyvuth Sok Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasında bildirib. O qeyd edib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) hər kəsin imkanını genişləndirən informasiya cəmiyyəti haqqındakı baxışı, dünyanın qeyri-müəyyənlik və artan gərginliklə üzləşdiyi […]

Hakan Fidan: Türkiyə Azərbaycanla tam koordinasiya içindədir

Türkiyə Azərbaycanla koordinasiya və həmrəylik içində əlaqələr qurur. Tezadlar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı əlaqələr ikitərəfli və çoxtərəfli platformalarda davam edir: “Azərbaycan-Ermənistan sülh prosesində 8 avqustda Vaşinqtonda ortaya qoyulan iradə və Ermənistanla apardığımız normallaşma […]

GİL YAZI DÖVRÜNDƏ ULU ƏCDAD GƏNC NƏSLƏ NƏ NÖV MƏSLƏHƏTLƏR VERİRDİ?

Aşağıdakı sağ, yuxarı yanı qopmuş qalın (eni 90 sm, eni 4.5 sm, hündürlüyü 3.5 sm) gil lövhə səthindəki yazını alman alimi W.G Lambert aşağıdakı kimi tərcümə edib, TÜRKÜN bütün qədim varlığının üzə çıxmaması üçün bir daş altdan, bir daş da üstdən qoyur: Allah eləməmiş, birdən Bəşərin ilkin sivil dünyası TÜRKÜN halal malı kimi tanınar. Onun […]

Şəhərin bir hissəsi susuz qalacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində su təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Tezadlar.az-ın yerli bürosuna Sunqayıt Sukanal İdarəsindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq. […]

Nəzər Əliyev: “Yeni bina Lahıcın memarlıq üslubuna uyğun inşa olunur”

Lahıc qəsəbəsində Qoruqların İdarəedilməsi Mərkəzi üçün inşa edilən yeni inzibati binası bu ilin sonuna qədər istifadəyə veriləcək. Bunu Tezadlar.az-ın Lahıca ezam olunmuş müxbirinə Lahıc Dövlət Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev deyib. Onun sözlərinə görə, bina Lahıcın tarixi memarlıq üslubuna uyğun formada sıfırdan inşa olunur: “Çox sürətli iş gedir. Biz ümid edirik ki, ilin sonuna qədər […]

Kifayət Mustafayeva: “Seminar futbol mühitində uşaq təhlükəsizliyi üçün mühüm platforma oldu”

UEFA-nın təşkilatçılığı ilə Danimarkanın paytaxtı Kopenhagendə 55 üzv futbol federasiyasının sosial və ətraf mühit dayanıqlığı üzrə məsul şəxslərinin iştirakı ilə “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar yüksək səviyyədə təşkil olunub. Bunu Tezadlar.az-a açıqlamasında AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva deyib. “Seminar yüksək səviyyədə təşkil olunması, peşəkar strukturlaşdırılması və çoxşaxəli müzakirə mühitinin təmin […]

İlham Əliyev Mahmud Əli Yusufu Bakıya dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusufa 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13), eləcə də onun çərçivəsində keçiriləcək ilk liderlər sammitində iştirakla bağlı dəvət göndərib. Tezadlar.az-ın məlumatına görə, dəvəti dövlət başçısının adından Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov təqdim edib.

Dilerlərlə vergi islahatlarına dair görüş keçirildi

Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin əlavə dəyər vergisinə (ƏDV) cəlb olunması müzakirə edilib Tezadlar.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurum avtomobil dilerlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Xidmətin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin nümayəndələri […]

Bakı Dəniz Limanının gücü 25 milyon tona çatdırılacaq

Azərbaycan nəqliyyat və logistika bağlantılarının inkişafını öz iqtisadi strategiyasının əsas elementlərindən biri kimi nəzərdən keçirir. Tezadlar.az-ın verdiyi məlumata görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan-ABŞ beyin mərkəzlərinin I forumunda bildirib. Onun sözlərinə görə, ölkə regional və beynəlxalq nəqliyyat marşrutlarında öz rolunu möhkəmləndirmək üçün infrastruktura investisiya qoyuluşunu artırır. “Azərbaycan bağlantıların […]

YADİGAR MURADOVLA 27 İL ƏVVƏLKİ İLK MÜSAHİBƏM – “TƏZADLAR”IN ARXİVİNDƏN

Bu gün səhər saatlarında çox üzücü xəbər aldım. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov dünyasını dəyişib. Xəbərdən çox sarsıldım. Ağır itkidir… Yadigarı hələ orta məktəb illərindən tanıyırdım. Məndən təxminən dörd sinif yuxarı oxuyurdu. Qarabəniz, gülərüz, mehriban, ünsiyyətcil bir oğlan idi. Novruzlu kənd orta məktəbində oxuyarkən onun incəsənətə xüsusi marağı var idi. […]

Zəngəzur dəhlizində sürətli avtomobil yolunun görüntüləri təqdim olundu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa edilən sürətli avtomobil yolundan video paylaşıb. Tezadlar.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün “X” sosial media hesabında paylaşım edib. “Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə dair görüntülər paylaşmışdım. Bu gün isə […]

Mercedes sürücüsü etibarnaməsiz, vəsiqəsiz və narkotiklə saxlanıldı

Biləsuvar rayonunda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub. Tezadlar.az-ın Muğan bürosunun məlumatına görə, İdarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün sürücü Elnur Hüseynov Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə […]

ONA ÖLÜM YOXDUR

(hekayə) Bu hekayə II Qarabağ müharibəsi şəhidi Adəm Əliyevin həyatından ilhamlanaraq qələmə alınmışdır. Ağdamın üzərinə enən payızın ilıq nəfəsi, yandırmayan isti günəşi evlərin pəncərəsindən içəri boylanırdı. Günəş elə düşünürdü ki, həmin gün o bütün evlərə şaxələnən istiliyi ilə nəfəs verəcək. Amma bir ev həmin gün elə bir şeylə isinəcəkdi ki, günəşin istiliyi yanında sönük qalacaqdı…Ağdamın-bu […]

Lahıcda park problemi həll olunur

Lahıcda turist axınının idarə olunması məqsədilə yeni geniş dayanacaq sahəsi inşa edilir.  Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə bağlı Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli danışıb: “Avtomobil girişinə qoyulan məhdudiyyətlər uzun müddətdir park problemi yaradır. Hazırda daha böyük bir dayanacaq sahəsinin tikintisi yekunlaşmaq üzrədir. Məqsəd nəqliyyat vasitələrini qoruqdan kənarda saxlamaq və piyada […]

“Mənə qarşı faktlara əsaslanmayan yazıların nə peşəkarlığa, nə mediaya, nə də cəmiyyətə hər hansı faydası var” – Nura Suri

Yüzlərlə  dövlət tədbirində, yüzlərlə konsert proqramlarında, ölkənin bir çox bölgələrində və Bakı şəhərində böyük səhnələrdə, müxtəlif dövlət qurumlarının rəsmi tədbirlərində peşəkar, məsuliyyətli və hətta təmənnasız şəkildə çıxış etmişəm. Bundan əlavə, 2006–2023-cü illər ərzində Lider (fəaliyyəti dayandırılmış – red), ANS, ATV və Space telekanallarında aparıcı kimi fəaliyyət göstərmiş, eləcə də müxtəlif media layihələrində, tədbirlərdə və sosial […]

Bakı Rəqs Festivalı JW Marriott-u üç günlüyə mədəniyyət burulğanına çevirdi

JW Marriott Absheron Baku-da üç gün ərzində baş tutan Azərbaycan Rəqs Festivalı əsl mədəniyyət, idman və milli ruh burulğanına çevrildi. Bütün bunların bir məkanda baş verməsinə inanmaq çətin idi: zal gah alqış səsləri ilə coşur, gah da növbəti möhtəşəm çıxışı gözləyərək nəfəsini dərirdi. Təşkilatçılar – Azərbaycan Rəqs Şurası (AZDC), Xalq artisti Təranə Muradovanın rəhbərliyi ilə, […]

Səidə Dadaşovanın ifası sosial şəbəkələrdə gündəm oldu

Müğənni Səidə Dadaşovanın bir məclisdəki ifası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tezadlar.az xəbər verir ki, görüntülərdə onun həyat yoldaşı və eyni zamanda prodüseri olan Maqanın səhnəyə kənardan heyranlıqla baxdığı əks olunub. Duet ifa edən Səidə Dadaşovanın çıxışı zamanı Maqanın reaksiyası izləyicilər tərəfindən “sevgi dolu baxışlar” kimi qiymətləndirilib. Məclisdə qeydə alınan kadrlar qısa müddətdə sosial şəbəkələrdə […]

“Xarici asılılıq nəzarətinizin xaricində olan risk deməkdir” – ekspert çoxlu sayda saytın çökməsini şərh edib

Qlobal fırtına, yerli dayanıqlıq: təhlükəsizlik strukturlarımız doğru strategiya seçib Bu gün “Cloudflare” kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr Azərbaycanda 9000 –dən çox milli resursumuzu da çökdürdü. TEZADLAR.AZ xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib. Ekspert vurğulayıb ki, baş verən hadisə milli rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı mühüm bir reallığı üzə […]

31 yaşlı qadın oğlunu öldürdüyünü etiraf etdi

Moskva vilayətinin Balaşixa şəhərində 6 yaşlı oğlunu öldürən və sonra onun başını kəsib Qolyanovski gölünə atan 31 yaşlı qadın həbs edilib. Tezadlar.az xəbər verir ki, məhkəmə Yelena Tsutskova barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Xatırladaq ki, Moskvanın şərqindəki Qolyanovski gölündə altı yaşlı uşağın kəsilmiş başı olan zibil torbası tapılıb.Uşağın anası Yelena qətldə şübhəli […]

“Qarabağ”da iki zədəli futbolçu geri döndü

“Qarabağ”ın iki sol cinah müdafiəçisi Elvin Cəfərquliyev və Toral Bayramov sıraya dönüb. Tezadlar.az xəbər verir ki, milli komandanın düşərgəsində zədələnən hər iki oyunçu sağalıb. Onlar məşqlərə qayıdıblar. Qeyd edək ki, yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə görüşündən əvvəl Toral Bayramov zədə səbəbindən millidən kənarlaşdırılmışdı. Elvin Cəfərquliyev isə yüksək hərarət səbəbindən İslandiya ilə görüşdən öncə heyətdən […]

Ətirin günboyu qalması üçün hara vurmaq lazımdır?

Ətirin axşama qədər qalması üçün ətiri hara vurmaq lazımdır? Tezadlar.az bu nöqtələri təqdim edir: Ətir görünüşünüzü tamamlaya və xüsusi aura yarada bilər, ancaq qoxu kifayət qədər uzun sürərsə. Bununla belə, bu, çox vaxt məyusluqla başa çatır: səhər qoxu canlı və dərin görünürdü, lakin nahar vaxtı tamamilə yox olur. İlk addım düzgün formul seçməkdir. Üst notlar, xüsusən […]

“Birbank” kartları arasında köçürmələr tamamilə pulsuz oldu

Yerli maliyyə bazarında innovativ həllərin ilk yaradıcılarından olan “Kapital Bank” milyonlarla müştərisinə rəqəmsal üstünlüklər təklif edir. Xüsusən də köçürmələr istiqamətində müştərilərinin tələbini qarşılayan bank, rəqibləri arasında ilk sıralarda yer alır. Belə ki, banka məxsus 10 milyona yaxın kartdan “Birbank” kartlarına köçürmələr tamamilə limitsiz və kommisiyasızdır. Yəni, “Birbank”lılar öz kartlarından “Birbank” kartlarına istədikləri qədər vəsaiti heç […]

“Qarabağ”ın qapıçısı Fransayla oyunda ağır zədələndi

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib. O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var. Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı […]

Əli Əsədov ETSN-lə bağlı qərar imzaladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı həmin siyahıya daxil edilib.

Orucov və Cəfərovun qolları yığmamıza qələbə gətirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin oyununda qələbə qazanıb. Tezadlar.az-ın məlumatına görə, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib – 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib. Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı […]

Bayramov: Azərbaycan qaz ixracını 29% artırıb

Sülh sazişinin icrası ilə Cənubi Qafqazda vahid bazar anlayışına köklənmək lazımdır. Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf İctimai Birliyinin sədri Vüqar Bayramov noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində “Enerji təhlükəsizliyi və bağlantılar sessiyasında deyib. Onun sözlərinə görə, 30 illik münaqişə dövründə regionda ayrı-ayrılıqda Azərbaycan, Ermənistan və […]

Bir kəndin tarixə yazılan tale hekayəsi

Kitab tarixi faktlar, arxiv sənədlər əsasında doğma yurdun yaddaşına, bir kəndin keçmişinə və xalqun tarixini yaşadan insanlara həsr olunub Mənəviyyatca zəngin, poetik baxışları yüksək olan ziyalılarımızdan biri də Salmanov Saleh Sabir oğludur. İxtisasca həkim olan Saleh həkim olmağına baxmayaraq poeziyaya böyük marağı olan bir insandır. Bunu onun yazdığı şeirlərində, məqalələrində aydın görmək olur. Biz Saleh […]

Meksika muralizmi – Muzeydə yeni mühazirə

20 noyabr 2025- ci il tarixində saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Meksika muralizmi: Dieqo Rivera yaradıcılığı” adlı mühazirə keçiriləcək. Hazırda AMİM-də davam edən Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisi çərçivəsində muzeyin böyük elmi işçisi Gülnaz Mustafayeva tərəfindən təqdim olunacaq mühazirədə Meksikanın dünyaşöhrətli sənətkarının yaradıcılığından geniş bəhs […]

Ağdam – Qafqazın Xirosiması: 20 Noyabr – Ağdam şəhəri günüdür!

…Ağdam… Bu ad təkcə bir şəhəri deyil, bütöv bir taleyi, bir millətin ağrı və qürur dolu tarixini özündə yaşadır. XX əsrin sonlarında erməni işğalının ən ağır fəsadlarını yaşayan Ağdam təkcə fiziki olaraq deyil, mənəvi olaraq da viran qoyuldu. Dünyanın bir çox münaqişə bölgələrində dağıntılar görünüb, şəhərlər yerlə-yeksan edilib, lakin işğal dövründə Ağdamda törədilən barbarlığın miqyası […]