Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

Azərbaycan Ağsaqqallar Şurasının Torqovıdakı biabırçılıqdan xəbəri yoxdur, siz isə İmişli ağsaqqallarını…

… İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə çıxış etməsi ictimaiyyət, eləcə də Azərbaycan Ağsaqqallar Şurası tərəfindən ağsaqqala yaraşmayan bir hərəkət kimi ciddi şəkildə qınanılıb. Saleh Səmədovun bu hərəkətini qəbuledilməz hesab edən Şuranın İdarə Heyəti bu cür atributlardan […]

AYNA yolları daraltmadan göydələnləşən şəhərin boş ərazilərini veıosipedləşdirməsə…

AYNA rəhbərliyinin velosipedləşdirmə politikası ilə mövcud paytaxt küçələrinin daraldılması sayəsində Bakıda tıxac xaosu yaratmaqdadır, hər gün təkcə Biləcəri ərazisində saatlarla tıxacda qalan sürücülərin tezadlar.az- a şikayətləri isə səngimir. Sosial şəbəkələr hər gün bu tip şikayətlərin meydanı kimidir, təbii ki, yollar daraldıqca tıxaclar da baş alıb gedir, həyati əhəmiyyətli tədbirlərə- şəxsi işinə tələsən insanlar- sürücülər isə […]

Abituriyentlərin diqqətinə: mayın 25-də II və III ixtisas qrupları üzrə imtahanlara hazır olun ki…

Mayın 25-də IDövlət İmtahan Mərkəzi tərəfindən I və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Bu barədə DİM məlumat yayıb. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə […]

“TİK-TOK”çu İlhamə məhkəmədə deyib ki…- İNANILMAZ

Qalmaqallı hərəkətləri ilə gündəmdə olan İlhamə Elşadqızı indi məhkəmə qarşısındadır. Belə ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Daha sonra təqsirləndirilən […]

Tanınmış uşaq yazıçısı, şair Gülzar İbrahimova ilə maraqlı görüşlər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaq yazıçısı, şair, Mətbuat Şurasının, AYB-nin və AJB-nin üzvü, H.B.Zərdabi mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin Prezident Təqaüdçüsü,  uşaqların sevimli yazıçısı Gülzar İbrahimova Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Qobustan, Şamaxı, Ağsu və İsmayıllı kitabxanaların oxucuları ilə görüşüb. Görüşlər Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Görüşlərdə Gülzar İbrahimova oxucularına yeni planlarından […]

21 yaşlı Aytac Məmmədova oğurlanıb, yoxsa…

Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovadan artıq 40 gündən çoxdur ki, xəbər yoxdur. Tezadlar.az 24News.ge -yə istinadla xəbər verir ki, ailə üzvlərinin sözlərinə görə, Aytacla sonuncu dəfə onun rəfiqəsinin ad gününə getdiyi gün əlaqə saxlanılıb. Gecə saatlarında Aytac anasına səsli mesaj göndərib, bundan sonra isə onunla bütün əlaqə kəsilib. Mövzu ilə bağlı […]

Paşinyandan təzə xəbər var: “Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və…”

Paşinyanın xarici işlər nazirindən yeni bir açıqlama gəlib. “Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır”, – deyən xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, “Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və tamamlandığını elan ediblər. Diqqətəlayiq haldır ki, bu gün nazirlərin qəbul etdiyi qərarlardan biri bir daha bu mühüm faktı təsdiqləyir və sazişin […]

Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketi 189 tankerə təsir edəcək

Aİ-nin Rusiya əleyhinə sanksiyalarının 17-ci paketinə, Brüsselin məlumatına görə, müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 189 tankerə qarşı məhdudiyyətlər daxildir. Tezadlar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. “Biz Rusiyanın enerji ixracatını vurmaq üçün 189 tankeri qara siyahıya salmışıq”, – o, sosial şəbəkədəki X səhifəsində yazıb. Beləliklə, qara siyahıya […]

Böyük Britaniya-Aİ münasibətləri danışıqları London tərəfindən çətinləşdirilib

İngiltərə ilə Avropa İttifaqı arasında münasibətlərin yenidən qurulması üçün danışıqlar Londonun tələbləri səbəbindən daha da mürəkkəbləşir. Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazır. Münasibətlərin yenidən qurulmasına dair sazişin mayın 19-da Londonda keçiriləcək Böyük Britaniya-Aİ sammiti zamanı imzalanacağı gözlənilir. Sıfırlanmanın məqsədinin Brexitdən sonra London və Brüsselin mövqelərini yaxınlaşdırmaq olduğu qeyd edilir. Tərəflər […]

“Melissa Group”un ev dağıdan rəhbəri Qalib Məmmədov ev dustaqlığına necə buraxıldı???-VİDEO

“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb. Təbii ki, məhkəmə onu dəstəkləyən və “cəzalandıran”ların sayəsində məhkəmə qərarı ilə evə buraxılıb. Buraxılıb ki, evində rahatlansın, dincəlsin, digər söküntü-dağıntı işlərini başa çatdırsın… Bəs evi dağıdılan, infark edilən qadın necə, evində rahat olması mümkündürmü? Axı o birdəfəlik psixoloji travma aldı… *** Xatırladırıq ki, bu ilin […]

Narkokuryerliyə cəlb olunan 2 nəfər tutuldu

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər narkotik […]

Abşeronda 48 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir. Tezadlar.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr […]

Dövlət İmtahan Mərkəzinin buraxılış imtahından inanılmaz sayda şikayət-10981!

…İstər ali məktəblərə tələbə qəbulunda, istərsə də buraxılış imtahanlarında test suallarının əndazəni keçdiyi barədə çoxsaylı müzakirələr, təkliflər, iradlar olsa da, Dövlət İmtahan Mərkəzinin optimal rəyi, fəaliyyət nəticəsi görünmür. Soaial mediada yayılan rəsmi rəqəmlər də təsdiqləyir ki, təkcə bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min […]

Gəncədə insan alveri qurbanları üçün sığınacaq tikiləcək və…

“Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilməsi üçün ərazinin ayrılması ilə bağlı müraciət edilib”. Tezadlar.az xatırladır ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən bu barədə danışıb. Onun sözlərinə […]

ACF-in məşqçilər üçün peşəkar inkişaf proqramı

Azərbaycan Cüdo Federasiyasının Şəkidə şimal-qərb regionunun cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının ikinci günündə ilkin yardımla bağlı təlim keçirilib. Tezadlar.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən, təlimdə idman zamanı baş verə biləcək zədələr – xüsusilə travmalar, burxulmalar və huşun itməsi hallarında göstəriləcək ilkin müdaxilə üsullarından bəhs olunub. Məşqçilərə, həmçinin zədələnmiş […]

Cənubi Koreyanın Milli Vergi Xidməti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən, xidmət rəisinin müşaviri Sərxan Həşimov Cənubi Amerika Vergi Administrasiyaları Mərkəzinin (CİAT) Çilidə keçirilən Baş Assambleyasında iştirakı zamanı Cənubi Koreyanın Milli Vergi Xidmətinin rəhbəri Kanq Minsoo ilə görüşüb. Tezadlar.az xəbər verir ki, görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, təcrübə və […]

Rusiya SQ-nin texnika karvanını bombalamağa cəhddə təqsirləndirilənlər azadlıqdan məhrum edildi

Cənub Dairə Hərbi Məhkəməsi 2022-ci ildə Zaporojye vilayətində magistral yolda Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi texnika karvanını partlatmağa cəhd edən Oleq Zavqorodnıy və Fedor Trifonovu müvafiq olaraq 24 və 17 il müddətinə azadlıqdan məhrum edib. Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir. “Məhkəmə Zavqorodnıy və Trifonovun təqsirli bilinməsi və onlara müvafiq olaraq 24 və 17 il […]

Şəxsi avtomobilinizlə Qarabağa getmək istəyirsinizsə…-BUNLARI BİLMƏLİSİZ!

Qarabağakı işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir. Tezadlar.az bildirir ki, bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, […]

Media subyektlərində İT mütəxəssis çatışmazlığı nədəndir?

“Azərbaycandakı media subyektlərində informasiya texnologiyaları (İT) üzrə mütəxəssislərlə bağlı müəyyən çatışmazlıq var”. Tezadlar.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə […]

Qərb İstanbuldakı danışıqlarla bağlı mürəkkəb açıqlama verdi

Əgər İstanbulda keçiriləcək danışıqlar yalnız atəşkəsə nail olsa, bu, Ukraynanın yenidən silahlanmasına imkan verəcək. Tezadlar.az xəbər verir ki, bunu finlandiyalı professor Tuomas Malinen X sosial şəbəkəsindəki səhifəsində yazıb. “Bu, Ukraynaya yenidən silahlanması və yenidən qruplaşması üçün vaxt verəcək, bu da daha çox qətl və dağıntılara səbəb olacaq və münaqişənin Avropaya yayılma riskini artıracaq”, – fikirlərini […]

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Tezadlar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş […]

“Мы готовы к любому формату переговоров, но есть условие…”

Руководитель Офиса президента Андрей Ермак заявил, что Украина готова к любому формату переговоров с Россией, но для этого есть условие – полное прекращение огня страной-агрессором. Как сообщает tezadlar.az со ссылкой  Ермак в Telegram, где опубликовал основные месседжи своего интервью французской газете Le Monde. “Мы готовы к любому формату диалога, но есть условие – полное и безусловное […]

Gürcüstan parlamenti siyasi partiyaların bu halda qadağan edilməsi layihəsini təsdiqlədi!

Ölkə Parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, qanun layihəsi parlamentin 80 deputatının yekdil dəstəyi ilə təstiqlənib. Dəyişikliklər siyasi partiyaların fəaliyyətinə qadağa qoyulması ilə bağlı hüquqi mexanizmlərini nəzərdə tutur. Beləliklə, Konstitusiya Məhkəməsi artıq qadağan edilmiş bir partiyanın məqsəd və fəaliyyətini, […]

Bu da arzuladığımız Laçının yeni həyatı-VİDEO-FOTO

Doğma yurda qayıdan ailələrin sevinci, həyatın ritmini bərpa edən kəndlər və yenidən dirçələn Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi… Bunlar qürurvericidir, tarixi yaddaşdır! *** Dövlət Qaçqınkom-dan “Təzadlar”a bildirilib ki, Laçında öz ata-babalarının qədim ənənələrini dirçəltmək üçün yeni bir nəsil formalaşır. Onlar doğma diyara sahib çıxaraq, bu torpaqları özlərinə əbədi yurd seçiblər. Abadlaşan Laçında körpələrin […]

Aİ Məhkəməsi Fon der Lyayen-Pfizer yazışması işi ilə bağlı qərar verəcək

Aİ-nin Ədalət Məhkəməsi mayın 14-də AK prezidenti Ursula Fon der Lyayen və Pfizer şirkətinin baş direktoru Albert Bourla arasında COVID-19 peyvəndlərinin satın alınması ilə bağlı mətn mesajları ilə bağlı qərarını elan edəcək. Tezadlar.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir. Məhkəmə yazışmaların mahiyyətini yox, daha çox bu məlumatları tələb edən, lakin rədd edilən “The New […]

PKK-nın Sonu: Qanlı Bir Tarixin Bitməsi

…Tarixin bəzi səhifələri qanla yazılır. Qırmızıya boyanmış bu səhifələr təkcə keçmişi deyil, həm də bu günün ağrılarını, sabahın ümidlərini formalaşdırır. 1984-cü ilin isti bir avqust gecəsində, Türkiyənin cənub-şərqində yerləşən Eruh və Şemdinli rayonlarında ilk dəfə silah səsləri eşidiləndə heç kim bu səslərin neçə onillik davam edəcək bir qanlı dövrün başlanğıcı olduğunu bilmirdi. Bu səs – […]

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub

Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Tezadlar.az xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. RÖVŞANƏ

DİN: 2 cinayətin açılması təmin olunub

Mayın 13-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. DİN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt […]

Bank kartlarından 14265 manat oğurlanıb

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici vatsap zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, […]

Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini razılaşdırmaq niyyətindədirlər

Aİ-yə üzv ölkələr mayın 14-də – bir gün ərzində yeni anti-Rusiya sanksiyalar paketinin məzmunu ilə bağlı ilkin razılığa gəlməyi planlaşdırır. Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Avropa Komissiyası Aİ ölkələri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini koordinasiya edir, bu paketə Rusiyanın 60-a yaxın hüquqi və fiziki şəxsi və təxminən 150 tankerinin […]

NATO sammitində əsas diqqət alyansın möhkəmləndirilməsinə yönələcək, Ukraynaya deyil

İyunun 24-ü və 25-də Haaqada keçiriləcək NATO sammitinin iştirakçıları Ukraynanın alyansa üzvlüyündən çox, hərbi xərclərin artırılması və hərbi istehsalın artırılması məsələsinə diqqət yetirəcəklər. Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Məlumata görə, sammit əvvəlki görüşlərdən daha qısa olacaq və onun nəticəsi qısa bəyannamə olacaq. Agentliyin məlumatına görə, NATO-ya üzv ölkələr ABŞ […]

O, Trampın impiçmenti ilə bağlı səsverməyə çağırıb

ABŞ Nümayəndələr Palatasının demokrat deputatı Şri Tanedar prezident Donald Trampa 7 maddə üzrə impiçment elan etmək üçün daha əvvəl təqdim etdiyi qətnamənin səsverməsinə çağırıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb. “Keçən ayın sonunda prezident Trampa qarşı impiçment maddələri qaldırdığını elan edən Tanedar prezidentin impiçmenti üçün səsverməyə çağırıb”, – nəşr qeyd edir. […]

Sülh arzulayan Ermənistan rəhbərliyinin silahları cəbhədə susmur

Ötən gecə-mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Ermənilərin Gürcüstanın İrəvandakı səfirliyinin binası qarşısında etiraz aksiyası

Gürcüstanın İrəvandakı səfirliyi qarşısında alkoqol məhsulların istehsalçıları və ixracatçılarının iştirakı ilə etiraz aksiyası keçirilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Aksiya iştirakçıları Gürcüstan tərəfinin addımlarından narazılıqlarını ifadə edirlər. Onların sözlərinə görə, Ermənistan məhsulları daşıyan yük maşınlarının Rusiyaya keçməsinə maneə törədilir və Gürcüstan ərazisində laboratoriya yoxlamasının keçirilməsini tələb edilir. […]

Trampın etibarlı nümayəndələri İstanbula gedir- SÜLHƏ DOĞRU SON ŞANS

Ukrayna ilə Rusiya arasındakı dağıdıcı, gaciələr yaşadan müharibənin dayandırılması dünyanın diqqət mərkəzindədir. ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilər də Rusiya-Ukrayna müharibəsi ilə bağlı planlaşdırılmış danışıqlar üçün İstanbula gedəcək. Tezadkar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Sitat: “Adamlarımız orada olacaq. Marko Rubio orada olacaq. Digərləri də orada […]

Təmsilçimiz “Avroviziya 2025″dan əliboş qayıdır…

“Avroviziya – 2025″in ilk yarımfinal mərhələsi keçirilib. Tezadlar.az xəbər verir ki, müsabiqədə 10 nömrə altında “Run with U” mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb. Müsabiqənin finalına Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar. Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq. […]

Tramp: İranın neft ixracını sıfıra endirməyə hazıram

ABŞ administrasiyası İrana maksimum təzyiq göstərməyə və iki tərəfin Tehranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə İslam Respublikasını neft ixrac etmək imkanından məhrum etməyə hazırdır. “Tezadlar.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ər-Riyadda Səudiyyə-Amerika investisiya forumunda çıxış edərkən deyib. “Mən İranla müqavilə bağlamaq istəyirəm. İranla müqavilə bağlamağı bacarsam, buna çox sevinərəm, bölgənizi […]

Çiyələklərin ömrünü uzadan sirkəli su üsulu

Çiyələklərin çürüməsinin qarşısını almaq üçün onları düzgün şəkildə yumaq, saxlamaq və istifadə etməklə ömrünü xeyli uzatmaq mümkündür. “Tezadlar.az” bildirir ki, bunun üçün aşağıdakı üsulu tətbiq edə bilərsiniz: Çiyələkləri alandan sonra əvvəlcə dərhal yuyub saxlamayın. Əgər dərhal yeməyəcəksinizsə, quruca saxlayın. Lakin əgər yumaq istəyirsinizsə, sirkəli su ilə yuyun: 1 stəkan ağ sirkə və 3 stəkan su […]

Şəhid ailələrinə və Çernobıl əlillərinə bu il 1 000 mənzil veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bu il min mənzilin təqdim edilməsi nəzərdə tutulub. “Tezadlar.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən şəxslərə nazirlik tərəfindən postmüharibə dövründə 6.8 […]

Polşa Dodiki ölkəyə girişdən məhrum edəcək

Polşa Serb Respublikasının Prezidenti Milorad Dodikin ərazisinə daxil olmasını qadağan edəcək. “Tezadlar.az” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. “Milorad Dodikin ölkəyə girişinə qadağa qoyulması proseduruna başlanılıb. Bu, hələ də davam edir və bir neçə gün ərzində tamamlanacaq”, – məlumatda bildirilir. Qeyd edək ki, bundan əvvəl Avstriya və Almaniya “Bosniya və Herseqovinadakı […]

Aİ iyun sonuna kimi Rusiyaya yeni sanksiya paketini qəbul edəcək

Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı növbəti sanksiya paketini hazırlayır və bununla bağlı qərar iyunun sonunadək qəbul edilməlidir. Bunu Almaniya kansleri Fridrix Merts Berlində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında bildirib. “Sanksiyalara gəlincə, Avropa İttifaqı artıq növbəti paketi hazırlayır. Bu məsələ ilə bağlı qərar iyunun sonunadək qəbul edilməlidir”, – o deyib. Kansler sanksiyaların enerji […]

Daşkəsəndə leysandan sonra qısa müddətli dolu yağışı qeydə alınıb

Gəncə və ətraf rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonunda da öz təsirini göstərib. Tezadlar.az  xəbər verir ki, bu gün axşam saatlarında yağan leysandan sonra təxminən 5–10 dəqiqə ərzində rayonun bir neçə kəndinə dolu yağıb. Dolu əsasən qısa müddətli olub və ciddi fəsadlara yol açmayıb. Hazırda isə qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

Biləcəri Natavan küçəsi meşəliyi baxımsız qalıb, aidiyyəti qurumlar məsuliyyəti bir-birinə atır

Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acınacaqlı vəziyyətdədir. “Tezadlar.az” xəbər verir ki, ərazidəki ağaclara qulluq edilmir, həmişə yaşıl bitkilər çoxu quruyub, yarısı isə aşıb. Bir sözlə illərin ağacları baxımsız vəziyyətdədir. Məsələ ilə bağlı Biləcəri Bələdiyyəsindən bildirildi ki, ağacların aşması və ya quruması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyinə və Dövlət Ekoloji Ekspertiza Agentliyinə […]

ANAMA-nın Sarıcalı mobil bazasının direktoru Ələsgər Əhmədov vəzifəsindən azad edilib

ANAMA-nın rəhbər şəxsi işdən azad edilib. “Tezadlar.az”un Qarabağ bürosu xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qərar verib. Qərara görə, Agentliyin Ağdam rayonunun Sarıcalı kəndində yerləşən mobil bazasının direktoru Əhmədov Ələsgər Həmzə oğlu kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad olunub.

Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib

Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib. “Tezadlar.az” xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bu komitədə cəmi 7 üzv təmsil olunur və onlardan biri də Azərbaycan təmsilçisi Cahangir Babayevdir.

Mercedes, BMW və Volkswagen ilk rübdə kəskin mənfəət itkisi qeydə aldı

Almaniyanın nəhəng avtomobil istehsalçıları Mercedes-Benz, BMW və Volkswagen bu ilin ilk rübündə kəskin mənfəət itkisi ilə üzləşib. Çin bazarındakı satışların azalması, xərclərin artması və ABŞ-ın yeni gömrük vergiləri bu geriləməyə səbəb olub. Tezadlar.az xəbər verir ki, Mercedes-Benz-in mənfəəti 40,7 faiz, BMW-ninki 25,2 faiz, Volkswagen-in isə 37 faiz azalıb. Alman avtomobil mütəxəssisi Ferdinand Dudenhöffer bildirib ki, […]

Kazem Qəribabadi İranın Xəzər Dənizi üzrə xüsusi nümayəndəsi təyin edildi

İran Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndə təyin edib. “Tezadlar.az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi ölkənin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.  

Döyülərək öldürülən Elgün İbrahimovun atası danışdı

Ötən gün axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib. “Tezadlar.az” xəbər verir ki, hadisə ilə bağlı Elgünün atası Baku TV-yə danışıb. Mərhumun atasının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb. “Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli […]

Bahar Lətifqızı atasını bağışlamadığını açıqladı

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib. Tezadlar.az xəbər verir ki, “Bir gün” verilişində qonaq olan sənətçi şəxsi həyatı barədə danışıb. Bibisinin evinə gedən ifaçı çətin keçən uşaqlıq dönəmlərini xatırlayıb. Atası ilə hələ aralarındakı buzların ərimədiyini etiraf edən Bahar onun heç vaxt bağışlamayacağını bildirib: “Atam mənə milyonlar mülklər də qoysaydı yenə qəbul etməzdim. Güclü xanımlardanam. […]

Tramp: ABŞ Suriyaya sanksiyalardan imtina edəcək

ABŞ Suriyaya qarşı sanksiyalardan istifadəni dayandıracaq ki, bu ölkənin sülh şansı olsun. “Tezadlar.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib.

Səbinə müğənnilik fəaliyyətini və klipinin xərcini necə ödədiyini açıqlayıb

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə müzakirələrə çevrilən çadırda yaşayan Səbinə maraqlı etirafı ilə diqqət çəkib. Tezadlar.az xəbər verir ki, əvvəl müğənni kimi fəaliyyət göstərdiyini deyən Səbinə çəkdirdiyi klipin xərcini necə ödədiyinə aydınlıq gətirib. O, sevgilisinin verdiyi 900 manatla ekran işini ərsəyə gətirdiyini bildirib. Kömək üçün verilişə üz tutan gənc qızın bu etirafı müzakirələrə səbəb olub.

Türkiyənin Konya şəhərində “Anadolu Ankası-2025” beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb

Türkiyənin Konya şəhərində “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. ”Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, manevrlərdə Türkiyə ilə yanaşı, Azərbaycan, ABŞ, Almaniya, Bosniya və Hersoqovina, İtaliya, Qətər, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanı da iştirak edir. Təlimlər ayın 23-dək davam edəcək. Qeyd edək ki, […]

Bakı-Ağstafa marşrutunda qatar xırdabuynuzlu heyvan sürüsü ilə toqquşdu

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarət buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb. Tezadlar.az bildiriri ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq ADY-nin mətbuat xidmətindən bildirilib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. “ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz […]

Faiq Həsənovun “Şahmat klubu” verilişi Ginnesin Rekordlar Kitabına düşdü

AzTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun “Şahmat klubu” verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib. Tezadlar.az xəbər verir ki, Ginnes Rekordlar Kitabının rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini, rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib və Ginnesin Rekordlar Kitabının diplomunu Faiq […]

Hafsanur Sancaktutan və Kubilay Aka evlənəcək?

Türkiyəli aktrisa Hafsanur Sancaktutanın həmkarı Kubilay Aka ilə ailə quracağı iddia edilir. “Tezadlar.az” xəbər verir ki, bu barədə “NTV magazin” məlumat yayıb. Məlumata görə, Kubilay Aka Hafsanur Sancaktutan üçün xüsusi gecə təşkil edib və evlilik təklifi edib. Hafsanurun isə bu təklifi qəbul etdiyi bildirilir. Qeyd edək ki, cütlük ötən ilin iyul ayından sevgilidirlər.

Çiro İmmobile “Beşiktaş”dan ayrılmayacağını açıqladı

“Beşiktaş”ın italiyalı hücumçusu Çiro İmmobilenin klubundakı taleyi bəlli olub. Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə özü açıqlama verib. Ulduz futbolçu komandadan ayrılma xəbərlərinin yalan olduğunu bildirib. İmmobile “Beşiktaş”da xoşbəxt olduğunu da sözlərinə əlavə edib. 35 yaşlı oyun “Qara qartal”ın heyətində bu mövsüm Superliqada 28 oyunda 15 qol vurmağı bacarıb.

Ukrayna və Rusiya arasında birbaşa danışıqlar İstanbulda baş tuta bilər

Xəbər verdimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-i Türkiyəyə səfər edəcək. “Tezadlar.az”ın məlumatına görə, növbəti İstanbul danışıqları bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin bəyanatı ilə yenidən gündəmə gəlib. Belə ki, Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan İstanbulun 15 may tarixində mühüm görüşə ev sahibliyi etməsini istəyib. Bir neçə saat sonra Türkiyə lideri […]

Prezident İlham Əliyev “Caspian Agro” və “InterFood” sərgilərində iştirak etdi

Bakı Ekspo Mərkəzində 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 30-cu Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” keçirilir. “Tezadlar.az” xəbər verir ki, dörd gün davam edəcək tədbirdə kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur. Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti […]

Sərxan Kərəmoğlu prodüser Asif Kərimovdan üzr istədi

Müğənni Sərxan Kərəmoğlu mübahisə yaşadığı prodüser Asif Kərimovdan üzr istəyib. Tezadlar.az xəbər verir ki, o, “Rəngarəng” verilişinə telefon bağlantısı ilə qoşularaq bəstəkar aranjımançı Asif Kərimova dünənki sözlərinə görə üzrxahlıq edib. Xatırladaq ki, Sərxan Kərəmoğlu dünən Rəngarəng verilişində Asif Kərimovun ünvanına ağır ittihamlar səsləndirmişdi.

Piknik zamanı parlaq rəngli geyimlərdən çəkinin

Piknik edərkən bəzi rəngli paltarları geyinməmək tövsiyyə olunur. Tezadlar.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb bəzi rəngli paltarların gənələri özünə çəkməsidir. Meşə gəzintiləri, pikniklər və açıq hava tədbirləri yay aylarında məşhur olsa da, bu fəaliyyətlər bəzən sağlamlıq riskləri yaradır. Onlardan biri də gənə yapışmasıdır. Gənələr ciddi xəstəliklərə səbəb ola bilir. Bu səbəbdən uzunqollu geyimlər […]

Osmanlıda baş vəzirlər: Fərqli millətlərdən olan paşalar

Osmanlı İmperiyasında baş vəzir (sədrəzam) sultanın ən yüksək mülki idarəçilik funksiyalarını icra edirdi. Onlar imperiyanın əsas siyasi və iqtisadi inkişaf istiqamətlərini müəyyən edir, sultanın ən yaxın məsləhətçiləri olurdular. Çoxdinli və çoxmillətli Osmanlı İmperiyasında bu strateji posta türklərlə yanaşı, dövlətdə yaşayan digər xalqların nümayəndələri də aktiv təyinat alırdı. Tezadlar.az Lent.az istinadən Osmanlı İmperiyasında baş vəzir postunu tutan şəxslərin etnik mənsubiyyəti barədə məqaləni təqdim edir. Osmanlı dövlətinin […]

Rodriqo “Real”dan getmək istəyir

“Real”ın hücumçusu Rodriqo ən qısa zamanda Madrid klubunu tərk etmək niyyətindədir. Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, braziliyalı artıq özünü komandanın bir hissəsi kimi görmür. Xüsusilə, o, şəxsən baş məşqçi Karlo Ançelottidən özünü hazır hiss etmədiyi səbəbindən, onu “Barselona” ilə son oyuna buraxmamasını istəyib. Son məşq zamanı vəziyyətin gərginləşdiyi qeyd olunur: Rodriqo məşq […]

Üç ayda 4154 hadisə: 20 nəfər ölüb, 85 nəfər xəsarət alıb

2025-ci ilin I rübü (ilk üç ay) ərzində respublika ərazisində 4154 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2024-cü ilin I rübü ilə müqayisədə 866 hadisə və ya 26% çoxdur.  Bu barədə “Tezadlar.az”a FHN-dən bildirilib. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 20 nəfər həlak olmuş, 85 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri […]

Sabah Salyan, Neftçala və Hacıqabulda qaz olmayacaq

Sabah Salyan, Neftçala və Hacıqabul rayonlarında qaz təchizatı dayandırılacaq. Bu barədə “Tezadlar.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Əhali (Şorsulu)” ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE “Şorsulu QPS-Şorsulu kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə mayın 14-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 11 kəndində – Marışlı, Şorsulu, Seyidlər, […]

Viskonsində 14 tibb bacısı eyni anda hamilə qaldı

Başqalarının uşaq dünyaya gətirməsinə kömək edən tibb bacıları indi özləri ana olmağa hazırlaşırlar. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, ABŞ-ın Viskonsin ştatının Qrin-Bey şəhərindəki HSHS St. xəstəxanasının qadın və körpələr mərkəzində 14 tibb bacısı öz körpələrinin dünyaya gəlişinə hazırlaşır. “Bu, bir çox tibb bacılarımız üçün inanılmaz tam dövrə anıdır, onlardan bəziləri özləri ilk dəfə ana olacaqlar”, – […]

Əş-Şəraa Trampla görüşə bilər

Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şəraa mayın 14-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilər. “Tezadlar.az” xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti yazıb. Nəşrin Suriya XİN-dəki mənbəsinin sözlərinə görə, Ər-Riyad Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti çərçivəsində Tramp və əş-Şəraa arasında 45 dəqiqəlik görüş keçirməyi təklif edib. Qeyd olunub ki, […]

“Avroviziya 2025”in ilk yarımfinalı bu gün Bazeldə keçiriləcək – Azərbaycan 10-cu nömrə ilə səhnədə

“Bu gün, mayın 13-də Bazeldə “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. Tezadlar.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən “Mamagama” qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar “Run with you” mahnısını ifa edəcəklər. Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də […]

Zahid Orucdan sensasion açıqlama: “Tofiq Yaqublu…”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmasını təsdiqləyən açıqlama paylaşıb. Sosial mediada yayımlananlardan bəlli olur ki, Zahid Oruc bu barədə açıqlamasında danışıb. Millət vəkili deyib ki, Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyaları Tofiq Yaqublunu qurbana çevirərək kampaniyalar […]

Generalı nazir əvəzlədi…- OSMAN GÜNDÜZ ŞƏRH EDİR

“Paqonlu” idarəetmədən mülkiyə keçid sektorun inkişafına necə təsir göstərəcək? Ötən gün Prezidentin fərmanı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında mühüm struktur islahatı aparılıb. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi və idarəedici qurumu dəyişib. Əgər əvvəllər bu komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri sədrlik edirdisə, cari fəaliyyəti də bu qurum tərəfindən koordinasiya olunurdusa, […]

Qarabağda hərbi cinayətlər törətmiş Ruben Vardanyan nələri etiraf edəcək?

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 13-də davam etdirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət […]

Bəhruz Əhmədov Azərbaycanın hərbi prokuroru oldu

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, B.Əhmədov 1984-cü ildə anadan olub. O, Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Baş prokurorun müavini bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.

Baş prokuror Kamran Əliyev Qobustanda vətəndaşları dinlədi və…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Baş Prokurorluğun Mətbuat Xidmətindən tezadlar.az– a verilən məlumata görə, bu gün Baş prokuror Kamran Əliyev Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Şamaxı, Ağsu rayon və digər […]

Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor-İRAKDAN “TƏZADLAR”A YAZIRLAR

…Azerbaycan Cumhuriyeti Cumhurbaşkanlığı Sivil Toplum Kuruluşlarına Devlet Desteği Ajansı’nın daveti üzerine Irak ve Suriye Türkmenlerinden (STK temsilcileri, siyasetçi, akademisyen, araştırmacı, gazeteci, doktor ve entelektüel) oluşan bir heyet Azerbaycan’a geldi. Türkmen heyeti, Azerbaycan Cumhuriyeti’ne yaptığı resmi ziyaret kapsamında, Bakü’de merhum Cumhurbaşkanı Haydar Aliyev ve hayat arkadaşı Zarifa Aliyeva’nın Fahri Hıyaban‘da bulunan mezarını ziyaret ederek saygı duruşunda […]

Tərtərdə qəsdən adam öldürən həbs edildi, cinayət işi başlandı…

Tezadlar.az- dan Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən […]

Prezident İlham Əliyev aqrar sahə sərgilərinin açılışını etdi

Bu gün mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub. Tezadlar.az xəbər verir ki, artıq milli brendə çevrilmiş “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər […]

Türkiyə əsrin görüşünə haxırlaşır, Ukrayna cəbhəsində isə…

Türkiyə əsrin yaddaqalacaq bir görüşünə hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski də bu minvalla mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla Ukrayna xəbər verir ki, bunu V.Zelenski mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır. […]

Şəxsi məlumatlarınız ələ keçirilibsə…

İstintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə səlahiyyətlər veriləcək. Tezadlar.az xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirə olunacaq. Sənədə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən […]

Allergiyası olanların nəzərinə: diaqnostika və stasionar müalicə icbari tibbi sığorta hesabınadır!

Yaz fəslində allergik hallar kəskinləşir. İcbari tibbi sığorta Agentliyindən tezadlar.az-a bildirilib ki, xüsusilə bitki tozcuğuna qarşı yaranan tənəffüs allergiyaları, dəridə səpgilər, göz və burun axıntısı daha tez-tez müşahidə olunur.  Məişət və qida allergenlərinə, dərman preparatlarına qarşı allergiyalara isə hər fəsildə rast gəlinir. Allergiyaların vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca […]

“AzerGold” QSC tərəfindən ölkəmizdə ilk dəfə Geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

“AzerGold” QSC tərəfindən ölkəmizdə ilk dəfə geoloji kəşfiyyat məlumatlarının real vaxt rejimində toplanması, emalı, arxivləşdirilməsi və idarə olunmasını təmin edən Geoloji kəşfiyyat informasiya sistemi yaradılaraq, istifadəyə verilib. Qurumdan tezadlar.az–a bildirilib ki, yeni proqram təminatı QSC-nin biznes proseslərinin rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi sahəsində fəaliyyəti çərçivəsində geoloji tədqiqatlarının operativliyini və səmərəliliyini artırmaq məqsədi daşıyır. Sözügedən sistem […]

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Tezadlar.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi […]

“SİMA İmza”nın 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb. Tezadlar.az xəbər verir ki, artıq fərdi sahibkarlar İnternet Vergi İdarəsində SİMA rəqəmsal imza vasitəsilə elektron qaimələri göndərə […]

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində iki fakt üzrə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısı alınıb. Tezadlar.az xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən və anbar kimi istifadə edilən yaşayış sahəsindən 51 200 ədəd, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evindən […]

Yanvar-aprel aylarında 16,7 milyard kubmetr təbii qaz hasil edilib

2025-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ayda respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib. Tezadlar.az xəbər verir ki, bu dövr ərzində […]

İsmayıllıda “Kalaşnikov” aşkarlanıb

İsmayıllı rayonunda “Kalaşnikov” avtomatı aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən çay kənarında odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib. Araşdırmalar aparılır. RÖVŞANƏ

Dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs olundu

Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Tezadlar.az-a bildirib ki, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmişin hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir. […]

Avtomobildən 9 min 900 manat oğurlayan yaxalandı

Bakının Xətai rayonunda avtomobildən 9 min 900 manat oğurlanıb. Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli  törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb. Araşdırma aparılır. RÖVŞANƏ

Beyləqanda 17 tüfəng polisə təhvil verildi

Beyləqan rayonunda 17 tüfəng polisə təhvil verilib. DİN Mətbuat Xidməti Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri 17 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir. RÖVŞANƏ

Əsl yazıçı həyatı yaşayan xanım…

…XX əsrədək Azərbaycanın qadın şairləri olsa da, nədənsə yazıçıları olmayıb. Məsələn, o dövrün qadın şairlərdən- XII əsrdə yaşayan farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi Məshəti Gəncəvini, XII-XIII əsrlərdə yaşadığı güman edilən Rəziyyə Gəncəvini, XIV əsrdə yaşayan Sahib Sultan Dünbülini, XVII əsrin şairi Gülgəzi, XIX əsrdə yazıb yaradan Güllər Pərisini, eləcə də Xurşudbanu Natəvanı nümunə göstərmək […]

Məhkəmə Depardyeni cinsi təcavüzdən təqsirli bilib

Paris məhkəməsi aktyor Jerar Depardyeni 2021-ci ildə “Yaşıl panjurlar” filminin çəkiliş meydançasında iki qadına cinsi təcavüzdə təqsirli bilib. Tezadlar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. “Jerard Depardye təqsirli bilinib”, – telekanal hakimin bəyanatına istinadən xəbər verir. Belə ki, məhkəmə aktyora 18 ay sınaq müddəti kəsib. Daha əvvəl qızlardan birinin vəkili vurğulamışdı ki, 20-dən […]

Продолжается судебный процесс по уголовному делу Рубена Варданяна

Началось судебное заседание по уголовному делу Рубена Вардяняна, обвиняемого в нарушении законов и обычаев войны, терроризме, финансировании терроризма и по другим статьям. Как сообщает tezadlar.az, судебный процесс проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева. Отметим, что на предыдущем процессе потерпевшие по делу дали показания. Напомним, что Рубен Варданян обвиняется по статьям […]

Şair Novruz Mizani Hafizin yaradıcılıq gecəsi keçirildi

Bakıda – Xırdalan “AAAF park”da Tovuzun dəyərli söz incilərindən biri olan şair, Nizamişünas Novruz Mizani Hafizin yaradıcılıq gecəsi keçirilib. 11 may 2025 tarixində düzənlənən gecədə şairin “Şərəf tacım Tovuzdadır” adlı kitabının təqdimatı və imza günü qeyd olunub. Novruz Mizani Hafizin bu, sayca dördüncü kitabıdır. O, “Xeyir dua almış yer”, “Ey dost”, “Hardasan, ey dost?” və […]

Ruben Vardanyanın məhkəməsi başlayır…

Qarabağda müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Tezadlar.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət […]

Paytaxt Bakının bu qəsəbələrində qaz kəsilib

Bu gün Bakının Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.

Türkiyə Rusiya-Ukrayna danışıqlarının təfərrüatlarını açıqlayıb

Türkiyə Rusiya və Ukraynanın İstanbulda danışıqlar aparmasını gözləyir, lakin görüşün gündəmini birbaşa iştirakçılar müəyyən edir. Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbələrə istinadən xəbər verir. “Gündəmi tərəflər özləri müəyyən edir. Türkiyə vasitəçilik edir, münaqişənin həllinə qapı açır və danışıqların qana son qoyacağını gözləyir”, – mənbə qeyd edib. Daha əvvəl lenta.ru ilə söhbətində […]

Rusiya Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək istəyir

Rusiya Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə hazırdır. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff “Breitbart News”-a müsahibəsində bildirib. “Ruslar əslində sülh yolu ilə nizamlanma istəyirlər. Hər iki tərəf bunun onlar üçün nə demək olduğunu anlamağa çalışır. Bizim vəzifəmiz onları bir yerə toplamaq və sülh yolu ilə həllə alternativlərin […]

Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi

ABŞ prezidenti Donald Tramp yanvar ayında vəzifəyə başladıqdan sonra ilk dövlət səfərini Səudiyyə Ərəbistanına edib. Tezadlar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb. Məlumata görə, Trampın təyyarəsi artıq Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanına enib. ABŞ prezidentinin çərşənbə axşamı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşəcəyi, həmçinin Səudiyyə-ABŞ investisiya forumunda iştirak edəcəyi […]

Azərbaycan qadını tarixən belə çağrılıb: bəs indi necə?

…Azərbaycanın bəzi kino və teatr əsərlərində kişi öz qadınını “Arvad” deyə çağırır… Bu ifadə isə bəzən mübahisələrə, etirazlara səbəb olur. Məsələ ondadır ki, qadınların “arvad” deyə çağrılması həm də qanunvericiliyimizdə təsbit edilməkdədir. Məsələn, anket sorğularında “Kişi-ər, Qadın-arvad” yazılır. İstintaq materiallarında da belə ifadə edilir. Tezadlar.az tarixi mənbələrə istinad edərək bu mübahisələrdə ortaq məxrəcin də olduğunu […]

IX Muğam Televiziya Müsabiqəsinə start verilir…

Muğamsevərlərə şad xəbər: Bu gündən  IX Muğam Televiziya Müsabiqəsinə start verilir. Bu barədə layihənin icraçı direktoru İlqar Fəhmi məlumat yayıb. Fəhmi bildirib ki, bu il IX Muğam Televiziya Müsabiqəsinə 20 nəfər gənc, 10 nəfər uşaq seçilib. İcraçı direktor qeyd edib ki, təxminən 3 ay ərzində Bakıda və bölgələrdə dinləmələr keçiriləcək. Final mərhələsi isə avqust ayına nəzərdə tutulur. […]

“Qəbul sistemində yeganə ölçü vasitəsi kimi testin qalması nə ədalətli, nə də effektivdir” – Təhsil mütəxəssisi təklif verdi

Qəbul imtahanlarının, xüsusən də Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən imtahanların – tələbələrin universitetdəki gələcək akademik uğurlarını proqnozlaşdırmaq bacarığı ilə bağlı müasir təhsil elminin gəldiyi nəticə budur ki, təkcə standartlaşdırılmış test nəticələri tələbənin akademik performansını tam şəkildə izah edə bilməz.

49 yaşlı hakim dünyasını dəyişib- SƏBƏB

Bakı Ağır Cinayətlərə dair Məhkəmənin 49 yaşlı hakimi Samir Əliyev dünyasını dəyişib. Sosial şəbəkədə yayılan məlumatlardan bəlli olur ki, hakim ürək tutmasından vəfat edib. Tezadlar.az xatırladır ki, Əliyev Samir İmamverdi oğlu 1976-cı İldə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib. 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi […]

Bakıda 56 yaşlı kişi 22 yaşlı qadını pul üstündə öldürüb və…-İNANILMAZ OLAY

Bakıda ötən yay inanılmaz ağır cinayət baş verib. İstintaq araşdırmaları ilə müəyyən edilib ki, 2024-ğü ilin  iyulun 2-də, saat 18 radələrində Vidadi Qarayev işlədiyi dükanda tanışı Gülpəri Aslanlı ilə cinsi əlaqədə olub. Bundan sonra, qadın bunun müqabilində ondan pul tələb edib. Lakin bu Vidadinin xoşuna gəlməyib və aralarında mübahisə yaranıb. Qadın onu söydüyü üçün Vidadi […]

Bir çoxlarının almalı olduğu, lakin xəbəri belə olmadığı 1600 manatadək müavinət: Kimlər və necə almalıdır?

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq bu müavinətin məbləği 1380 manatdan 1600 manatadək yüksəlib. Bu müavinətin qanunla təsbiq edilməsinə baxmayaraq, monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, […]

Zaxarova Qərb ölkələrinin Kiyevə fasilə vermək üçün 30 günlük atəşkəsə çalışdığını tənqid etdi…

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, “Qərb ölkələri Ukraynanın hərbi potensialını bərpa etməsi üçün 30 günlük atəşkəsə nail olmağa çalışır”, -deyən Zaxarova əlavə edib: “Bu gün Qərb ölkələri Kiyevə hərbi potensialını bərpa etmək və Rusiya ilə qarşıdurmanı davam etdirmək üçün fasilə vermək məqsədilə 30 […]

“Məmmədov” soyadı Gürcüstanda ən çox yayılandır…

Gürcüstanda ən çox yayılmış ad və soyadların reytinqi ildən-ilə dəyişir, buna baxmayaraq onlardan bəziləri hələ də birinci mövqeləri tutur. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların siyahısını açıqlayıb. Beləliklə, məlum olur ki, Gürcüstanda “Məmmədov” və “Beridze” soyadı ən çox rast gəlinən soyad olaraq qalır. Sayları 10 000-dən […]

Ərdoğan Rusiya- Ukrayna danışıqlarından məmnundur və…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Rusiya – Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib. Tezadlar.az Anadolu Agentliyinə istinadla bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi məlumat yayıb. Sitat: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı aparıb… Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna arasında birbaşa […]

Rusiya bu təyyarə qəzasına görə məsuliyyət daşıyır

Nəhayət, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb. Bəyanata görə, Rusiya öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini […]

Əsl gözəllik odur ki… -Vəfa Allahyarova- 60

…O, 14 may 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. On bir yaşından başlayaraq respublika və beynəlxalq müsabiqələrdə, o cümlədən “Bacarıqlı əllər” və digər televiziya verlişlərində həvəskar rəssam kimi iştirak edib. 1980-1984-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. Sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bir müddət həmin elm ocağında müəllim […]

İRANDA NƏSİMAN YAQUBLUNUN “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ, HƏYAT VƏ YARADIÇILIĞI” KİTABI NƏŞR EDİLDİ

…Nəhayət, İrandan İbadi bəydən xoş xəbər gəldi- M.Ə.Rəsulzadənin həyat və yaradıçılığından bəhs edən 650 səhifəlik kitab “Nəbadi” mətbəsində nəşr edilib. Kitab hazırda sərgidə nümayiş etdirilir. İbadi bəyin verdiyi bilgiyə görə kitaba İrandakı oxucular böyük maraq göstərir… Tezadlar.az- dan: Allah hər iki işıqlı ziyalımıza rəhmət eləsin!

Tramp Putinlə Zelenskinin İstanbuldakı görüşünə gələcək?

ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər. Tezadlar.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib. Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib. Sitat: “Cümə axşamı harda olacağımı bilmirəm. O qədər görüşlərim var ki. […]

Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq…

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.Bu barədə  tezadlar,az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük […]

Ermənilər mülki şəxsləri mühasirəyə salıb belə məhv edirmiş…-DƏHŞƏT!

Bakı Hərbi Məhkəməsində bu gün davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Elşad Alışov ifadə verib. Tezadlar.az xəbər verir ki, E.Alışov Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla […]

“Qanuni oğru” Almaniyada ələ keçdi və…

Türkiyənin Hatay və Antalya vilayətlərində keçirilən əməliyyatlar nəticəsində İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş iki nəfər saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri sosial şəbəkədə yayıb. Məlumata görə, “mütəşəkkil cinayətkarlıqla mübarizə təşkilatına üzv olmaq” ittihamı ilə Gürcüstan tərəfindən Yaşıl Bildiriş əsasında axtarışda olan və Rusiyada fəaliyyət göstərən cinayət təşkilatının “oğru dünyası” […]

O, Zelenskinin İstanbul səfəri ilə bağlı açıqlamalarını tamaşa adlandırıb

Vladimir Zelenskinin İstanbula gəlməyə hazır olması ilə bağlı açıqlamaları “komediya və tamaşadır”. Tezadlar.az xəbər verir ki, bu fikri Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev “Rossiya 24” telekanalının efirində deyib. O vurğulayıb ki, yüksək səviyyəli görüşlər, xüsusən də belə çətin vəziyyətdə bu cür təşkil olunmur. “Bu təmiz tamaşadır, komediyadır”, – Kosaçev deyib. Nümunə kimi vitse-spiker Rusiya və […]

ABŞ bir səbəbə görə dünyada populyarlığını itirməyə başladı

Amerika prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ dünyada populyarlığını itirir. Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” 2025-ci il “Demokratiya Qavrama İndeksi”nə (DQİ) istinadən yazır. “Respondentlərin əksəriyyəti Birləşmiş Ştatlara, ümumiyyətlə, mənfi münasibət bəsləyir, bu, keçən illə müqayisədə kəskin azalmadır”, – nəşr qeyd edib. Tədqiqat 100 ölkədən 110 000-dən çox respondentin iştirakı ilə aparılıb və […]

Casus tələsi – III yazı

İyirminci yüzilliyin  səksəninci illərində modernist yazı üslubu ilə Azərbaycan ədəbiyyatına gələn, ədəbiyyatımızda yeni – siyasi detektiv janrın bünövrəsini qoyan, əsərlərinin mövzu dairəsi yanlız detektiv janrında yazılmış əsərlərlə məhdudlaşmayan, cəmiyyətin mənəvi və sosial problemlərini özündə etiva edən əsərləri ilə də ədəbiyyatımıza öz töhvəsini verən Çingiz Akif oğlu Abdullayev ədəbiyyatımıza bir meteorit kimi daxil oldu və şimşək […]

“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid”-BİLİRDİNİZMİ?

 …Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Səbail rayon Mərkəzi Kitabxanasında Nizami Məmmədov və Sevda Məmmədəliyevanın müəllifi olduqları “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının müzakirəsinə həsr olunmuş “dəyirmi masa” təşkil etdi. Qarabağ müharibələrində qəhrəmancasına həlak olan şəhidlərimizin, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla […]

Azərbaycanın maestrosu

Görkəmli maestro Niyazinin haqqında kifayət qədər məlumat vardır. Lakin biz bu gün növbəti dəfə maestro Niyazinin həyatına “Təzadlar”ın gözü ilə baxmaq istədik. Bunu da oxucularımızla bölüşürük. Niyazi kimliyi Niyazi Zülfüqar oğlu Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Anası Böyükxanım ixtisasca həkim, atası  Zülfüqar Hacıbəyov isə  Azərbaycanda musiqili teatrın banilərindən […]

Şərurda 22 min 800 dollar oğurlandı

Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar. Tezadlar.az xəbər verir ki, muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub. Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar. […]

Naqilləri oğurlayanlar saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12000 manat dəyərində 2720 metr kommunikasiya […]

Dövlət Miqrasiya Xidmətində seminar keçirilib

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri və “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları üçün seminar keçirilib. Tezadlar.az xəbər verir ki, seminarda Milli Məclisin Deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev milli dövlətçilik […]

Naxçıvanda vergi daxilolmaları 22,8 faiz artıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,8 faiz və ya 14,4 milyon manat çoxdur. Tezadlar.az xəbər verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 52,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə […]

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xaçmaz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Tezadlar.az xəbər verir ki, görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub. Görüşdə sahibkarlara sərhədkeçmə, rəsmiləşdirilmə, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, könüllü riayət prinsipinin təşviq edilməsi ilə bağlı həyata keçirilən yeniliklər barədə məlumat […]

Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani, habelə digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. RÖVŞANƏ

Ordumuzda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir

Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir. Tezadlar.az xəbər verir ki, il ərzində Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə […]

Ölümə səbəb olan sürət həddi və səriştəsizlik…

 …Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 122-ci kilometrində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi saat 13:05-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri […]

Британия созывает глав МИД ЕС по поддержке Украины и безопасности Европы

В понедельник министр иностранных дел Великобритании Дэвид Лемми примет европейских коллег, чтобы обсудить поддержку Украины и усиление оборонного сотрудничества. Как сообщает tezadlar.az со ссылкой Reuters, на британское внешнеполитическое ведомство. Встреча состоится накануне саммита премьер-министра Великобритании Кира Стармера с лидерами Европейского Союза, запланированного на следующую неделю. Лемми проведет переговоры с представителями Франции, Италии, Германии, Испании, Польши […]

AMEA-NIN MƏRKƏZİ ELMİ KİTABXANASININ 100 İLLİK İNKİŞAF YOLU…

AMEA Mərkəzi Elmi Kitabxanası respublikamızın aparıcı kitabxana müəssisələrindən biri olaraq, yalnız elmi işçilər və mütəxəssislərə xidmət göstərməklə qalmır, eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinin informasiya ehtiyaclarını da qarşılayan vacib bir qurumdur. Kitabxana artıq bir əsrlik zəngin fəaliyyət tarixinə malikdir və bu müddət ərzində öz rolunu əhəmiyyətli dərəcədə artırmışdır.  Bu illər  ərzində kitabxana mürəkkəb […]

Dilimizin saflığını qorumaq hər kəsin müqəddəs vəzifəsi olmalıdır!

 Azərbaycan Respublikasının Konstitusiyasında  Dövlət dili kimi təsbit olunan Azərbaycan dilinin saflığının qorunması hər zaman ziyalıların diqqət mərkəzində olmuş və olaraq qalır. Azadlıq Hərəkatçıları İctimai Birliyi bu mövzuda çoxsaylı layihələr, tədbirlər həyata keçirmiş və dilin saflığı yönündə ictimai mübarizəsini bu gün də davam etdirir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinə də birlik “Dilimiz […]

Bu da avtoxuliqanlıq edən motosikletçilər…-CƏZALANDIRILDILAR

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat […]

DTX axtarışda olan daha bir nəfəri Bakıya gətirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub. Tezadlar.az xəbər verir ki, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər. Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir. DTX-nin […]

12 min manatlıq kabeli oğurladı, amma…

Zərdab rayonunda  12 min manat dəyərində 2 min 720 metr kommunikasiya naqillərini oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunublar. Bu barədə “Təzadlar”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri […]

Xankəndini Şuşa ilə birləşdirən kanat yolu çəkiləcək

Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işlər aparılır. Tezadlar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib. Sitat: “Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl […]

Zelenski İstanbulda Putinlə götüşə hazırdır, amma…

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə o, X sosial şəbəkəsində məlumat yayıb. Sitat:  “Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid […]

“Barselona”- “Real Madrid” oyununda tarixi fakt…

Ötən gün “Barselona”nın “Real Madrid” üzərində 4:3 hesablı qələbəsindən sonra son 18 “El Klasiko” matçı heç-heçə bitməyib. Bu da klubların rəqabəti tarixində ən maraqlı bir fakt olaraq yaşanıb. Tezadlar.az xatırladır ki, səkkiz qarşılaşma “Barselona”nın xeyrinə başa çatıb ki, onlardan dördü bu mövsüm baş tutub, 10 qarşılaşma isə Madrid klubunun qələbəsi ilə bitib. Xatırladaq ki, 35 turdan […]

Deyirəm, nə olaydı…- ELMAN ELDAROĞLU YAZIR

…Bu dəfəki söhbətimin qəhrəmanı- döyüş gedən ərazilərdə qəhrəmancasına reportajlar hazırlayan, buna görə fədakar kimi tanınan bir hərbi jurnalistdir. O, 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Sonra 20 il orta məktəbdə müəllimlik edib. I dərəcəli müəllimdir. Yaradıcılığa uşaq şeirləri ilə başlasa da, müstəqilliyimizi qazanandan sonra ölkəmizin […]

“Qarabağ” “Araz-Naxçıvan”ı məğlub edərək çempionluğunu möhkəmləndirdi

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub. “Tezadlar.az”un məlumatına görə, sonuncu matçda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib. Çempionluğunu təmin etmiş “köhlən atlar” xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır. Günün ilk matçında “Kəpəz” “Sumqayıt”a qalib gəlib […]

Cənubi Koreyada hakim partiya prezidentliyə namizədini açıqladı

Cənubi Koreyanın sabiq əmək naziri Kim Mun Su hakim Xalqın Gücü Partiyasının ölkə prezidentliyinə namizədi olacaq. “Tezadlar.az” yerli KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası mayın 11-də sabiq nazirin namizədliyini qeydə alıb. Partiya üzvlərinin əksəriyyəti Kim Mun Sunun partiyanın namizədi kimi keçmiş baş nazir Han Duk Su ilə əvəzlənməsi təklifini rədd edib. Han Duk […]

İran ABŞ-la nüvə proqramı üzrə aparılan danışıqları müsbət qiymətləndirir

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu daha ciddi atmosferdə keçib. İran məsləhətləşmələri müsbət qiymətləndirir. Tezadlar.az”ın verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə Maskatda keçirilən məsləhətləşmələrin yekunu ilə bağlı İranın dövlət televiziyası IRIB-ə açıqlamasında bildirib. “Dördüncü danışıqlar raundu əvvəlki üç raundla müqayisədə daha ciddi […]

“Valideynlərdən bir qəpik də yığılmır” — 221 nömrəli məktəbin direktoru 5 günlük sistemə keçid məsələsinə aydınlıq gətirdi

Son günlər sosial mediada və bəzi valideynlər arasında 221 nömrəli məktəbdə 6 günlük tədris sistemindən 5 günlükə keçidlə bağlı pul yığıldığı barədə iddialar yayılıb. Məsələ ictimai rezonans doğurduğu üçün biz də məsələni birbaşa məktəbin direktoru Cavid müəllimdən öyrənməyə qərar verdik. – Cavid müəllim, ilk olaraq bunu dəqiqləşdirmək istərdik: doğrudurmu ki, 5 günlük tədris sisteminə keçmək […]

ABŞ, Britaniya üçün tarifləri 10%-dən aşağı salmaq niyyətində deyil

Bu həftə London və Vaşinqton arasında ticarət sazişinin imzalanmasına baxmayaraq, ABŞ yaxın gələcəkdə Böyük Britaniya üçün tarifləri 10%-dən aşağı salmağı planlaşdırmır. “Tezadlar.az” “CNN” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik bəyan edib. “Biz gözləyirik ki, 10% baza rüsumu yaxın gələcəkdə qüvvədə qalacaq. Biz onu 10%-dən aşağı salmayacağıq”, – deyə o qeyd edib. […]

Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazır olduğunu açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib. “Tezadlar.az”ın xəbərinə görə, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. “Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə […]

Tramp: Ukrayna Putinin danışıqlar təklifini dərhal qəbul etməlidir

Ukrayna hakimiyyəti Kremlin İstanbulda danışıqlar təklifi ilə dərhal razılaşmalıdır. “Tezədlar.az” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, tərəflər Türkiyədə keçiriləcək görüşdə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gələ bilərlər. “Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs istəmir, lakin qan tökülməsinə mümkün son qoymaq üçün danışıqlar aparmaq üçün […]

Çin elektromaqnit sahəni izləmək üçün yeni peyklərini orbitə buraxdı

Çin Yerin elektromaqnit sahəsini izləmək üçün “Yaogan-40-02” peykləri qrupunu uğurla orbitə çıxarıb. Tezadlar.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb. Qeyd olunub ki, buraxılış Tayyuan kosmodromundan Pekin vaxtı ilə saat 21:27-də (Bakı vaxtı ilə 17:27) “CZ-6A” daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Bu, Çançjen seriyası raketlərinin 574-cü buraxılışıdır. Modifikasiya […]

“El-Klasiko”da Qol Yağışı: “Barselona” “Real”ı 4:3 hesabı ilə məğlub etdi

İspaniya La Liqasında 35-ci tur davam edir. “Tezadlar.az” xəbər verir ki, bu gün turun mərkəzi matçı oynanılıb. Maraqla gözlənilən görüşdə “Barselona” “Real”ı qəbul edib. “El-Klasiko”da 7 qol vurulub və katalonlar 4:3 hesablı qələbə qazanıb. Bununla da lider “Barselona” turnir cədvəlində xal sayını 82-ə çatdırıb və çempionluq yolunda vacib addım atıb. “Real” isə 75 xalla 2-cidir. […]

Ölkədə 4 gün qeyri-sabit hava: Şimşək, yağış, dolu və güclü külək gözlənilir

Mayın 11-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. “Tezadlar.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Naftalan, Şəki, Göygöl, Zaqatala, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Balakən və Goranboyda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti […]

Şəhid Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi də həyatla vidalaşdı

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib. “Tezadlar.az” xəbər verir ki, yeniyetmə kəskin böyrək çatışmazlığından əziyyət çəkib. Uzun müddətdir müalicə alan Səlbi Cəfərlinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı […]

Azərbaycandan kənarda ali təhsilin tarixində  Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri…

(Milli təhsil tariximizin qızıl hərflərlə yazılmış səhiflərindən) Məlumdur ki, dünyada gənclərin ölkəsindən kənarda təhsil almaq üçün yad ellərə, xarici ölkələrə üz tutması və ya göndərilməsi ənənəsi tarixən mövcud olmuş, zaman və məkanından asılı olaraq miqyası və rəngarəngliyi ilə fərqlənmişdir. Bu materialda qədim türk diyarı Azərbaycanın zəngin təhsil tarixindən uyğun səhifələrə nəzər salmaq, Ümummilli lider Heydər […]

PKK terror təşkilatı kimi dəfn edilir- İNANILMAZ!

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib. O bildirib ki, qəbul edilən dörd qərarın birincisi – PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK […]

Kiyev İstanbulda danışıqlar təklifinə belə reaksiya verib

Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Kiyev yalnız atəşkəsdən sonra bərpa edilən İstanbul danışıqlarında iştirak edəcək. Tezadlar.az xəbər verirki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin saytı məlumat yayıb. Yermak bəyan edib ki, Kiyev öz mövqeyində israrlıdır və ilk növbədə sülh danışıqlarının başlaması ilə razılaşmır. “Əvvəlcə 30 günlük atəşkəs, sonra hər […]

Rusiya Ukraynanın raket çatışmazlığından “səmərəli” istifadə edir

Ukrayna hərbçiləri regionlarda zenit-raket kompleksləri çatışmazlığı yaşayır, ona görə də Rusiya ordusu “Geran” pilotsuz təyyarələrinin uçuş marşrutunu artırır. Tezadlar.az xəbər verir ki, “Obsessed with War” Telegram kanalının müəllifləri belə qənaətə gəliblər. Kanal Kiyevin nəzarətində olan ərazilərdə “Geran”ların hədəflər üzərində uçması ilə bağlı bir neçə video yayımlayıb. “PnV” telekanalı dronların uçuş hündürlüyünü də qeyd edib. “Bu, […]

Tramp Putinin Ukrayna ilə birbaşa danışıqları bərpa etmək təklifini alqışlayır

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Kiyevdə hakimiyyətlə birbaşa danışıqları bərpa etmək təklifini alqışlayıb. “Bu, Rusiya və Ukrayna üçün əla gün ola bilər. Fikirləşin ki, bu sonsuz “qırğın” sona çatdıqda, yüz minlərlə insan xilas ediləcək”, – Tezadlar.az xəbər verir ki, o, “Truth Social”-da yazıb. Amerika liderinin sözlərinə görə, o, “bunun (danışıqlar prosesi – […]

Makron Putinin Ukrayna ilə birbaşa danışıqlar təklifini belə dəyərləndirib

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlara başlamaq təklifini şərh edib. Tezadlar.az xəbər verir ki, onun sözlərini AFP sitat gətirib. Makron Rusiya və Ukrayna arasında danışıqları münaqişənin həlli üçün ilk, lakin qeyri-kafi addım adlandırıb. Fransa liderinin sözlərinə görə, Putin guya çıxış yolu axtarır, amma yenə də vaxt qazanmaq istəyir. “Qeyd-şərtsiz […]

Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…

Son günlər sosial mediada Laçın “kürdlərin ana vətəni” kimi statuslar və kadrlar yayımlanır… Azərbaycan çox millətli bir dövlətdir və burada əksər xalqlar yaşayıblar. Lakin bu yaşamaq o demək deyil ki, bu torpaqlar onların aborigen torpaqlarıdır… Eləcə də Laçın rayonu. Bizim kürd xalqına sevgimiz və hörmətimiz var. Allah Vətən uğrunda şəhid olan kürdlərə rəhmət, qazilərə can […]

“Güc Avropada, güc birlikdədir” şüarı ilə genişmiqyaslı etiraz aksiyası baş tutdu

ötən gün  Tbilisidə Avlabari metrostansiyasından “Güc birlikdə, güc Avropadadır” şüarı ilə genişmiqyaslı yürüş başlayıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, aksiya ölkədə son dövrlərdə siyasi səbəblərlə həbs olunmuş şəxslərə dəstək məqsədi daşıyır və Avropa dəyərlərinə sadiqliyin nümayişi kimi qiymətləndirilir. Yürüşdə yüzlərlə insan – saxlanılanların ailə üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri və sadə vətəndaşlar […]

Zelenski: “Rusiyadan tələb edirik ki…”

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Fransa, Böyük Britaniya, Polşa və Almaniya liderləri ilə baş tutan görüşdən sonra mətbuat qarşısında çıxış edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski çıxışı zamanı Rusiyadan mayın 12-dən başlayaraq 30 günlük tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağı tələb etdiklərini bildirib. “Biz razılaşdıq ki, tam və qeyd-şərtsiz atəşkəs mayın 12-dən […]

Putin təcili olaraq Ukrayna ilə danışıqlara İstanbulda başlamağa razılaşdı

Qələbə paradını yola verən Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib. Tezadlar.az “Ria Novosti”yə istinadla  xəbər verir ki, Putin bu barədə Kremldə keçirilmiş mətbuat konfransında deyib. Sitat: “Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu […]

“Müstəntiq qarşımda diz çöküb ağladı ki…”

elbeyi-hes

…Bu yaxınlarda Bakıda oldum. Bir iş adamı ilə görüşdüm. Hazırda işi yaxşı gedir. Ancaq indiyə qədər bir neçə dəfə müflis olub. Sonra yenidən ayağa qalxıb… Dedi ki, həbsxanada idim. Milli Təhlükəsizlik Nazirliyində müstəntiq mənim adımdan dostumun əleyhinə ifadə yazmışdı. Söylədi ki, sən bu kağıza imza at, biz səni həmən həbsdən buraxaq… Müstəntiqə dedim ki, mən […]

“ECOLEAD layihəsi” uğurla icra olunur və…

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar paytaxtın Suraxanı rayonunda “ECOLEAD” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Layihə rəhbərliyindən tezadlar.az- a bildirilib ki, aksiya zamanı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma […]

DSX-nın Akademiyasında növbəti məzun buraxılışı

Mayın 10-da Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının növbəti məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. DSX-dən Tezadlar.az-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə keçirilən tədbirdə gənc zabitlər Fəxri xiyabana gələrək dahi öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə güllər düzüblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan […]

Cammu və Kəşmirin paytaxtında partlayışlar baş verib

Partlayışlar Hindistan birliyinin ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda Hindistan və Pakistan arasında atəşkəs razılaşmasından bir neçə saat sonra baş verib. Tezadlar.az bildirir ki, bu barədə regionun baş naziri Ömər Abdulla məlumat verib. “Atəşkəsə nə oldu? Şrinaqarın hər yerindən partlayışlar eşidildi”, – o, X-də yazıb. “ANI” xəbər agentliyi Udhampur şəhəri üzərində səmada dronların göründüyünü […]

Casus tələsi – II yazı

İyirminci yüzilliyin  səksəninci illərində modernist yazı üslubu ilə Azərbaycan ədəbiyyatına gələn, ədəbiyyatımızda yeni – siyasi detektiv janrın bünövrəsini qoyan, əsərlərinin mövzu dairəsi yanlız detektiv janrında yazılmış əsərlərlə məhdudlaşmayan, cəmiyyətin mənəvi və sosial problemlərini özündə etiva edən əsərləri ilə də ədəbiyyatımıza öz töhvəsini verən Çingiz Akif oğlu Abdullayev ədəbiyyatımıza bir meteorit kimi daxil oldu və şimşək […]

Makron: Rusiya ilə Ukrayna arasında birbaşa dialoq və 30 günlük atəşkəs lazımdır

Fransa prezidenti Emmanuel Makron Kiyevə səfəri zamanı bildirib ki, Rusiya ilə Ukrayna arasında birbaşa dialoqa başlamaq lazımdır. Tezadlar.az bildirir ki, bu barədə TF1-də məlumat verilib. O, həmçinin bildirib ki, 30 günlük atəşkəslə bağlı razılığa gəlmək lazımdır. Bundan başqa, Makron əlavə edib ki, buna əməl olunmazsa, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq oluna bilər. Fransa prezidenti Emmanuel […]

Дорогие друзья! Поздравляю с Великим Праздником – Днем Победы!

Все праздники имеют историческую или религиозную первопричину. Со временем первопричины многих праздников предаются забвению. Праздники превращаются в прекрасные национальные традиции, обычаи. Однако Праздник Победы всегда несет в себе главную составляющую – День Победы над фашисткой Германией! Сегодня самый величайший День – Праздник всего прогрессивного человечества! Советский народ, встав на пути коричневой чумы, сломал хребет расползающемуся […]

Mərkəzi Kitabxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Yasamal rayon […]

Heydər Əliyevin arzularından biri- Azərbaycan Respublikasının suverenliyi və…

…Heç kim göydən yerə zənbillə enmir, hamı anadan olur. Lider adlandırdığımız adamlar da. Dünyada dahi liderlər çox olub, bu gün də var. Bu dəfə sizə onlardan biri- uzun müddət Azərbaycana rəhbərlik edən Heydər Əliyevdən söhbət açamaq istəyirəm. Axı, mayın 10-u Onun 102 illiyidir… Yaxşı yadımdadır, 1976-cı ilin yayı idi. Onda mənim on yaşım vardı. Sumqayıt […]

Ukrayna XİN mayın 9-da liderləri Moskvaya səfər etmiş ölkələrin səfirlərinə demarş verib

Ukrayna Xarici İşlər Nazirliyi mayın 9-da Moskvada keçirilən Qələbə Paradında liderləri iştirak edən ölkələrə demarş elan edib və bildirib ki, səfərin “xatirə ehtiramla heç bir əlaqəsi yoxdur”. Tezadlar.az xəbər verir ki, nəşr respublikanın xarici siyasət idarəsinin saytında yerləşdirilib. Bəyanatda bildirilir ki, diplomatlara demarş verildiyi Moskvada yüksək vəzifəli şəxsləri iştirak edən bir sıra dövlətlərin diplomatik nümayəndəliklərinin […]

Birinci vitse-prezident Heydər Əliyevin doğum günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Tezadlar.az xəbər verir ki, paylaşımda deyilir: “Heydər Əliyev – 102. Dahi şəxsiyyətin nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.

Kreml Trampa Ukraynadakı sülh səylərinə görə təşəkkür edib

Rusiya ABŞ rəhbərliyinə Ukraynadakı vəziyyəti həll etmək üçün göstərdiyi səylərə görə minnətdardır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva istənilən ölkənin bunda iştirakını alqışlayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə TASS yazır. Kremlin sözçüsü ABŞ prezidenti Donald Trampın Türkiyə və Çindən Ukrayna ilə bağlı sülh danışıqlarını asanlaşdırmasını xahiş edə biləcəyi ilə bağlı […]

Kiyevdə rus dilində mahnı oxuyan pensiyaçılar saxlanılıb

Kiyevdə polis əməkdaşları Qələbə Günü şərəfinə rus dilində mahnılar oxuyan bir neçə pensiyaçını saxlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Obozrevatel” nəşri öz Telegram kanalında məlumat yayıb. Qeyd olunur ki, polis əvvəlcə təqaüdçülərə yaxınlaşıb və onlardan mahnı oxumağı dayandırmağı tələb edib. Adamlardan biri ukraynaca cavab verib və istədiyi mahnıları oxumağa qanuni haqqı olduğunu izah […]

ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir

Vaşinqton ümid edir ki, Rusiya və Ukrayna ABŞ prezidenti Donald Trampın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifi ilə razılaşacaqlar. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib. Onun sözlərinə görə, cümə axşamı Tramp və Vladimir Zelenski arasında telefon danışığı zamanı ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs mövzusu qaldırılıb. “Ümid […]

Casus tələsi

İyirminci yüzilliyin  səksəninci illərində modernist yazı üslubu ilə Azərbaycan ədəbiyyatına gələn, ədəbiyyatımızda yeni – siyasi detektiv janrın bünövrəsini qoyan, əsərlərinin mövzu dairəsi yanlız detektiv janrında yazılmış əsərlərlə məhdudlaşmayan, cəmiyyətin mənəvi və sosial problemlərini özündə etiva edən əsərləri ilə də ədəbiyyatımıza öz töhvəsini verən Çingiz Akif oğlu Abdullayev ədəbiyyatımıza bir meteorit kimi daxil oldu və şimşək […]

Makron Rusiyanın atəşkəslə razılaşacağını gözləyir

Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Donald Tramp telefonla Ukraynadakı münaqişənin həllini müzakirə ediblər. Tezadlar.az bildirir ki, Fransa lideri bu barədə sosial şəbəkədə məlumat verib. Makron Trampın 30 günlük atəşkəs çağırışını alqışlayıb. O, “bəhanə və vaxt itirən manevrlər olmadan” atəşkəs istiqamətində işləməyin vacibliyini vurğulayıb. Makron Ukraynanın artıq bu atəşkəsə razılaşdığını və Rusiyadan da oxşar […]

UKRAYNA RUSİANIN ZƏİF DAMARINI TAPIB VURUR

…Müharibənin dördüncü ilində Ukrayna nəhayət ki Rusiya Federasiasının həqiqətən ən zəif yerini tapıb təsirli zərbə endirdi. Bu zəif damar RF-nin “Аэрофлот” başda olmaqla mülki hava nəqliyyatıdır. Rusianın Avropa hissəsində Ukrayna dronlarının kütləvi hücumu nəticəsində bu gün az qala bütün aviareyslər iflic olub. Aeroportlarda xaos yaşanır. Uçuşlar ya ləğv olunub, ya da 8-10 saat gecikir. Minlərlə […]

Almaniya Rusiya münaqişəni dayandırana qədər Ukraynanı dəstəkləyəcək

Almaniyanın yeni xarici işlər naziri Yohann Vadeful bildirib ki, Berlin Ukraynanın əsas müttəfiqlərindən biri olmağa davam edəcək və Rusiya münaqişəni dayandırana qədər Kiyevi dəstəkləyəcək. Tezadlar.az xəbər verir ki, onun sözlərini N-TV kanalı sitat gətirib. “Biz lazım olanı edirik və Rusiya bu müharibənin dayandırılmalı olduğunu, danışıqlar masasına gəlməli olduğumuzu və atəşkəs rejimini tez və ardıcıl şəkildə […]

Prezident və Birinci xanım 9 may qəhrəmanlarını yad etdilər

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün mayın 9-da faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Tezadlar.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Saratov hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. “Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Saratov (Qaqarin) hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir. “Rosaviasiya” izah edib ki, hava […]

USQ Rusiya Regional Administrasiyasının binasına hücum edib

Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayəti hökumətinin binasına hücum edib. Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib. Pilotsuz təyyarə binanın yuxarı hissəsinə çırpılıb. Ölən və yaralananlar olmayıb. Fövqəladə hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib. Qladkov qeyd edib ki, Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri görülən maksimum […]

Hindistan Pakistanın hücumlarını dəf etmək üçün S-400-dən istifadə edib

Hindistan silahlı qüvvələri Pakistandan gələn hücumları dəf etmək üçün Rusiyanın S-400 “Triumf” zenit-raket komplekslərindən istifadə edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Həmçinin, nəşrin məlumatına görə, inteqrasiya olunmuş radar şəbəkəsi və komanda-nəzarət sistemləri tərəfindən izlənilən təhlükələrə qarşı mübarizə üçün yerli istehsal olan “Akaş” yer-hava raketləri, müxtəlif dron əleyhinə […]

O, Trampı tarixi yenidən yazmağı dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Tramp ölkəsinin İkinci Dünya Müharibəsində (1939-1945) qələbəyə töhfəsini yanlış qiymətləndirib. Tezadlar.az xəbər verir ki, bu fikirləri Britaniya parlamentinin keçmiş üzvü, Britaniya Fəhlə Partiyasının lideri Corc Qallovey özünün YouTube kanalında bildirib. Onun sözlərinə görə, Adolf Hitler rejiminin məğlubiyyətinə ABŞ-ın töhfəsi SSRİ Qırmızı Ordusunun verdiyi töhfə ilə müqayisədə qiymətli, cəsur və nəcib idi, lakin […]

“России не отдадут территорию, которую она еще даже не завоевал”

Вице-президент США Джей Ди Вэнс назвал “слишком большими” требования, которые Россия выдвинула во время переговоров по урегулированию войны в Украине, и заявил, что Россия не может рассчитывать, что ей отдадут территории, которые она даже не смогла захватить. Как сообщает tezadlar.az со ссылкой вице-президент США Джей Ди Вэнс в интервью Fox News. Прямая речь: “Мы знали, […]

Berlinə ilk bayraq sancan və güllələnən AZƏRBAYCANLI

…Rus zabit Berlinə bayraq sancan Mirzə Hüseynovu niyə güllələdi? Təəssüf ki, tarixdə yalanlar çoxdur. Bu yalan isə uzun illərdir ki, həqiqət kimi tarixə salınıb. Bəli, məhz “salınıb”, çünki onlar fövqəlqüvvələrə həqiqət kimi lazımdırlar. 9 may bayramını qeyd etməsək də bəzi həqiqətləri bilməyə borcluyuq. Ən azından tarix və onun həqiqətlərinin gizlinlərə çevrilməməsi üçün. Məsələn, Almaniya Reyxstaqı […]