Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanı Ukrayna-Rusiya arasında yaşanan gərginlik və Qara dənizdə taxıl ixracı ilə bağlı təhlükəsiz dəhlizin yaradılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sülhün bərpa olunmasını arzuladığını vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT tərəfindən hazırlanan planla bağlı işlərin davam etdirildiyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında yaşanan gərginliyin diplomatiya yolu ilə həll ediləcəyini, Türkiyənin bu istiqamətdə vasitəçilik və digər dəstəkləri göstərməyə hazır olduğunu dilə gətirib.

Türkiyə Prezidenti, həmçinin Volodimir Zelenskiyə Qurban bayramı münasibətilə paylaşdığı videomesajda türk dilində söylədiyi təbrik üçün xüsusi təşəkkür edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN