Aşağıda göstərilən və əmək müqaviləsi ləğv edilmiş şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ vardır... Hüquqşünas Azər Quliyev "Təzadlar"ın bu və ya digər suallarına belə aydınlıq gətirib:
Dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə əsası ilə) və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) əsasən.
İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında”Azərbaycan RespublikasıQanunun 33.1.3-cü maddəsinə (dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) əsasən.
Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə ) əsasən.
Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
Şəxs isə düzəldikdə - işsizliyə görə ödənilən sığorta ödənişlərinin verilməsi dayandırılır...
XXX
Hüquqlarınızı bilin ki, bu hüquqlar pozulanda günahkarı tapailəsiniz...
A.Məmmədli