"Təzadlar"ın kollektivinin bir neçə üzvü dünən Biləsuvarda Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun və şəhid Orxan Mirzəyevin ailəsini ziyarət etdi...

Qəzetin baş redaktoru, Avropa Jurnalistlər Federasiyasının üzvü Asif Mərzili, qəzetin əməkdaşları - Elbar Şirinov, Sevinc Muradxanlı və Elçin Məmmədli torpağı Vətən edən hər iki şəhidimizin valideynləri, ailə üzvləri ilə görüşüb geniş söhbət etdilər. Onlar redaksiya kollektivi adından bu ailələrin müqəddəs Qurban bayramını təbrik etdilər, igid qazilərimiz və şəhidlərimiz haqqında maraqlı söhbətləri ilə şəhid ailələrinin üzvlərinə səbr və dözüm arzuladılar.

Orxan Əkbərovun anası Sevil xanım Əkbərovanın şəhid Vətən Qəhrəmanı olan oğlu Orxan barəsində danışdığı ürəkparçalayan xatirələrini dinləmək nə qədər ağır olsa da, diqqətçəkən idi. Qəhrəman anasının halını sözlə ifadə etmək çox çətindir...

***

"Təzadlar"ın əməkdaşı, 1-ci Qarabağ müharibəsi veteranı, oğlu Tural Məmmədli isə Vətən Müharibəsi döyüşçüsü olan Elçin Məmmədli döyüş xatirələrini danışdı, Azərbaycan Ordusunun hər bir əsgər və zabitinin torpaqlarımızı göz bəbəyi kimi qorumasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinin 44 gündə necə bərqərar olduğunu maraqlı xatirələri ilə yada saldı. 

 Baş redaktor Asif Mərzili bir daha qeyd etdi ki, Azərbbaycan Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov, şəhid Orxan Mirzəyev kimi igidlərimizin timsalında bölgədə yeni reallıqların banisidir: "Buna görə şəhid və qazilərimizə, döyüşçülərimizə minnətdarıq".

Sonda hər iki ziyarət üzvləri ilə xatirə şəkilləri çəkdirildi.

Sonda: biz şəhid əsgər Orxan Mirzəyevin ailəsində olarkən məlum oldu ki, onun atası Mehman Mirzəyev "P-AQRO" şirkətinin Biləsuvar rayon regional şöbəsində çalışır. Ailənin ziyarət məqamında idarənin rəhbəri, 1-ci dərəcəli Əmək Ordenli Şakir Soltanov bayram təbriki ilə bağlı ailənin ziyarətinə gəlmişdi... Ardınca şirkətin Prezidenti Azər Əlizadə Şakir müəllimə zəng vurdu və biləndə ki, "Təzadlar"ın kollektivi şəhid ailəsinin ziyarətinə gəlib, o, jurnalistlərə dərin minnətdarlığını çatdırdı, şəhid atası Mehman Mirzəyevlə danışaraq bir daha onun müqəddəs Qurban bayramını təbrik etdi. Bir sözlə, ziyarətimiz ikiqat maraqlı və yaddaqalan oldu. Eyni zamanda, Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Bəhruz İbrahimov da gəlişimizi eşidib şəhid Orxan Mirzəyevgilə gəldi, yaxından tanış olduq, maraqlı xatirələri birgə bölüşdük. 

Şəhid atası Mehman Mirzəyev isə həm "P-AQRO" Şirkətinin rəhbərliyinə, həm şirkətin regional filialının rəhbərliyinə ailələrinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi. 

Daha ətraflı yazı tezliklə olacaq.

Elbar ŞİRİNOV 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN