Böyük şair Bəxtiyar Vahabzadənin vəfatına həsr edilmiş maddeyi-tarix
Mohəmməd Əmin Soltan-ol-Qurrai, (Təbriz Universiteti ustadı, doktor)
Vətən eşqin başda mürur eyləyən
Düzdi sözün dodağına Bəxtiyar.
Öz elinin dərdü qəmin, qayğısın
Dolduraraq çanağına Bəxtiyar.
Çaldı müğənni vətənin mahnısın,
İnci düzüb ocağına Bəxtiyar.
Abadladı söz bağını, eşq ola,
Sarsılmayan yaprağına Bəxtiyar.
Bəsləyəli şe’rin, sözün, ağacın
Qaxdı uca budağına Bəxtiyar.
Açdı çiçək, güldü sözün dəftəri,
Düzdü çiçək yanağına Bəxtiyar.
Soraqlaşan varsa işin əncamın,
Getdi sözü sorağına Bəxtiyar.
Batdı günəş, yandı vətən toprağı,
Açdı qucaq toprağına Bəxtiyar.
Oldu vəfadar bu gün Rəbbinə,
Çəkdi qolun fərağına Bəxtiyar.
Yazdı Əmin, vəfatını söylədi:
“Getdin ana qucağına, Bəxtiyar”.
____________________
Miladi 2009 = 2010 – 1.
* Şeirin son misrasında böyük şairimiz Bəxtiyar Vahabzadənin vəfatına həsr edilmiş maddeyi-tarix tərtib edilib.