Prezident Vladimir Zelenski qeyd edib ki, ukraynalı döyüşçülərin uğurlarına və Rusiyanın itkilərinə baxmayaraq, düşmənin hələ də məğlubiyyətini etiraf etməyə və Ukrayna torpaqlarından çıxmağa cəsarəti çatmır.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Vladimir  Zelenski dünən videomüraciətində bildirib. Sitat: "Rusiya Federasiyası artıq müasir artilleriyanın nə olduğunu çox yaxşı hiss edib və işğal etdikləri torpaqlarımızda onların heç bir yerində təhlükəsiz arxası olmayacaq. Onlar hiss ediblər ki, kəşfiyyatçılarımızın vətənlərini qorumaq üçün apardıqları əməliyyatlar dövlətin əmridir. Biz bunu rus əskərlərinin atəş vaxtı söhbətlərinin kəsilməsindən bilirik, açığı, Silahlı Qüvvələrimizdən qorxurlar. Belə bir müharibənin 139 günü, demək olar ki, 20 həftə, dünyanın ikinci ordusu deyilən ukraynalılardan qorxur və yalnız hələ köhnə sovet silahlarının ehtiyatları əsasında nəsə edə bilir. Onların artıq heç bir strateji gücü, xarakteri yoxdur, ümumiyyətlə burada - bizim torpaqda nə etdiklərini başa düşmürlər. Məğlubiyyəti etiraf etmək və qoşunları Ukrayna ərazisindən çıxarmaq üçün zərrə qədər cəsarət belə yoxdur”

Rusiyanın sosial şəbəkə istifadəçiləri Zelenskinin bu bəyanatını müzakirə etməkdə. müharibənin tezliklə dayandırılmasına çağırışlar etməkdədirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN