“ Bu oyun İvanişvili tərəfindən atılmış növbəti addımdır və məqsədi həm Avropa Birliyini pisləmək, həm də İvanişvilinin pullarını qorumaqdır”.

 "Vahid Milli Hərəkat" partiyasının üzvü Rəfi Orucov son günlərdə "Gürcü Arzusu" partiyasından vəzifəli şəxslərin ayrılmasını "qeyri peşakar və növbəti ucuz oyun" kimi qiymətləndirib. Bu barədə müxalifət üzvü R. Orucov yerli KİV-ə bildirib. Onun sözlərinə görə, həmin şəxslər partiyanı və vəzifələrini tərk etdiklərini desələr də, lakin yenə də "Gürcü Arzusu"nu dəstəklədiklərini qeyd edirlər, buna görə də bu addım gülməli və absurddur. Siyasətçi onu da bildirir ki, bu addımla onlar bir başqa reallığı dilə gətirərək "Gürcü Arzusu" partiyasında müstəqil olmadıqlarını və söz azadlıqlarının əllərindən alındığını təsdiq edirlər.

 "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev də  "Gürcü Arzusu" partiyasından vəzifəli şəxslərin ayrılmasını şərh edərkən bildirib ki, “ bu oyun İvanişvili tərəfindən atılmış növbəti addımdır və məqsədi həm Avropa Birliyini pisləmək, həm də İvanişvilinin pullarını qorumaqdır. Siyasətçi onu da qeyd edib ki, bu oyuna Marneuli Bələdiyyəsindən qoşulan olmayacaq, çünki hakim partiya burada onlara qarşı gələcək kiminsə olduğunu xalqa göstərməkdən çəkinir. O bildirib ki, etnik azlıqların kompakt yaşadığı bölgələrdə partiya daxilindən onlara qarşı kimlərinsə olduğunu insanların görməsi “Gürcü Arzusu” üçün əlverişli deyil.

Xatırladaq ki, Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının deputatları partiya sıralarını tərk ediblər.

Onlar hakim partiyanın aparıcı simaları və kifayət qədər nüfuzlu şəxslərdir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN