Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.

Tezadlar.az bildirir ki, bu barədə Klar Twitter-dəki mikrobloqunda məlumat paylaşıb. O, Bakıda bir sıra “vacib görüşlər” keçirəcəyini qeyd edib. Klaarın Bakıda Azərbaycanın Aİ ilə əlaqələrinin daha da inkişafı, enerji sahəsində əməkdaşlığın qurulması, eləcə də regionda münaqişədən sonrakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. Azərbaycana səfər etməzdən əvvəl Klaar Ermənistana səfər edib.

Ümumiyyətlə, 2020-ci ilin 44 günlük müharibəsi ilə Azərbaycanın 30 illik erməni işğalına son qoymasından sonra beynəlxalq təşkilatların ölkəmizə səfərləri intensivləşib. Bu isə Azərbaycanın bölgədə söz sahibliyinə siyasi-diplomatik işarədir. 

Xatırladlrlq ki, xüsusi nümayəndə bu gün səhər saatlarında Prezident İlham Əliyevlə də görüşüb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN