Təchizat və Satınalmalar Departamentinin direktoru Mehman Əkbərov vəzifəsindən çıxarılıb...

Bu barədə "Təzadlar"a SOCAR-dakı etibarlı mənbə məlumat verdi. Fakta aydınlıq gətirilməsi üçün Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari xanım Qəhrəmanlı ilə əlaqə saxladıq. M.Qəhrəmanlı bunları dedi: "Bəli, mən də bu gün bu barədə məlumat aldım... Bilirsiniz ki, təşkilatımıza və sizin qəzetə də SOCAR-ın Təchizat və Satınalmalar Departamentinin fəaliyyəti və bu departamentin direktorunun, eləcə də onun müavinlərinin korrupsiya fəaliyyəti barədə şikayətlər daxil olurdu. Sizin qəzetdə rəsmi sənədlərlə bu əməllər ifşa edilmişdi. Bu gün də təşkilatımıza oxşar məlumatlar və sənədlər göndərilir, tərəfimizdən araşdırmalar gedir... Mehman Əkbərova gəlincə, SOCAR-ın prezidenti Rövşən Nəcəf doğru qərar qəbul edərək onu vəzifəsindən kənarlaşdırdı. Yəqinki ardınca departamentin əsas korrupsionerlərindən olan Fuad Həziyev və digərləri də vəzifəsindən çıxarılacaq və barələrində araşdırmalar aparılaraq cinayət işi də başlanılacaq... İstintaqa kifayət qədər nə lazımdır kömək etməyə də hazırıq..."

 

"Təzadlar"a verilən məlumata görə, Mehman Əkbərov SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin bacanağıdır. Onun adı SOCAR-da "Odda yanmaz, suda batmaz" kimi xrakterizə edilirdi. Ən çox şikayət edilən ərzaq təchizatı da bu Departamentdə "həllini tapırdı...".

Bəs daha kimlər vəzifədən qovulacaq və barələrində hüquqi araşdırmalara başlanılacaq? Bu barədə məlumat veriləcək...

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN