İstanbul Baş Prokurorluğu Kompüter Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində Mehmet Ali Erbil, Serdar Ortaç və sosial mediada nüfuz sahibi olan

23 nəfər haqqında "qanunsuz mərc, reklam və təşviqat" ittihamı ilə həbs qərarı çıxarılıb. Tezadlar.az CNN- Türk-ə istinadla xəbər verir ki, prokurorluqdakı ifadələrinin ardından şübhəlilərin hamısı həbs tələbi ilə Növbətçi Cəza Məhkəməsinə sövq edilib. İfadəsi tamamlanan Serdar Ortaç barəsində ev dustaqlığı qərarı çıxarılıb. O, jurnalistlərə açıqlamasında deyib: "Məhkəmə nəzarəti şərti ilə azadlığa buraxıldım. Cəmiyyətə pis örnək oldumsa, Allah məni bağışlasın. Qumar bəlası hələ də başımı ağrıdır. Evimi apardı, pulumu, evliliyimi, sağlamlığımı da, məni məhkəməyə gətirdi. Daha nə qumar oynayaq? Bunu xalqa necə izah edəcəyimi bilmirəm".

Qumarın ev yıxan olduğunu hamı bilir, amma el yıxanı olduğunu hər adam bilmir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN