Goranboy rayon sakini, Qaçqınkom-un Göranboy rayon idarəsinin müdiri işləmiş, uzun illər digər məsul vəzifələr tutmuş Firəddin Əsgərov Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovu məhkəməyə verir... 

Bu barədə F.Əsgərov "Təzadlar"a özü məlumat verdi. O, həmçinin redaksiyaya Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə (surəti “Təzadlar” qəzeti redaksiyasına) ünvanlı daha bir şikayət ərizəsinin surətini göndərib. F.Əsgərov şikayət ərizəsində hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, az əvvəl Goranboyun və Şabranın İH başçısı işləmiş Novruz Novruzovun onun nəvəsini işlə təmin etmək adı ilə ondan 20 min manat pul aldığını, lakin vəd etdiyi işi həll elmədiyini, bu günədək də aldığı pulu qaytarmağa söz versə də qaytarmadığını yazır.

 Onu da deyək ki, əməkdaşlarımız şikayətçinin xahişi ilə Goranboya ezam edilmiş və ondan, eləcə də pulun verilməsində şahid olan şəxslə videomüsahibə götürmüşlər. Maraqlıdır ki, pulun verilməsi ilə bağlı zərərçəkmiş Firəddin Əsgərovun şikayətini bir neçə ay əvvələdək araşdırmalı olmuş Xocalı rayon prokuroru (elə bu şikayəti araşdırmaq əvəzinə «Prokuorluq haqqında» Qanunun tələblərini kobud surətdə pozmuş, bu qanunsuz hərəkətlərə yol verdiyinə görə Daşkəsən rayonuna prokuror göndərilmişdir) Şahin İmanovun da adı bu qamaqalda çəkilir. KİV olaraq qarşı tərəflərin mövqeyini öyrənməyə çalışmışıq, amma RİH başçısı işləyən Novruz Novruzovun adından redaksiyaya bildirilib ki, guya bu şikayət şər və böhtandır. "...Elədirsə, niyə Novruz Novruzov ona böhtan atdığıma görə məni məhkəməyə vermir? Mən pulumun geri alınması üçün bir neçə dəfə, sonuncu dəfə isə  bu yaxınlarda Siyəzəndə oldum, özü ilə görüşdüm. Söz verdi ki, pulu qaytaracaq. Lakin mən geri qayıdıb gözləyirəm, o isə hər dəfə məni aldadır... Bir neçə telefonu var, heç birinə cavab vermir. Aldığım məlumata görə oğlu əvvəllər DTX-də çalışıb, hansısa məsələyə görə vəzifəsindən kənarlaşdırılıb, bu barədə hələki danışmaq istəmirəm... Oğlu hazırda Əmlak Komitəsinin Sumqayıt Ərazi İdarəsində işləyir, Sumqayıtda Notariusun kürəkənidir. Atasını da ziyana salıb, səbəbini lazım olarsa açıqlayacam... Artıq bıçaq boğaza dirənib. Prezident Administrasiyasında Ərazi İdarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevin qəbuluna yazılmışam, qəbula gedib hər şeyi deyəcəyəm. Bu adam məni ələ salır, uzun illər qurulmuş dostluğa, kəsdiyimiz çörəyə arxa çevirdi, məni aldatdı, faktiki rüşvət aldı, indi 20 min manat nədir ki, qaytarmır??? Desin ki, vallah imkanım yoxdur, mənə keç, mən o pulu başıma fırladıb keçərəm. Amma indiki zamanda mənə qarşı olan münasibəti ona bağışlaya bilmərəm",- deyə F.Əsgərov dedi.

O, həmçinin Novruz Novruzovu məhkəməyə verməyə hazırlaşdığını da bildirdi: "Artıq vəkillə müqavilə bağlamışam və bir epizod üzrə Novruz Novruzovu məhkəməyə verirəm... Qoy görüm cavabdeh kimi məhkəmədə nə deyəcək??? Eləcə də bu yaxınlarda Bakıda geniş mətbuat konfransı keçirərək bu məsələni ictimaiyyətin, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin, hüquq mühafizə orqanları rəhbərlərinin və Novruz Novruzovun ailə üzvlərinin, qohumlarının...  diqqətinə çatdıracağam...".

Son söz Novruz Novruzovundur... Əlavə məlumat veriləcək. 

Sonda: həqiqətən də əgər bu iddia çər və böhtandırsa, onda Novruz Novruzov niyə F.Əsgərovu böhtan atdığına görə məhkəməyə vermir???

 «Təzadlar»ın Araşdırma Qrupu


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA