“ABŞ, Rusiya və Fransanın səfirləri Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qoyulmalıdır. Yəni qəbul edilməməli, istənilən tədbirə dəvət olunmamalıdırlar”.

Bunu açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib.

T. Zülfüqarov qeyd edib ki, digər ölkələrin səfirləri kimi Şuşaya səfərə dəvət olunan ABŞ, Rusiya və Fransa səfirlərinin bu səfərdə iştirak etməməsi nümayişkaranə mövqe sərgiləməkdir:

“Bununla vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər. Onların bu elədikləri Madrid prinsiplərinin məntiqidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın səfirlərinin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya təşkil edilən səfərlərdə iştirak etməməsində ikinci başqa məna tapa bilmirəm. Azərbaycan da artıq birmənalı öz mövqeyini bildirməlidir. Əslində bu mövqe Prezident İlham Əliyev tərəfindən bildirilib. Dövlət başçısı bəyan edib ki, münaqişə bitib, heç bir status olmayacaq, indi Azərbaycanın dəvəti ilə burada olan Rusiya və Türkiyə bizə bu bölgələri reinteqrasiya etməkdə köməklik göstərirlər. Bu baxımdan ATƏT-in Minsk Qrupu üçün heç bir vəzifə qalmır və bu mövqe dəfələrlə bəyan edilib. Amma görünür ki, Azərbaycanın bu mövqeyi ilk növbədə həm Ermənistanın, həm də fərqli mövqedə olan dairələrin xoşuna gəlmir”.

Diplomat qeyd edib ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib:

“Azərbaycanın bu suveren hüquqlarını heç kim əlindən ala bilməz. Bu baxımdan Azərbaycan artıq birmənalı mövqe ortaya qoyaraq, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN