BMT-nin baş katibi Antonio Quterres bu həftə Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Lvov və Odessaya gələcək.
Tezadlar.az bildirir ki, bu barədə Reuters BMT nümayəndəsinə istinadən xəbər verib. BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı Lvovda Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, cümə günü isə BMT-nin vasitəçiliyi ilə əldə olunan razılaşma əsasında taxıl ixracının bərpa olunduğu Odessaya səfər edəcək.
Zelenski ilə görüşdə Quterreş Zaporojye AES-dəki vəziyyəti, eləcə də Rusiya ilə müharibənin siyasi həllinin axtarışını müzakirə edəcək.
Prezident Ərdoğan hesab edir ki, “taxıl sazişi” Ukraynada müharibəyə son qoymaq üçün daha ciddi razılaşmalara gətirə bilər, bu bir iqtisadi-siyasi məsələdir.
A.Məmmədli
.