...Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib (ətraflı: bit.ly/3SWolqc).
Bir balaca ağlı olan bu məlumatı tam olmadığını görər. Uzun illər AHKİ-da yüz minlərin yox, yüz milyonların mənimsənilməsi barədə yazdığımdan hazırki cinayət işini araşdıracaq şəxslərə bəzi məlumatları çatdırıram. Hələ SSRİ dövrü bütün ölkədə və respublikalarda olan əmlakların tam 3\1-i həmkarların mülkiyyətində idi. SSRİ dağılandan sonra isə Azərbaycanda mövcud olan bütün əmlakların da 3\1-i həmkarların mülkiyyətində qaldı.
Bura tək stadionlar yox, ölkədə mövcud olan minlərlə sanatoriyalar, istirahət mərkəzləri, mehmanxanalar, uşaq bağçaları, pioner laqerləri, şahmat məktəbləri, peşə öyrədən, musiqi dərnəkləri, məktəbləri, pioner evləri, kitab mağazaları, silahdan istifadə öyrədən tirlər, avtomobil kursları, idman zalları, mədəniyyət evləri, kitabxanalar, tibb ocaqları və digər tikililər, minlərlə avtomobillər və digər texniki avadanlıqlar və s. daxil idi.
Bura tək stadionlar yox, ölkədə mövcud olan minlərlə sanatoriyalar, istirahət mərkəzləri, mehmanxanalar, uşaq bağçaları, pioner laqerləri, şahmat məktəbləri, peşə öyrədən, musiqi dərnəkləri, məktəbləri, pioner evləri, kitab mağazaları, silahdan istifadə öyrədən tirlər, avtomobil kursları, idman zalları, mədəniyyət evləri, kitabxanalar, tibb ocaqları və digər tikililər, minlərlə avtomobillər və digər texniki avadanlıqlar və s. daxil idi.
1991-ci ildə sədr seçilən Səttar Mehbalıyev həmin əmlakları çox hissəsini cürbəcür "nadir"lərin əli ilə dədə malı kimi satdı. Azərbaycanın bütün nazirləri cəm şəkilində onun qədər əmlak talamadı, ancaq bölüşdürməyi bacardığına görə heç kim ona toxunmadı. Bu müddət ərzində keçmiş Administrasiya rəhbəri Ramiz Mehdiyevə və qudası, Prezidentin keçmiş köməkçisi Əli Həsənova arxalanan S.Mehbalıyev minlərlə obyekt satdı, yüzlərlə obyektlərin ərazisini çox hissəsini də torpaq kimi obyektlərin tikilməsi üçün satdı, yaxud həmin ərazidə özü üçün obyektlər (Bibi Restoranı) tikdi. Bu gün başlanan cinayət işində söhbət Məhsul stadionundan gedir. Gün kimi aydın məsələdir ki, Məhsul stadionunu S.Mehbalıyevin başının üstündən heç kim sata bilməzdi! Bundan əlavə, indiyə kimi satılmış onlarla stadionları və digər əmlakları nə üçün araşdırmırlar?! İndi Səttar Mehbalıyevi himayə edən kimdir?!
Aslan İsmayılov,
Vəkil