Salome Zurabişvili prezident olaraq ilk mülkü bəyannaməsini 30 yanvar 2019-cu ildə , sonuncu bəyannaməsini isə 18 yanvar 2021-ci il tarixində doldurub.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, Zurabişvilinin bəyannaməsinə əsasən prezident olduqdan sonra onun mülkündə azalma müşahidə olunub. Zurabişvilinin ilk mülk bəyannaməsinə əsasən, onun 1989-cu ildə Parisdə 150 000 avroya aldığı 60 kv.m həcmində bina evi var. Bundan başqa onun Tbilisidə 126,33 kv.m həcmində yaşayış evi var, lakin Zurabişvili həmin evi 2006-cı ildə pulsuz əldə etdiyini qeyd edib. Həmçinin Zurabişvili Tbilisidə 235 kv.m həcmində torpaq sahəsini 2006-cı ildə 160 000 dollara aldığını bəyannaməsində qeyd edib. Zurabişvili qeyd etdiyi bəyannamədə 2016-cı ildə 17 000 dollara aldığı 2012-ci ilin "Hyundai" markalı avtomobili olduğunu bildirib. Prezident pul olaraq isə həmin dövrdə bank hesablarında 9 016 lari, 35 594 dolları və 82 278 avrosu olduğunu əlavə edib. Onun bəyannaməsinə əsasən, prezident olanadək külli miqdarda gəliri olub. Belə ki, Zurabişvili "Georgia Capital Plc"-nın Londonda səhmdarı olaraq 2017- 2019-cu illərdə 1 876 540 000 lari, "Teliani Veli" şərab şirkətinin səhmdarı olaraq isə 1997 - 2019-cu illərdə 88 400 000 lari gəlir əldə etdiyini qeyd edib. Zurabişvili maaş olaraq isə, Gürcüstan Parlamentinin üzvü olaraq 2018-ci ildə 55 128 lari, prezident olaraq isə 31 dekabr 2018-ci ildə bir ay ərzində 5 782 maaş aldığını qeyd edib. O həmçinin Parisdəki evini kirayə verərək, 1 il ərzində 14 500 avro əldə etdiyini, Fransadan pensiya olaraq isə bir il ərzində 39 847 avro aldığını bildirib. Prezident Salome Zurabişvilinin son doldurduğu bəyannaməyə əsasən, onun mülkündə olan daşınmaz əmlak dəyişməz olaraq qalıb. Avtomobilini isə satıb, lakin nə qədər pula satdığını qeyd etməyib. Prezident pul olaraq isə həmin dövrdə nəğd pulu olmadığını, lakin bank hesablarında 1 940 lari, 30 006 dollar və 62 378 avrosu olduğunu qeyd edib. Gəlir mənbəyi olaraq isə prezident olaraq 1 il ərzində 66 240 lari maaş adlığını, Fransadan 30 280 avro pensiya aldığını qeyd edib. Xərc olaraq isə xeyriyyə fondlarından birinə 49 520 lari köçürdüyünü, fonddan kənar xeyriyyələrə isə 28 806 lari xərclədiyini qeyd edib. Xatırladaq ki, Salome Zurabişvili prezident olmazdan əvvəl 2016-2019-cu illərdə Gürcüstan parlamentində millət vəkili olub. Ondan əvvəl isə 2004-2006-cı illərdə Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN