Şuşaya növbəti dəfə Azərbaycanda akreditə olunmuş ölkələrin diplomatlarının səfərləri baş tutub, amma ABŞ və Fransadan olan səfirlər təmsil olunmayıb. Niyə?

“ABŞ və Fransa növbəti dəfə Şuşaya getməkdən imtina edib və  bu gün onlar burada iştirak edən xarici diplomatlar arasında yoxdur. Bununla da onlar Azərbaycan hökumətinin dəvətinə açıq hörmətsizlik ediblər”. Srağagün Şuşada jurnalistlərə açıqlama verən prezidentin köməkçisi Hikmət Hacıyev belə deyib. Sitat: "Biz bunu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndiririk", - deyən Hikmət Hacıyev əlavə olaraq bildirib ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun mövcud olduğu 30 il ərzində münaqişənin həllinə heç bir töhfə verməyib. “Qarabağ məsələsi bağlıdır, ATƏT-in Minsk Qrupu keçmişdə qalıb”. Sitatın sonu.

Həqiqətən də ATƏT-in Minsk Qrupu fəaliyyətdə olduğu dövrdə yalnız ermənilərə işğalı genişləndirmək üçün fürsət verib. Fəaliyyətsiz olmuş bu qrumun başında isə ABŞ və Fransa dururdu. İndi Azərbaycan Ordusu onların əvəzinə Qarabağ problemini, daha doğrusu, ermənilərin işğalçılıq problemini özü həll edib deyə, indi belə bir mövqe tuturlar. Azərbaycan Prezidenti də dəfələrlə vurğulaytıb ki, belə bir qurum artıq yoxdur, arxivdədir... İndi kimlərsə ölü diriltmək istəyirsə, bu başqa məsələ. 28 il əvvəl ölmüş bir canlının dirilməsini hələki elm sübut etməyib... O ki qala ABŞ və Fransalı səfirlər ola...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN