İlk iclasını keçirən parlamentdə daha bir problem yaşanmaqdadır...
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Bidzina İvanişvili, İrakli Kobaxidze və İrakli Qaribaşvili tezliklə deputat mandatlarından imtina edəcəklər. Bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze məlumat verib. Onun sözlərinə görə, onlar bir qayda olaraq siyahıda olublar, amma parlamentdə qalmağı düşünmürlər: “Bildiyim qədər və bu sirr deyil, Bidzina İvanişvili, İrakli Qaribaşvili və İrakli Kobaxidze parlamentdə qalmağı düşünmürlər. Onlar partiyamızın liderləridirlər və bir qayda olaraq, formal olaraq deputat siyahısında olublar və tezliklə müraciət edərək deputat mandatından imtina edəcəklər”.