Avqustun 27-də Şuşada keçirilən beynəlxalq konfransa dəvət olunmuş ABŞ və Fransanın səfirlərinin imtina etməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmamaqdadır. Əlbəttə, bu, Azərbaycan dövlətinin xarici siyasət kursuna, hökumətin diplomatik korpuslar üçün tərtib etdiyi protokol proqramına və beynəlxalq əhəmiyyətli tədbirə açıq etinasızlıq və hörmətsizlikdir.
• Münaqişədən sonrakı dövrdə beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş belə bir mötəbər konfransa 160-dan artıq xarici nümayəndənin, o cümlədən 60 ölkənin səfirinin və nüfuzlu beynəlxalq təşkilatatların təmsilçilərinin iştirak etməsinə rəğmən boyun qaçırmaq təkcə Azərbaycana qarşı deyil, həm də beynəlxalq diplomatik korpusa və ictimaiyyətə qarşı qeyri-etik davranış və anti-humanist simalarını ortaya qoydular.
• Bu dünya siyasi elitasına, beynəlxalq humanitarismə qarşı ayrı-seçkilik, siyasi mədəniyyətsizlikdir, beynəlxalq xarici siyasət etiketini tapdalamağın rüsvayçı nümunəsisidir.
• ABŞ və Fransa səfirinin bu nalayiq jestləri ilə özlərini BMT, Avropa İttifaqı, Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya və digər ölkələrin səfir və hərbi atteşelərindən, təmsilçilərindən üstün tutduqlarını ehtiva edir ki, bu da dünyada hegemonçuluğa işarədir.
• Hər iki ölkə dünyada ikili standartlığın simvolu kimi xarakterizə edilə bilər, müxtəlif bölgələrdə baş verən müharibə və münaqişələrdə onların adları şəksiz ki, ön plandadır. Münaqişlərin yaradılması, alovlanması, minlərlə insanın ölümünə səbəb olan qanlı fəlakətlərdən sonra bu ölkələr sanki özləırini sülh və demokratiya qurucuları kimi təqdim edirlər. Ancaq tarixdə heç nəyi gizlətmək mümkün deyil. Necə ki, Əlcəzairdə ən qanlı soyqırım törətmiş Fransanın dövlət başçısının ötən gün bu ölkəyə səfəri də siyasi riyakarlığın ən bariz nümunəsi hesab edilə bilər.
• Bu baxımdan 30 il ərzində Qarabağ probleminin həllində mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri olmuş 2 dövlətin Azərbaycana qarşı siyasi riyakarlığının da dəfələrlə şahidi olmuşuq. Onların münaqişənin sülh yolu ilə həllinə necə dırnaqarası və etinasız münasibət göstərməsini, işğalçı ölkə olan Ermənistanın təcavüzkar siyasətinə uzun illəır göz yummasını unuda bilmərik.
• Eləcə də, Fransa parlamentinin deputatları ötən illərdə bir neçə dəfə Xankəndinə qanunsuz səfərlər ediblər, Azərbaycan dövlətinin milli maraqlarına qarşı çıxaraq separatçı ermənilərlə müxtəlif görüşlər keçiriblər.
• 44 günlük Zəfər müharibəsində Fransa açıq-aşkar işğaçlı Erməmistanı dəstəklədi. ABŞ və Fransa Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı ədalətsiz və haqsız qətnamə qəbul edilməsinə də çalışdı, ancaq Qoşulmama Hərəkatı qətiyyətlə bu riyakarlığın qarşısını aldı.
• Yeri gəlmişkən, bir müddət əvvəl ABŞ öz tarixi funksiyasını başa çatdırmış ATƏT-in "Minsk qrupu"na yeni həmsədr təyin edib, belə bir təsisata yeni namizədin seçilməsi nəyə və kimə xidməıt edir? Məqsəd məlumdur, məhv olmuş erməni separatizminin bölgədə varlığını yaşatmaq.
• Unutmayaq ki, ABŞ-ın indiki adminstrasiyasında kifayət qədər erməni əsilli qüvvələrin yer alması heç kimə sirr deyil, ötən ilin aprel ayında “erməni soyqırımını” tanıyan mövcud iqtidardakı bəzi qüvvələrin erməni lobbisinin təsiri ilə bölgədə gərginlik yaratamaq cəhdləri, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Azərbaycan və Türkiyənin əleyhinə səsləndirdiyi bəyanatlar da təsdiqləyir ki, Vaşinqton administrasiyası ermənipərəst mövqedən əl çəkmək niyyətində deyil.
• Sözsüz ki, bütün bu yersiz cəhd və məntiqsiz addımlar başa çatmış münaqişənin siyasi həllinin sonlanmasına maneə yaradılmasına, regionda yenicə möhkəmlənən kövrək sülhə ağır zərbə vurmağa və geniş əməkdaşlıq mühitinin formalaşmasına, nəqliyyat-kommunikasiya qovşqalarının açılmasına qarşı təxribatlara rəvac verir.
• Təbii ki, ABŞ və Fransa artıq bu bölgədə Azərbaycanın yaratdığı reallığı dəyişmək iqtidarında deyil, Cənab Prezidentin bəyan etdiyi kimi münaqişə bitib, bizim vidalaşdığımız, sağollaşdığımız cansız və ölü təsisatı kimlərinsə canlandırmaq cəhdi əbəsdir, mənasızdır.
• Bütün bunlara rəğmən, ABŞ və Fransanın belə anti-humanist addımları Cənubi Qafqazda və Qarabağda insanların sülh və anlaşma içərisində təhlükəsiz birgəyaşayışına deyil, millətlər və xalqlar arasında qarşıdurmanın alovlanmasına xidmət edir.
• Ona görə də səfirlərin bu hərəkətləri Cənubi Qafqazin sülh, birlik və həmrəylik platformasının formalaşmasında meydana çıxan pozuculuğa stimul verən addımlar kimi qiymətləndirilməli, beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı, kəskin reaksiya verilməlidsir.
• Hesab edirəm ki, ABŞ və Fransa səfirləri bundan sonra Azərbaycanın təşil etdiyi tədbirlərə dəvət olunmamalı, eyni zamanda, hər iki ölkənin milli dövlət tədbirlərində Azərbaycan hökumətinin üzvləri iştirak etməməlidir.
Vaqif ABDULLAYEV, 
Professor
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN