SOCAR-dakı yüksək əmək haqqı pay-püştü barədə "Təzadlar"a maraqlı məlumat daxil olub...
Bildirilir ki, SOCAR Prezidenti Rövşən Nəcəfin şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi və s. barədə 19 avqust 2022-ci il tarixli əmrinin icrası mübahisə doğurduğundan icrası təhlükə qarşısındadır... Hazırda Prezident Administrasiyasından və Nazirlər Kabinetindən tapşırıq gözləyirlər. Ciddi narazılıq var. Necə ola bilər ki, Prezident İlham Əliyevin maaşı 15 min manat olsun, prezident Rövşən Nəcəfin maaşı isə 13 min manat??? İlham Əliyevin fəaliyyəti ilə Rövşən Nəcəfin əmək və vəzifə fəaliyyəti arasında 2 min manatlıq fərq var???
Məlumatda o da qeyd edilir ki, bu məsələ SOCAR-ın özündə belə ciddi narahatlıqla müzakirə edilməkdədir...
Əlavə məlumat veriləcək.
"Təzadlar"ın Araşdırma Qrupu