Xəbər verildiyi kimi, ictimai təşkilat olan Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə bu ilin sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin növbəti qurultayı keçiriləcək...

Artıq bununla bağlı elektron və çap mediasında geniş müzakirələr başlayıb, şuranın İdarə Heyətində təmsilçiliyə və şura sədrliyinə namizədlərin adları hallanır. Bu və ya digər suallarla bağlı Şuranın fəaliyyətinə əksər hallarda tənqidi yanaşan, gündəlik ictimai-siyasi "Təzadlar" qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin anadoluyakasikhaber.com saytının köşə yazarı və Azərbaycan təmsilçisi, trtajans İH-nin sədr müavini Asif MƏRZİLİYƏ müraciət etdik:

-Qurultaydan nə gözləyirsiniz? Ümumiyyətlə, Mətbuat Şurası niyə indiki bəlli vəziyyətə gətirildi? Artıq MEDİA Agentliyi var və bəlkə şuraya ehtiyac yoxdur?!

- Məntiqlə, əgər Azərbaycan Jurnalistlərinin növbəti qurultayının keçirilmə tarixi rəsmən bəyan edilibsə, bu artıq o deməkdir ki, rəsmiyyət buna icazə verib, deməli, hələki Mətbuat Şurası lazımdır... Bilirsiniz ki, MŞ-ın əvvəlki və hazırki İdarə Heyətində təmsil olunan 2-3 nəfəri çıxmaq şərtilə, qalanları zamanında "Təzadlar" qəzetinə qarşı sifarişli, ədalətsiz... qərarlar qəbul edilməsinin, bizim uzun illər media layihələrindən kənarda saxlanılmağımızın baiskarı- müəllifləridir. Bu adamların milli mətbuatımızın qarşısında ən böyük günahı və qəbahəti, hətta deyərdim, cinayəti bundan ibarətdir ki, mediaya "reket jurnalist", "reket qəzet" və "qara siyahı" adlı bədnam bir siyahılandırma gətirmişdilər... Nəşrini çoxdan dayandırmış qəzetlərin adları uzun illər bu siyahıda yayımlanırdı və ən biabırçı hal bu idi ki, həmin siyahı rayonlara paylanırdı, idarələrin girişində asılırdı... Bu cür siyahı tutanlar başa düşmürdü ki, qəzet hüquqi şəxsdir, o reket ola bilməz. Jurnalist ola bilər, bunun da əməli AZ. RESP. CM-nin müvafiq maddələrinə tövsif olunur, bununla da ictimai təşkilat olan MŞ yox, DİN və ya Baş Prokurorluq məşğul ola bilər...

-Mətbuatımızı ictimai gözdən salan və aşağılayan bu ifadəni kim ortalığa atmışdır?

-Mətbuat Şurasının ilk gündən Nizamnamə və Məramnaməsinin yazılmasında PA-nın keçmiş şöbə müdiri Əli Həsənovla birgə iştirak etmiş qəzet rəhbəri kimi deyim ki, əvvəllərdə belə bir termin yox idi. Sonradan bunu dilimizə Ramiz Mehdiyevin artıq 22 ildir deputat etdiyi Bəxtiyar Sadıqov gətirdi... Əvvəl yazılarında yazırdı, sonra bunu MŞ-ın Nizamnaməsinə gətirdilər. Hətta gülməli də olsa, MŞ-da "Reket jurnalistikaya qarşı mübarizə komissiyası" yaratdılar. Bir normal hüquqi savadı olan demədi ki, ictimai təşkilat reketlərə qarşı mübarizə aparacaqsa, bəs DİN, Baş Prokurorluq nəyə lazımdır? Bəli, reket jurnalistika məsələsi də MŞ-ı yaradan bəlli adamların uydurduğu, medianı parçalamaq, gözdən salmaq, şəxsi mənfəətini güdmək niyyəti idi... Bilirsiniz, MŞ-dakı bəzilərinin reket jurnalistikaya qarşı mübarizə tədbirləri ərəb mollasının Allah yolunda nəzir vermə çağırışına bənzəyirdi: hamı Allahın yolunda nəzir verir, o da o biri tərəfdə bu nəzirlərdən bəhrələnir. Məgər o nəzir başına döndüyümə gedib çatır ki?! Demişəm, yenə deyirəm, biz ayırd etməliyik: reket jurnalist kimdir, jurnalist reket kim? O reket əməli törədibsə, polis və prokurorluğun işidir, MŞ hüquq mühafizə orqanıdır??? Rüşvət alan (milyonlarla) icra başçısı var, tutulurlar, reket bunlardır (Az.CM-nin maddəsi üzrə), amma PA-da "reket icra başçısı" siyahısı yoxdur. Niyə yoxdur??? Həkim, müstəntiq, mədəniyyət işçisi, gömrük, vergi... Statistikaya baxın, hər il rüşvət-korrupsiya əməlinə görə tutulurlar, amma heç birinin "reket" siyahısı yoxdur. Amma Mətbuat Şurasında var... Əli Həsənov bunu görmürdü? Qəşəng görürdü və hansı məmurdan tənqid yazılırdı, o medianın qara günü başlayırdı. Şəxsən mən sübut qoyaram ki, idarə rəisi deyib ki, xəbərim yox idi, MŞ-dan zəng etdilər ki, səndən yazıblar. Dedim, neyləyim, dedilər ki... Ki... Ki... Nə isə... Mən Avropa Mətbuat Federasiyasının üzvü, anadoluyakasikhaber.com saytının köşə yazarı və Azərbaycan nümayəndəsi, trtajans-ın İH-nin sədr müaviniyəm... Türkiyə, Rusiya, Fransa, Avstraliya, Ukrayna, Gürcüstan... mediası ilə əlaqəli çalışıram. Kim bu və ya digər ölkələrdə "reket jurnalist" ifadəsinə rast gəlib??? Amma çox istərdim ki, MŞ medianın dayağı olsun! Qoymurlarsa, bu başqa məsələ... Bir vacib məqam: o reket deyilən jurnalistikanı da bunlar yetişdirirdi. Çünki özlərinə sonra lazım idi...


 Niyə MEDİA Agentliyi yaranandan ölkədə reket jurnalistika yoxdur??? Sual verin də? Onlar 90 faizi "vozvrat" olan (2-3 qəzet istisna) öz qəzetlərinə ayda 20, 30 min manat, mənzil, orden, medal, Ali Media Mükafatı verirdilər... O birilər də ac uşaqları naminə dilənçiliyə məcbur edilirdi... Bəs nəticə??? Nə o milyonların nəticəsini ortaya qoyan var (12 ildir alırlar, püxtələşib qurtarmırlar eyyy) nə də reketçiliklər-dilənçilər azalıb... Səfir Hulusu Kılıçdan tənqidəbənzər nəsə yazılır, bizə reket deyirlər. Hulusu Kılıç səhəri günü məni səfirliyə dəvət etdi ki, bu nə məsələdir? Bəlkə də xəbəri yox idi, bəlli adamlardan biri zəng vurub demişdi... Ayıb olsun, utansınlar o səsi verənlər! Səfirdən pul istəmişdik, hədə-qorxu gəlmişdik? Neyləmişdik??? Bir neçə gün sonra isə AzTV efirinə "troyka" çıxdı, başladılar eyni sözü deməyə... Aparıcı İbrahim Məmmədli dözməyib dedi ki, yaxşı bu dediklərinizin "Təzadlar" qəzetinə nə aidiyyəti? Bəxtiyar Sadıqov özünü itirib dedi ki, qəzet beynəlxalq skandal yaradıb! Gülməli deyil??? İndi bu adamlar gülməli vəziyyətdədirlər... Sağ olsun, yeganə MŞ -ın icraçı katibi, tanınmış hüquqşünas Şəmsəddin Əliyev üç il əvvəl bu adamlara qəti etiraz etdi ki, jurnalistikamızı gözdən salan, aşağılayan "reket jurnalistika" ifadəsi ləğv edilsin, bu adlı komissiyanın adı dəyişdirilsin... Və məcbur olub bu addımı atdılar... Təsəvvür edirsinizmi, həmin komissiya ləğv ediləndən Azərbaycanda reket jurnalist gözə dəymir, tənqidi KİV-lərə qarşı basqı yoxdur və s.

-Sonuncu sual: qurultay baş tutarsa, MŞ İH formalaşarsa kimi bu siyahıda və rəhbərlikdə görərdiniz?

-Mən MŞ İH-də ədalətli, vicdanlı insanları da görmüşəm, neytral qalmağı vərdiş edənləri də, tapşırıqla qatığa qara deyənləri də... İndiki halda, güman edirəm, Əflatun Amaşovun təcrübəsindən bəhrələnməklə, ona daha fərqli yerdə, məsələn, keçmiş iş yeri olan AzərTAC-da layiqli iş təklif etmək olar...  MŞ sədrliyinə isə ən layiqli namizəd kimi Rəşad Məcidi görürəm... Azər Həsrətin, Rüstəm Əbülfətoğlunu, Şəmsəddin Əliyevin, Əvəz Rüstəmovun, Tapdıq Abbasın, Umud Mirzəyevin, Yunus Oğuzun, Elçin Mirzəbəylinin... rəhbərlikdə təmsilçiliyini istərdim, dostlarımızdan da bunu xahiş edəcəyəm səsvermədə nəzərə alsınlar...

-Bəs özünüzün İH-də təmsil olunmağınızı istəmirsiniz? 

-İşimiz çoxdur, ona baxarıq... 

Dinlədi: Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN