booked.netbooked.net booked.net  

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 1-dən Ukraynanın 1 000 kvadrat kilometrdən çox ərazisinin Rusiya ordusundan azad edildiyini bildirib.

Tezadlar.az CNN-ə istinadla  xəbər verir ki, o, bu barədə axşam videomüraciətində bildirib. Sitat: "Davam edən müdafiə əməliyyatları çərçivəsində qəhrəmanlarımız artıq onlarla yaşayış məntəqəsini azad edib. Bu irəliləyiş bu gün də davam edib, yeni nəticələr var. Ümumilikdə, sentyabrın 1-dən indiyədək min kvadrat kilometrdən çox ərazimiz azad edilib. Bunu təmin edən hər kəsə təşəkkür! Bu günlərdə (azad edilmiş ərazilərdə) ucaldılan hər bir Ukrayna bayrağına görə orduya, kəşfiyyatçılara və xüsusi xidmət orqanlarına təşəkkür edirəm”.

Xatırladırıq ki, bütün dövlət fəaliyyəti cəbhənin ehtiyaclarına və ukraynalıların müdafiəsinə yönəlib. Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN