BMT baş katibinin köməkçisi Miroslav Yança bu gün Təhlükəsizlik Şurasının iclasında bildirib ki, BMT

Azərbaycan və Ermənistanı 2020-ci il noyabrın 9-da imzalanmış atəşkəs sazişinə əməl etməyə və danışıqlar yolu ilə davamlı sülh sazişinə nail olmağa çağırır.

Yança vurğulayıb ki, yaxın vaxtlarda tərəflər 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının icrası ilə bağlı öhdəliklərini yerinə yetirməlidir:

“ Biz onları danışıqlar masasına qayıtmağa və davamlı sülh müqaviləsinin imzalanması üçün addımlar atmağa çağırırıq", - BMT baş katibinin köməkçisi bildirib.

Məlum olduğu kimi, bu xatırlatma Azərbaycan üçün deyil, Ermənistan üçündür. Çünki Azərbaycan tərəf bu bəyanatın şərtlərinin yerinə yetirilməsinə maraqlıdır və öz üzərinə düşənləri də yerinə yetirir.

Xatırladaq ki,  2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistan dərk etdi ki, başladığı müharibəni uduzub, Azərbaycan ordusu ilə üz-üzə gələcək əsgəri yoxdur. Qəsb etdikləri torpaqlar uğrunda döyüşəcək adam qalmayıb. Və o zaman, rəzil duruma düşən Paşinyan və ordusu ağ bayraq qaldırdı, Rusiya Prezidenti Vladimir Putindən yardım etməsi üçün xahiş etdi. Beləliklə, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi.

Həmin bəyanatda Ermənistan öz üzərinə öhdəliklər götürdü, lakin onların bir çoxunu icra etməkdən yayınır.

Bəyanatdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan vaxtı uzatmağa, müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyi yerinə yetirməməyə çalışır. Və hələ bu azmış kimi, işğalçı ölkənin silahlı qüvvələri müntəzəm olaraq ordumuzun mövqelərini, mülki şəxsləri atəşə tutur. Elə sentyabrın 12-si axşamdan indiyədək Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 70-dən artıq hərbi qulluqçumuz şəhid olub. Halbuki atəşkəs barədə razılıq əldə olunmuşdu.

Ona görə də BMT-nin noyabr bəyanatı barədə xatırlatması Ermənistanın korşalmış yaddaşını təzələmək üçün çox yerinə düşdü.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN