Azərbaycansevər, türk dünyasının təəssübkeş ziyalısı, "Təzadlar"ın dostu Abdulkadir İnaltəkin Ankaradan redaksiyamıza hüznlü məktub göndərib... Şair qardaşımız yazır: "Əziz qardaşım, Asif Mərzili, Qarabağ şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsinə "Cehri" təxəllüsü işlətdiyim şerimi dərc olunması üçün təqdim edirəm.
Derin ehtiramla;
Əbdülqadir İnaltəkin
(aKi عبد القادراينالتكین)
***
QARABAĞDA QALDI
Ürək yara, könül xəstə,
Dözüm Qarabağda qaldı. 
Əriyirəm asta-asta,
Buzum Qarabağda qaldı. 
Yox axtarıb, soruşanım,
Unuduldu şöhrət, şanım.
Həyif, yerdə qaldı qanım,
Sözüm Qarabağda qaldı.
Söndü alovum, ocağım,
Dağa dönüb, sinə dağım,
Yaddan çıxdı Qrabağım,
Gözüm Qarabağda qaldı. 
Hey baxıram, uzaqlara,
Xəyallarım gedib hara?
Sinəm üstdə qanlı yara,
Sızım Qarabağda qaldı. 
Yağdı yenə qar bağlara,
Durub gəlmir yar bağlara.
Yayda düşüb xar bağlara.
Yazım Qarabağda qaldı. 
Son görüşdü; halallaşdı,
Asta-asta uzaqlaşdı, 
Gözdən itdi, dağdan aşdı;
Quzum Qarabağda qaldı. 
Röya kimi gəldi, getdi,
Heyalımda qaldı, getdi,
Cehri, şəhid oldu getdi;
İzim Qarabağda qaldı.
Əbdülqadir İnaltəkin
Ankara, 15 Sentyabr 2022
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN