Gələk mətləbə: sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin 8-ci qurultayı keçirilməlidir. Qurultay Mətbuat Şurası İH-nin üzvlərini müəyyənləşdirəcək.
Dostlar, aldığım dəqiq məlumata görə, artıq uzun illərdir MŞ İH-nin üzvü olmuş və MŞ-ı ölü vəziyyətinə çatdırmış İH üzvlərinin demək olar hamısının yenidən namizədlər siyahısına salınması qərarlaşdırılıb. Sual olunur: ötən illərdə xidməti mənasız "reket jurnalistika"ya qarşı (???) mübarizə, yalnız jurnalistikanı aşağılamağa xidmət etmək olan bu mübarizəyə səs vermişlərin yenidən MŞ İH-nə seçilməsi planlaşdırılır. Şəxsən Prezidentə müraciətim hazırlanıb. İH-nin deputat üzvləri var, getsinlər seçiciləri ilə məşğul olsunlar. Vəzifə tutanlar var, gedib vəzifələrini icra etsinlər... Və imkan versinlər ölkə mediasının indiki vəziyyətini dəyişmək üçün fəal iş aparılsın. Yenə də köhnə ənənələr və köhnə sifətlərin iş üsulları davam edəcəksə, bu artıq sondur! Axı bu adamlar 20 ildə nə etdilər ki, yenidən İH-ndə təmsil olunmağı istəyirlər??? Xahiş edirəm, mövqeyinizi bildirin. Və mübarizə aparaq ki, mediamızın başı üzərində dolaşan bu kabusdan xilas olaq...
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN