...Ermənistanın son təxribatlarının qarşısını alarkən Azərbaycan Ordusu şəhid verdi. Əlbəttə, hamımız 1 nəfər şəhidin olmasını belə istəməzdik, amma acı gerçəklik odur ki, itkisiz döyüş olmur, xüsusilə də erməni diversiya qruplarına qarşı 8 saat şiddətli döyüşlərin apardığını da nəzərə almalıyıq. Azərbaycan Ordusu bu döyüşlərdə ermənilərə layiqli cavab verməklə şəhidlərimizin 5 qat cavabını verdi.
Vətənin müdafiəsi uğrunda əziz canlarından keçən hər bir əsgər və zabit bizim üçün doğmadır, onların itkisi ürəyimizi yandırır, canımızı ağrıdır. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların əzizlərinə dərin başsağlığı verir, səbr diləyirəm. Yaralı əsgərlərimizə şəfa diləyirəm.
Nə yazıq ki, bizim də taleyimizə öz doğma tarixi torpaqlarımızda yaradılmış Ermənistan kimi faşist, dünyada bərabəri olmayan yaramaz, satqın, orğu və lənətə gəlmiş bir millətlə qonşu olmaq düşüb. Tarix boyu hay tayfasının namərdliyini, fitnə-fəsadını görmüşük, torpağımızda soyqırımlar törətmisinin ağrısını yaşamışıq. Hər dəfə də Azərbaycanın mərd oğulları düşmənə layiqli cəzasını verib, nəfəsini kəsib, ancaq hiyləgər və qorxaq erməni tayfası aman diləyib, bir daha bu namərdlikləri etməyəcəyinə dair öhdəliklər götürüb.
Ancaq buna baxmayaraq müxtəlif zamanlarda erməni faşizmi yenə də baş qaldıraraq aqressiyasından əl çəkməyib. 44 günlük Vətən savaşında məhv olan Ermənistan imzaladığı kapitulyasiya sazişini yerinə yetirməkdən boyun qaçırır, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, təxribatlarını davam etdirir. Cavabı isə Azərbaycan tərəfdən ağır olur, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları ilə layiqli cəzasını alır.
Acı da olsa, bu reallıqla barışmalıyıq ki, hayları yerləşdiyimiz coğrafiyadan silib çıxarmaq geosiyasi baxımdan mümkün deyil. Hay millətinin xislətindəki qisasçılıq, namərdlik, faşizm və rasizm isə heç vaxt bitən deyil. Çox təəssüflər olsun ki, Ermənistanı on illərdir, təkrarladığı səhv yoldan döndərmək istəyən, düzgün yol göstərənlər də yoxdur. Əksinə xaricdən yönləndirənlər bu ölkəni daha da regionda müharibəyə sürükləyirlər. Hay qəbiləsinin arxasında dayananlar, gizlicə sərhəddən silah-sursat ötürənlər, Türkün düşməni olanlar bu terrorçu ölkəni revanşa alovlandırırlar.
Əlbəttə, Ordumuz düşmənin başını əzməyə, İrəvandan Göyçə gölünə qədər izlərini itirməyə qadirdir, döyüş meydanında ermənilər Ordumuzun qarşısında dayanacaq gücdə deyillər. Ancaq heç vaxt arxayın olmalı deyilik ki, onların təcavüzkar əməlləri bitəcək, Ordumuza qarşı bir daha təxribatlara ələ atmayacaqlar.
Ona görə də, indi dünənkindən daha ayıq-sayıq olmalıyıq, Azərbaycan Ordusunun verdiyi tutarlı qətiyyətli cavaba kölgə salmaq cəhdləri edənlərə, xaricdən və daxildən üstümüzə yönələn milli satqınların, xainlərin fəallaşdığı bir vaxtda Dövlətimizə və Ordumuza daha çox dəstək olmalıyıq.
Dualarımız hər gün doğma Vətənin keşiyində dayanan əsgər və zabitlərimizədir.
Tanrı Azərbaycanı və Ordumuzu Müzəffər etsin!
Vaqif ABDULLAYEV,
Professor