Ötən gün günorta saatlarında Polis paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünün qarşısını alıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar. Məlumat üçün bildirək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi binasının önünə, səfirlik tərəfindən böyük ölçüdə "Dəmir yumruq" baneri yerləşdirilib.

Onu da qeyd edək ki, ermənilər dünən Fransada Azərbaycan S\firliyinə hücum edib, qapını sındırmağa cəhd ediblər. Təəssüflər olsun, Fransa polisi ermənilərin bu hücumunun qarşısını almayıblar və reaksiya verməyiblər... Makronun hökuməti ermənilərin bu qanunsuz hərəkətinə susub...

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN