Bu gün səhər saatlarında banka silahlı hücum olub...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, “Bank of Georgia”nın Kutaisidəki filialına daxil olan silahlı şəxs 2 milyon lari tələb edir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları soyğuncu ilə danışıqlar aparmağa çalışır. Əraziyə toplaşan vətəndaşların sözlərinə görə, soyğuncu 2 milyon lari qarşılığında girov götürdüyü şəxsləri azad edəcəyini bildirib. Soyğunuçunun hərbi geyimdə olduğu və üzərində partlayıcı vasitələr gəzdirdiyi də iddia edilir.

 Bildiririk ki, Kutaisi şəhərinin Rustaveli küçəsində xüsusi əməliyyat keçirilir. Mövcud məlumata görə, “Bank of Georgia”ya silahlı soyğunçu daxil olub. Təsdiqlənməmiş məlumata görə, on nəfərə yaxın adam bankdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN