Nəhayət, bu gün Avropa Şurasının sədri Şarl Mişelin Ermənistana rəsmi səfəri başlayıb. O, Paşinyanın yenidən baş nazir olması barədə növbədənkənar parlament seçkilərindən sonra elə-belə gəlməyib.
Təbii ki, tarixlər boyu Ermənistanı himayə etmiş Rusiyanın rəhbərliyinin Ermənistana səfərinin hələki baş tutmadığı bir vaxta, belə bir səfər çoxmənalıdır... Rəsmi məlumat belədir ki, Aİ şurasının sədrinin Ermənistanda iki gün səfərdə olacaq. Səfər çərçivəsində Ş. Mişel Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşəcək. Görüşdən sonra hər iki rəsmilər mediaya açıqlamalar verəcəklər. Qeyd edək ki, Avropa Şurasının prezidenti ilə Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyanla da güşü baş tutacaq.
Bəs Rusiyanın belə səfərlərə münasibəti necədir? Paşinyanın SOROS "övladı" olması barədə yayılan məlumatlar, deyəsən, özünü doğruldur...
A.Məmmədli