Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib.

Bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev mediaya bildirib. O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib. Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.

"Təzadlar" xatırladır ki, İlqar Xələfov tanınmış dövlət və ictimai xadim, professor, bu günlərdə anadan olmasının 100 illiyi məxsusi qeyd edilən Məmməd Xələfovun qardaşı oğludur.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN