Bu gün, noyabrın 20-də Ağdamın işğaldan azad edilməsinin ikinci ildönümü ilə əlaqədar Ağdam Konfrans Mərkəzində mədəni-kütləvi tədbir keçirilib.

Bu barədə Ağdamdan "Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili məlumat verib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Ağdam rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirə Şəhidlər xiyabanın ziyarət edilməsi ilə start verilib.

“Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, Ağdam şəhərində yenidənqurma işlərinə cəlb olunan tikinti şirkətlərinin işçiləri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ziyalıları şəhidlərin məzarlarını ziyarət etdi, üzərlərinə gül dəstələri düzdülər. Şəhidlərin xatirəsi əks olunan lövhə önünə gül çələngi qoyuldu”, - A.Mərzili deyib.

Sonra Ağdam Konfrans Mərkəzində rəsmi tədbir keçirilib. Tədbirdə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlərdən danışıb və Ağdamda geniş miqyaslı bərpa-quruculuq işlərinin davam etdiyini bildirib. E.Hüseynov Ağdam şəhərinin Baş Planının bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqləndiyini və ictimaiyyətə təqdim olunduğunu vurğulayıb. O, eyni zamanda həm mina təmizləmə işlərində, həm də baza infrastrukturun qurulması sahəsində mühüm işlər görüldüyünü, avtomobil və dəmir yollarının, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələrin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. E.Hüseynov gələn ilin əvvəlinə həyata keçirilən həmin layihələrin bir çoxunun yekunlaşacağını, eyni zamanda paralel olaraq sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində geniş miqyaslı işlərin getdiyini, Ağdam Sənaye Parkında yeni iş yerlərinin açılması istiqamətində, xəstəxana tikintisinin, 1 nömrəli məktəblə əlaqədar yekunlaşma işlərinin aparıldığını deyib.

Prezidentinin xüsusi nümayəndəsi tarixi-mədəni abidələrimizdə restavrasiya işlərinin aparıldığını və bütün bunların məntiqi nəticəsi olaraq artıq yaşayış məhəllələrinin layihələndirilməsinin aparıldığını və gələn ilin ortasından yaşayış məhəllələrinin tikintisinə başlanılacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ağdamın işğaldan azad edilməsinin ikinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən E.Hüseynov 2026-cı ilin sonuna qədər həm Ağdam şəhərinə, həm ətraf kəndlərə insanların qayıtmasının təmin ediləcəyi xəbərini çatdırıb.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ağdamlılar adından dövlət başçısına ünvanlanan müraciəti səsləndirib. Müraciətdə  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Ağdamın bir güllə belə atmadan, bir şəhid vermədən azad edildiyi, hazırda isə Ağdamda geniş bərpa-quruculuq işlərinin aparıldığı vurğulanıb. Bütün bunlara görə müraciət müəllifləri Prezidentə minnətdarlıqlarını bildirdilər.

Daha sonra tədbirdə xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər - Sevinc Sarıyeva, Təyyar Bayramov, Cabir Abdullayev və digər musiqiçilər konsert proqramı ilə çıxış ediblər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN