Bu gün “Badamdar Estates” Otelinin mərasim zalında vəkillərin təntənəli təltifetmə mərasimi keçirildi, tanınmış ədliyyə işçisi, Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri İkram Kərimova "Şöhrət" Ordeni təqdim olundu...
 "Təzadlar" kollegiyanın rəsmi saytına istinadla bildiri ki, tədbiri açan Kollegiyanın sədri Anar Bağırov iştirak edən hər kəsi salamlayaraq qeyd etdi ki, bu gün çox əlamətdar gündür: "...Müasir vəkilliyin tarixində ilk dəfə Kollegiyanın Ağsaqqallar Şurasının sədri, vəkil İkram Kərimov müzəffər xalqın nümayəndəsi kimi, Şuşa ilində cənab Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. İ.Kərimovun “Şöhrət” ordeni ilə təltifi cənab Prezident tərəfindən Azərbaycanda vəkillərə göstərilən diqqətin təzahürü kimi qiymətləndiririk...".
 A.Bağırov çıxış edərək, həmçinin İkram Kərimovun bu il 80 illik yubileyini qeyd edərək onun hüquq sahəsindəki məhsuldar fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdi. O, İ.Kərimovun 18.04.1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olduğunu, 1966-cı ildən 1987-ci ilə kimi prokrorluq orqanlarında, 1987-ci ildən 2012-ci ilə kimi Respublikanın müxtəlif məhkəmələrində sədr vəzilərində fəaliyyət göstərdiyini qeyd etmişdir. 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan İ.Kərimov bir sıra dövlət təltiflərinə layiq görülüb.
 Sonra Anar Bağırov İkram Kərimova “Şöhrət” ordenini və vəsiqəsini təntənilə təqdim etdi.
Minnətdarlıq çıxışı edən yubilyar İkram Kərimov qeyd etdi ki, "Bu gün heç kimə sirr deyil ki, Vəkillər institutu Anar Bağırovun rəhbərliyi ilə yeni keyfiyyət alıb. Anar Bağırov çətinliklə də olsa, Kollegiyanın nüfuzunun yüksəlməsinə nail olub. Hesab edirəm ki, bu mükafat ölkə Prezidentinin mənim timsalında vəkilliyə olan diqqətinin bariz nümunəsidir. Tövsiyəm ondan ibarətdir ki, vəzifəsindən asılı olmayaraq, hər kəs mənalı ömür sürməli, insanlara faydalı olmalıdır. Vəzifəsindən asılı olmayaraq, hakim, müstəntiq, vəkil – bir sözlə, bütün hüquqşünaslar hər zaman ədalətin, haqqın bərpasına çalışmalıdır. Arzu edirəm və inanıram ki, gələcəkdə bu ordeni alan vəkillərin sayı artacaq”.

 
Daha sonra Azərbaycan Respublikasının Hərbi prokuroru, Baş prokurorunun müavini Xanlar Vəliyev çıxış edərək bildirdi ki, "...Cinayət mühakimə icraatının təməl daşı müstəntiqdir. İkram müəllim də sözün əsl mənasında ən yaxşı müstəntiq kimi tanınıb. Hər zaman ədalətli, obyektiv dövlətini sevən insandır. Ümumiyyətlə, mən deyə bilərəm ki, bu gün də Vəkillər Kollegiyasının sıralarında dövlət və dövlətçilik ideyalarına sadiq adamlar birləşib".
X.Vəliyev Kollegiyanın son dövrlərdəki fəaliyyətini, inkişafını müsbət qiymətləndiridiyini qeyd edərək İkram müəllimi təbrik etmiş və ona gələcək həyatında uğurlar arzuladı.
 
Tədbirdə, həmçinin hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Kollegiyanın üzvləri, eyni zamanda, hüquq elmləri doktorları Namiq Əliyev və Alış Qasımov, “Yusifbəyli və partnyorları” vəkil bürosunun müdiri Rəsul Yusifbəyli çıxış edərək İ.Kərimovun keçdiyi həyat yolu, onun fəaliyyəti, Kollegiyanın son dövrlərdəki fəaliyyəti barədə öz fikirlərini bölüşdülər.
 
Daha sonra, fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunmuş və xatirə fotosu çəkdirildi.
Qeyd edək ki, mərasimdə "Təzadlar"ın baş redaktoru Asif Mərzili də iştirak edirdi.
JASMİN







Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN