ABŞ prezidenti Co Bayden İran və ABŞ arasında münasibətlərin inkişaf etməyə başlaya biləcəyi “ssenari”dən danışıb.

ABŞ Dövlət Departamenti İranla nüvə sazişinin tezliklə yenilənməsində maraqlıdır, Vaşinqton isə bu məqsədə hərbi yolla nail oluna biləcəyini güman edir. Tezadlar.az Azadlıq Radiosu-na istinadla xatırladır ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli prezident Co Baydenin İrana hərbi müdaxilə edilməsi ilə razılaşa biləcəyini deyib. Malli bu barədə Amerikanın “Foreign Policy” nəşrinin platformasında müzakirələr çərçivəsində danışıb. Sitat: “Prezident bildirib ki, İranın nüvə silahı əldə etməsinə mane olarsa, heç olmasa hərbi ssenari ilə razılaşacaq. Lakin bunun vaxt hələ çatmayıb”.

 ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton hələki İranla nüvə razılaşması ilə bağlı məsələlərin diplomatik yolla həllinə üstünlük verir. Nəşrin müəllifləri qeyd ediblər ki, İranın hazırkı rəhbərləri Ukrayna ilə müharibədə Rusiya Federasiyasına hərbi yardım edir. Jurnalistlər iranlı qadınların hicaba qarşı etirazlarını da qeyd ediblər.
Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın sözlərinə görə, ABŞ prezidenti İranın nüvə silahı əldə etməməsi üçün əlindən gələni edəcək.
Eyni zamanda, İsrail İrana qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutduğu üçün Vaşinqtonla Tehran arasında nüvə sazişindən qorxur.
 ABŞ prezidenti Co Bayden İranın tezliklə azad ediləcəyini bəyan etmişdi. Amerika lideri bu bəyanatı iranlı amerikalı fəalların İranın nüvə sazişinin yenilənməsindən imtina etməsi tələbləri fonunda verib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN