...Aşot sakit dayanmır. Azərbaycan atalar sözündə deyildiyi kimi, keçinin ölümü yetəndə buynuzunu çobanın çomağına sürtər və dağa-daşa sürtüşər...

Son günlərin hərbi təxribat statistikası da təqdiqləyir ki, ermənilər sakit dayanmaq fikrində deyildir. Səbəbini həm özləri, həm himayəçiləri, həm də Rusiyanın sülhməramlıları bilməmiş deyil. Əvvəlkiləri anlayırıq, onların işi Ermənistanı idarə etmək, 44 günün məğlubiyyəti ilə barışmamaq! Bəs bölgəyə sülh yaratmağa gələn Rusiya sülhməramlılarına nə olub? Bəlkə onlar ATƏT-in Minsk Qrupunun 27 il ərzində Qarabağa yeyib-içməyə gələn həmsədrlərinin yerini tutub rolunu oynamaq arzusundadır? Deyə bilmərik. Hər halda, bu sualın cavabı Azərbaycan Müdafiə Nazirliyində yox, Rusiyanın siyasi rəhbərliyindədir!

Deyəcəyimiz isə budur ki, bu gün iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Bu, Müdafiə Nazirliyimizin rəsmi saytının məlumatıdır. Belə ki, snayper atəşi nəticəsində hərbi qulluqçumuz- gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. 

Bəli, 44 günün nəticələri erməniləri hələ çox yandırıb-yaxacaq. Amma bu dəfə tam əminliklə demək olar ki, cavab atəşi 44 günlük yox, 4 günlük olacaq və Ermənistanda daş üstündə daş, baş üstündə isə dəbilqə qalmayacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN