Rusiya mətbuatı ikibaşlı məlumat yayır, Ermənistanı haqlı çıxarır…

Artıq əlavə şərh verməyə lüzum yoxdur ki, Ermənistanın təxribatları sayəsində dünən Kəlbəcərdə gizirimiz şəhid oldu. Amma şərh etməyə ehtiyac var ki, Qarabağa sülhməramlı adı ilə gələn Rusiya hərbi kontingenti baş verənlərə susur və nəyisə gözləyir. Nəyi? Bilənlər onsuz da bilir. Ermənistanın məqsədi isə Azərbaycanın sərhədin o tərəfinə bir “İti qovan” göndərməsidir ki, qışqırıqları Lavrovun kabinetindən gəlsin və tələb etsinlər ki, ya Kollektiv Təhlükəsizlik ordusunu işə salın, ya da “kəbinimizi” pozuruq!

 Azərbaycan hələ də və yenə də səbrlə davranır. Amma Rusiya mətbuatı yenə də adətindən qalmır. Dünən baş verən və hələ də atışmanın davam etdiyi bir məqamda “Ria Novosti”nin bu qanlı hadisələr barədə paylaşdığı iki məlumata diqqət edin:

“BAKI, 23 iyul - RİA Novosti. Azərbaycan Müdafiə Nazirliyi sərhəddə Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində hərbçisinin öldüyü barədə məlumat yayıb. "23 iyul, saat 16.00 radələrində (Moskva vaxtı ilə 15.00), Ermənistan silahlı qüvvələri Basarkeçər bölgəsindəki mövqeləridən Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sektorundakı Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Yaqublu Fərman Telman oğlu şəhid olub", -deyə Müdafiə Nazirliyinin mətbuat xidməti cümə günü bildirib. Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri gördüyünü qeyd edib. "Erməni tərəfi iki ölkənin dövlət sərhədindəki vəziyyəti gərginləşdirmək məqsədini güdür. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür", - nazirliyin mətbuat xidməti bildirir.

Bu isə ikinci məlumat:

“YEREVAN, 23 iyul - RİA Novosti. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə günü verdiyi məlumata görə, ölkənin Basarkeçər bölgəsindəki Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində üç erməni hərbçi yüngül xəsarət alıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 23 iyul, saat 16.00-da Ermənistan-Azərbaycan sərhədinin Basarkeçər  hissəsindəki erməni mövqelərinə atəş açıblar. "Ola bilər ki, bu Azərbaycan hərbçilərinin özləri arasında baş vermiş atışma hadisəsi ilə əlaqəlidir. Bu onunla təsdiqlənir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında Ermənistan tərəfindən açılan atəş nəticəsində bir Azərbaycan hərbçisi öldürülmüşdür. Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Ermənistan Müdafiə Nazirliyi dəqiqləşdirib ki, Azərbaycan tərəfinin qarşı tərəfə atəş açmasına kimi Ermənistan hərbçiləri heç bir atəş açmayıb. "Azərbaycan tərəfinin növbəti təxribatı nəticəsində başlayan gərgin atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin üç hərbçisi yüngül güllə yarası alıb. Onların həyatına  heç bir təhlükə yoxdur. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin növbəti təxribatını kəskin şəkildə pisləyir, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərində qalır ", deyə məlumatda bildirilir.

Aşağıda həmin məlumatlar orijinaldan təqdim edilir. Özünüz nəticə çıxarın:

“БАКУ, 23 июл - РИА Новости. Минобороны Азербайджана заявило о гибели своего военнослужащего в результате обстрела со стороны вооруженных сил Армении на границе. "Двадцать третьего июля примерно в 16.00 (15.00 мск) подразделения армянских вооруженных сил с позиций на территории Басаркечярского района подвергли обстрелу позиции азербайджанской армии на Кельбаджарском участке армяно-азербайджанской государственной границы. В результате снайперского выстрела противной стороны военнослужащий азербайджанской армии гизирь Ягублу Фарман Тельман оглу стал шехидом", - сообщили в пресс-службе минобороны в пятницу.

В оборонном ведомстве отметили, что подразделения BС Азербайджана предпринимают ответные действия. "Армянская сторона преследует цель обострить ситуацию на государственной границе двух стран. Вся ответственность за эту провокацию лежит на Армении", - утверждают в пресс-службе министерства.

***

ЕРЕВАН, 23 июл – РИА Новости. Трое армянских военнослужащих легко ранены в результате перестрелки на границе с Азербайджаном в Гегаркуникской области страны, сообщили в пятницу в пресс-службе минобороны Армении.

В сообщении отмечается, что подразделения ВС Азербайджана открыли огонь по армянским позициям на гегаркуникском участке армяно-азербайджанской границы 23 июля в 16.00. "Этому предшествовала стрельба на азербайджанских боевых постах, что могло быть связано с инцидентом между самими азербайджанскими военнослужащими. Об этом свидетельствует тот факт, что министерство обороны Азербайджана заявило, что в результате огня, открытого армянской стороной, погиб азербайджанский военнослужащий", - говорится в сообщении на сайте ведомства. В минобороны Армении уточнили, что армянские военнослужащие не предпринимали действий до обстрелов ВС Азербайджана армянских позиций.

"В результате интенсивной перестрелки, начавшейся в результате очередной провокации азербайджанской стороны, легкие огнестрельные ранения получили трое военнослужащих ВС Армении. Их жизни ничего не угрожает. Министерство обороны Армении решительно осуждает очередную провокацию ВС Азербайджана. Вся ответственность за обострение ситуации ложится на азербайджанское военно-политическое руководство", - говорится в сообщении”.

Sonda: “Ria Novosti”nin məlumatında bir daha atışmanın Kəlbəcər rayonu ərazisində baş verdiyi deyilir. Elə isə, Rusiya sülhməramlılarının xəritəsində -xidmətində Kəlbəcər Azərbaycanın Qarabağ bölgəsindəki ərazisi deyil ki?! Məramı sülh olmalılar nə işlə məşğuldur ki, iki həftədir silahlar susmur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN