...Deputat statusuna arxayın olaraq Prezident Sərəncamı ilə jurnalistlər üçün tikilmiş binanı hədəfə alan Etibar Əliyevin siyasi səhvlərə yol verilən çıxışı ətrafında mübahisələr bitib tükənmir. Söhbət deputatın Prezidentin Sərəncamına qarşı olan təxribat xarakterli təklifindən gedir...

Redaksiyaya göndərilmiş bir məktubda da bu məsələ xüsusi olaraq qabardılır. “Xahiş edirəm bunu diqqətlə oxuyasınız. Çünki niyyətim bir çoxlarını məsələnin əsl mahiyyətindən xəbərdar etməkdir” yazan oxucu qətiyyətlə bildirir ki, Etibar Əliyevin dilləndirən məmurlar vardır: “Milli Məclisə deputat təyin olunan Etibar Əliyevin jurnalistlər üçün tikilən 3-cü binanın şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı  "təklifi" günün əsas mövzularından biridir. E.Əliyevi hər kəs layiq olduğu şəkildə, ən ağır sözlərlə tənqid edir. Mən məsələyə başqa konteksdən və qısa şəkildə yanaşmaq istəyirəm.  Bilsinlər ki, hər kəs savadsız deyil və məsələnin kökünü və E.Əliyevin kimlərin sifarişi ilə belə bir "təklif" verdiyini şəxsən mən bütün detallarına qədər bilirəm, əgər açıqlasam, gündəm dəyişəcək.  Bu, məmur propoqandasıdır və şəxsən Prezident İlham Əliyevin nəcib niyyəti hədəfə alınıb. Necə? Aşağıda qısa izahını verəcəm: 

  1. Mən bu statusa iki yüksək ranqlı məmurun fotosunu yanaşı qoya bilərdim. Çünki məhz jurnalistlər binasına görə onların arasında "müharibə" gedir. 

2.Mən heç kəsi də hədələmirəm, ancaq təkcə bu məsələnin mahiyyətini detallarına qədər yazsam, çox adam uduzacaq. Mənim isə itirəcək heç nəyim yoxdur, papağınızı da başınıza qoyub yaxşı-yaxşı fikirləşin, tüpürməyin bu ölkədə haqqın-ədalətin üzünə... Hər kəsi həbs etməklə, öldürməklə sındırmaq olmur. Öz problemlərimi də ictimailəşdirməyi xoşlamıram. Keçən dəfəkinə baxmayın, bu dəfə haqqı olanların haqqı yeyilsə, ağ kəfənlilərin də üsyanına hazır olun! 

3.Hələki o məmurların və rəhbərlik etdikləri məmur komandasının üzvlərinin adını yazmıram. Amma xəbərdar edirəm.

4.Bu məmurlardan biri 3-cü binanın jurnalistlərə verilməsinin əleyhinədir, şəhid ailələrinə verilməsini istəyir. O biri məmur isə binanın şəhid ailələrinə verilməsini təqdir etməsə də, ancaq tezliklə jurnalistlərə verilməsini də məqbul saymır. 

 

HAŞİYƏ: E.Əliyevin məlum statusunu bəyənənlər içərisində jurnalistlər binasından ev alan şəxslər də var. Rəzalətdir! Məsələn, Xalid  Niyazov! Xalid müəllim, siz jurnalistlər binasından ("Respublika" qəzeti) ev almısınız. Bunun adını nə qoyaq? Əgər ürəyiniz belə yanırsa, bir nümunə  göstərin, aldığınız evi bir şəhid ailəsinə verin! Mənim sizinlə heç bir problemim də yoxdur. İradlarımı da təmkinlə qəbul edin. 

- Prezident İlham Əliyev prinsipial liderdir! O, işlətdiyi ifadənin məsuliyyətini bilən dövlət adamıdır. Binanın təyinatının dəyişdirilməsi İ.Əliyevin prinsiplərinə ziddir. O, verdiyi sözü geri götürməyəcək. Bəs nə etmək istəyirlər? Bəzi məmurlar İ.Əliyevin prezidentliyi dövründə hörmətsizlik edib ilk dəfə onun qərarını dəyişdirmək niyyətindədirlər. İndiyə qədər belə bir presedent olmayıb. Media ilə Prezident arasında növbəti çat yaratmaq üçün təxribatdır! Öncə ictimai rəyə hesablanan məlumat dövriyyəyə buraxılır, nəticədə bir qrup jurnalist iyrənib ev iddiasından geri çəkilir, bir neçə jurnalist sahəsini dəyişir, hər şeyi sıfırdan, zillətlə başlamağa məhkum edilir. Və... ən sonda mənzillər öz adamlarına verilir. Keçməyəcək! Heç kəsin davası mənzil davası deyil, bu, zülmlə, kirayələrdə yaşayan həqiqi jurnalistlərin yeyilən haqqı uğrunda savaşdır. 

Jurnalistlər üçün tikilən 3-cü bina minlərlə şəhid ailəsinin, qazilərin mənzil problemini birdəfəlik həll etməyəcək. Bunun üçün dövlətin proqramları var və şəhid alələri, qazilər mənzillərlə təmin olun(acaq)urlar. Deputat Etibar Əliyevin də belə bir təxribat xarakterli təklifi Prezident İ.Əliyevin şəhid ailələri və qazilərlə bağlı atdığı addımların yarımçıq olduğunu göstərmək niyyəti daşıyır. Və bunu da E.Əliyevin vasitəsilə edib suyu bulandırırlar. 

Sonda xatırlatma: Qaşları kobud və bitişik, baxışları aldadıcı, alnı qismən geniş adamlar maddiyyata, eyş-işrətə, başqasının maşası olmağa meylli olurlar.  Arxiv sənədlərini araşdırın, 37-ci ilin repressiya qurbanlarının üzünə duran hal şahidlərinin hamısının qaşları, dodaqları, üz cizgiləri elə bu şəkildədir. 

Nəhayət,əlvida, Etibar Əliyev! Heç kəs evsiz qalmayacaq, amma sənin bu xalqın ürəyində bircə çimdik yerin-yuvan olmayacaq! Ədalətli və savadlı insanlar yol verməyəcək ki, sizlərin təxribatları keçsin. Prezident İlham Əliyevin 44 günlük Zəfər müharibəsindən sonra dünyada daha da artan nüfuzuna bu şəkildə kölgə salmaq, bunu ictimai rəyə sırımaq yolverilməzdir, yol verilməyəcək!”.

 Bəli, deputat sözünün siyasi məsuliyyətini bilməlidir! Bir daha deyirik, Prezidentin jurnalistlər üçün yaşayış binasının tikilməsi barədə qərarı dəyişməzdir, siyasi korların müzakirə mövzusu deyildir!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN