"Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləqdir və bütün işlər plan üzrə gedir".

Tezadlar.az AzTV-dəki Yeni il təbrikinə istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Dövlət başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib. Sitat: “Zəngəzur dəhlizinin açılması mütləqdir, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.

Bəli, Azərbaycan bölgədə söz sahibidir və bu sahiblik tarixin zamana diqtəsidir!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN