Ermənilərin Qarabağda faydalı yataqlarımızın qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir.
Tezadlar.az Bülbülün Şuşadakı Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyliyə istinadla bildirir ki, ötən ilin dekabrın 12-dən başlayan aksiya ötən gecə boyu da davamlı olub. Ermənilərin yalanlarına baxmayaraq mülki məqsədli yük və digər humanitar məqsədli nəqliyyatın hərəkətinə maneçilik yoxdur. "Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır...", -deyən F.Hacıbəyli bildirib ki, bununla belə, hələki Rusiya Sülhməramlılar Komandanlığından da aksiyaya heç bir maneə yoxdur. "Onlar da başa düşür ki, Qarabağ Azərbaycan torpağıdır və burada ermənilərin hikkəsi və özbaşınalığı deyil, Azərbaycanın qanunları işləməlidir!", -deyib müsahibimiz.
A.Məmmədli