Ukraynalı jurnalistlər yayda İranda Şahed kamikadze pilotsuz uçan aparatları idarə etməyi öyrədən 4 rusiyalı hərbçinin fotolarımı mediada yerləşdiriblər.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Bu barədə Slidstva.Info və Our Money.Lviv tərəfindən birgə araşdırmaların gəldiyi nəticələrdir. Belə ki, araşdırma müəllifləri yazır: “Ordu yarışları adı altında İranda Rusiya hərbçiləri “Şahed” kamikadze pilotsuz uçan aparatları idarə etməyi öyrəniblər... Rusiya Müdafiə Nazirliyinin 294-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzinin hərbçiləri tərəfindən “Şahed” pilotsuz təyyarələri Ukrayna ərazisinə buraxılır”.
Jurnalistlər Ukraynada "Şahed terror" aktlarında birbaşa əli olan 4 rusiyalı zabitin kimliyini müəyyən ediblər.
Onların hamısı Kolomnadan olan 294-cü mərkəzin hərbçiləridir:
-Sergey Sozinov;
-Andrey Stepovoy (Rusiya Hərbi Hava Qüvvələrinin kapitanı);
-Gleb Pivkin;
-Yevgeni Qluxov (Rusiya Hərbi Hava Qüvvələrinin leytenantı).
Kolomnada ruslar dron operatorlarını hazırlayır və qoşunlara göndərilməzdən əvvəl yeni nümunələri sınaqdan keçirir.
2022-ci ilin avqustunda bu mərkəzdən olan rus hərbçiləri İranda təlimlər keçirib. Bundan başqa, “məşqlərin” vaxtı İran pilotsuz təyyarələrinin ilk partiyasının Rusiyaya çatdırılma tarixinə təsadüf edib.
Rusiya hərbi dairələrindən isə bu məlumatlara hələki reaksiya yoxdur.
A.Məmmədli