Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində güclü yanğın baş verib...
FHN baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Lakin hələki yanğının qarşısını almaq mümkün deyil... Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir. İlkin məlumata görə "Şirniyyat" kimi tanın bölmədə 12-14-cü sıralarda olan dükanlar yanır...
"Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqədar polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib". Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb... "Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb", -E.Hacıyev deyib.
Yanğın isı hazırda da davam edir. Nədən baş verdiyi hələki bəlli deyil. Ümimiyyətlə isə, ticarət mərkəzində yanğın mühafizəsi tədbirləri olduqca az olub...
A.Məmmədli