Ermənistan təxribatlardan əl çəkmir...
Artıq bir müddətdir ki, düşmən ölkənin silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində təxribat törədir. Təbii ki, düşmənə layiq olduğu ikiqat cavab verilir. Amma yenə də sual yaranır: niyə bu təxribatlara Rusiya sülhməramlıların reaksiyası yoxdur??? Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytının məlumatına görə, bu gecə- iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Doğrudanmı bu atəş səsləri Rusiya sülhməramlıları üçün eşidilməzdir...
A.Məmmədli