Muzeydə keçirilən mərasimdə həm də Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov haqqında "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin "Əfsanəvi kəşfiyyatçı" kitabı təqdim olundu...

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun şəxsi əşyalarının muzeyə təqdim olunması mərasimi keçirildi.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, sonra şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarlı, Muzeyin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun əmisi Yusif Əkbərov, Polkovnik-leytenant Azər Baxşəlieyev, Şəhid qəhrəman Orxan Əkbərovun həyat yoldaşı Nuranə Əkbərova, «Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov» kitabının müəllifi Asif Mərzili, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru Nurulla Əliyev, eləcə də Qarabağ Müharibəsi veteranı, jurnalist Elçin Məmmədli və başqaları çıxış etdilər.

Tədbirin gedişində Azərbaycanın müharibə tarixinə, eləcə də Vətən Müharibəsi qəhrəmanlarının döyüş yoluna həsr edilmiş bədii kompozisiyalar nümayiş etdirildi.

Tədbirin sonunda qonaqlar Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun şəxsi əşyalarının nümayişi ilə tanış oldular.

muz-1-2

muz-2-2

muz-1

 

ARAYIŞ: Ailədə dörd qardaş olan Orxan Əkbərov 1982-ci ilin 12 dekabrında ziyalı ailəsində anadan olub. Orta məktəbi Biləsuvar şəhəri, 1 saylı tam orta məktəbdə başa vurub. Uşaq yaşlarından hərbçi olmaq istəyən O.Əkbərov idman sahəsində peşəkar boksçu kimi dəfələrlə rayon çempionu olub. Hərbi xidmət illərində isə hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışların qalibi olaraq mükafatlandırılıb.

 Orxan Əkbərov 2000-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq təhsilini leytenant rütbəsi ilə başa vurub. 2005-ci ildə Təlim Tədris Mərkəzində təhsilini artıran bacarıqlı kəşfiyyatçı Füzulidəki “N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri olub. Şəhid olduğu günədək hərbi xidmətini ön cəbhədə yerinə yetirib. İgid kəşfiyyatçı Orxan Əkbərovun qorxmazlığı, hərbi bilik və bacarığı komandanlıq tərəfindən həmişə diqqətdə saxlanılıb, yüksək qiymətləndirilib. Bu xidmətləri fəxri fərman və diplomlarla qiymətləndirilib. Beyləqan və Ağdam rayonlarındakı “N” saylı hərbi hissələrdə kəşfiyyat rəisi olub. Xidmət illərində də nizam-intizamı, qorxmazlığı, peşəkarlığı ilə seçilib. Və qarşıya qoyulan ən mürəkkəb tapşırıqları yüksək səviyyədə və dəqiqliklə yerinə yetirib. Orxan Əkbərov 2019-cu ildən başlayaraq, Azərbaycanın işğal altında qalmış cəbhə bölgəsində, “N” saylı hərbi kəşfiyyat hissəsinə komandir təyin edilib. Orxan Əkbərov komandanlığın bu etimadını ləyaqətlə yerinə yetirib və düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak edib. Vətən uğrunda döyüşlərə atılanda da o, əsgərlərindən öndə olub.

Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatında iştirak edərək son nəfəsinədək döyüşüb qəhrəmancasına həlak olan, İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan oğullarımızdan biridir. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edən, 2020-ci ilin sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərən Orxan Əkbərov düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Orxan Əkbərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” Fəxri adı verilmişdir. Eyni zamanda Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüş əməliyyatlarındakı igidlik və şücaət nümayiş etdirdiyinə görə, Orxan Əkbərov Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun adı verilmişdir.

A.Məmmədli

 muz-8

muz-4

 

muz-6

muz-10

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN