booked.netbooked.net booked.net  

...Reyestr məsələsi geniş müzakirəyə çevrilib... Bilən də danışır, bilməyən də...  Hələ də aydın deyil ki, etirazçılar nə istəyir: reyestrə düşmək, yoxsa reyestrin ümumiyyətlə, ləğv edilməsini! Məsələ ondadır ki, reyestrin qapıları hamının üzünə taybatay açıqdır, sadəcə, sistemin sadə şərtlərinə riayət edilməlidir. Bilgisizlikdən problem yaşanır: "Təzadlar"ın bir əməkdaşı sistemin günahı üzündən reyestrə düşə bilməyib. Niyə! Çünki Əmək və Sosial Müdafiə Nazirliyi əmək müqaviləsinin məlumatlarını sistemə oturtmayıb. Sistemin qaydaya düşməsini gözləyirik, vəssalam. Daha aksiya keçirməkmi lazımdır?!
İkincisi və ən vacibi, reyestr bütün sahələrdə var, avtomobillərdən tutmuş, gömrük rüsumlarına, vergi tələblərinə və s kimi. Reyestr sistemlilik deməkdir. Ətraflı izaha ehtiyac görmürəm. Amma məlumatsızlar məsələni süni şişirdirlər. Deyim: reyestrə daxil olanda 4-5 nazirlikdə toplanmış şəxsi və iş məlumatlarınızın reyestrə daxil edilməsi tələb olunur. Əgər diplomunuz saxtadırsa, yaxud ABU-dan, başqa özəllərdən, filiallardanş Gürcüstandan, Dağıstandan alınıbsa və TN- NİN BAZASINDA YOXDURSA, SİSTEM SİZƏ ETİRAZ VERƏCƏK. Yaxud, üzərinizdə məhkumluq qalırsa, əmək müqavilənizin stajı sistemdə yoxdursa, DSMF-yə ödənişləriniz olmayıbsa və s. yenə də sistem sizə etiraz verəcək. ƏN VACİBİ: bəziləri elə bilir ki, MEDİA-nın rəhbəri Əhməd İsmayılov, yaxud MEDİA- nın əməkdaşları sistemdə oturub tanış- bilişin məlumatlarına " hə" deyir, digərlərinə isə "yox!". Elə deyil, cənablar! Girin sistemə, qrafaları yoxlayın, məlumatlarınızı düzgün daxil edin, sonda sistem sizdən 20 manat dövlət rüsumu tələb edəcək, ödəyin, vəssalam! Təkrar edirəm, biz bir əməkdaşımız üçün 2 dəfə cəhd etdik, 40 manat rüsum da ödədik, sonda məlum oldu ki, DSMF-nin məlumat bazasında uyğunsuzluq var. Gözləyirik, hay- küy salmırıq... Çünki sistem MEDİA- ya deyil, ASAN Xidmətə tabedir, yəni bu quruma inteqrasiya edilib.
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN