Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev ötən gün Milli Məclisdə şikayətçi vətədaşları qəbul etdiyini və onların ərizələrini aldığını bildirib, lakin etiraf edib ki, hər şeyin həlli onlardan asılı deyil.
“Bu gün Milli Məclisdə dörd nəfər vətəndaşı qəbul etdim və problemlərini dinlədim. Ərizələrini aldıq və aidiyyatı üzrə məşğul olacağıq. Vətəndaşlara cani-qəlbdən kömək etmək istəyirik, amma hər şey də bizlik deyil. Yalnız söz və ərizə ilə həll etmək mümkün olmur. Ümid edirəm ki, dövlət orqanları və məmurlarla deputatlar arasında daha effektiv əməkdaşlıq olacaq ki, konkret insanlara kömək edə bilək”, -deyə millət vəkili vurğulayıb.
Xatırladaq ki, MCP lideri Razi Nurullayev 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilib. Razi Nurullayev MM-in fəal millət vəkillərindəndir və bu fəallığına görə də seçicilərinin rəğbətini qazanmağı bacarıb. Millət vəkili həm tez-tez seçiciləri ilə görüşür, mümkün olduğu qədər onların xeyirində-şərində iştirak edir, həm də MM-də qəbul edərək problemlərinin həllinə kömək etməyə çalışır. Lakin özünün də vurğuladığı kimi, vətəndaşların problemini həll edilməsi üçün dövlət qurumları, ayrı-ayrı məmurların deputatlarala effektiv əməkdaşlığı olmalıdır.
JASMİN