Türkiyənin Kahramanmaraş şəhərində verən zəlzələ nəticəsində bir göz qırpımında dağılıb tökülən binaların tikintisində əli olan 134 nəfər məsuliyyətə cəlb olunub və 3 nəfər artıq qandallanıb.

Tezadlar.az CNN-türk-ə istinadla bildirir ki, bu məlumatı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib. Bozdağçdeyib ki, zəlzələ bölgəsində baş verən soyğunçuluq və oğurluqla bağlı da 75 hadisədə 64 şübhəli barəsində cinayət işi açılıb, onlardan 57-si həbs edilib, 7 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Türkiyə TV-lərində və sosial şəbəkələrdə yayımlanan videogörüntülərdən məlum olur ki, zəlzələ anı və az sonra bir sıra monolit binalar dağıntıya məruz qalmasa da, bəzi təzə tikilmiş binalar çürük taxta parçaları kimi ovulub tökülüb və yerə gömülüb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN