Ceyhun Bayramov özünün tvitter hesabında yazıb.“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı”.

Nazir yanğında vəfat edənlərin ailələrinə başsağlığı verib : ”Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.

Xatırladaq ki, Türkiyənin 9 vilayətində baş verən genişmiqyaslı meşə yanğınının bir qismi nəzarət altına alınıb.

 Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Kütahyanın Emet qəsəbəsindəki yanğının söndürüldüyünü bildirib.

Bundan başqa Adananın Kozan rayonunda yanğın nisbətən nəzarətə alınıb, Kütahyanın Samrık dərəsi kəndində 5 saatlıq, Muğlanın Köyceğiz qəsəbəsində 6 saatlıq fasiləsiz fəaliyyətlərdən sonra yanğının qarşısı alınıb.

Aydın Germencik rayonundakı biogaz qurğularında baş verən yanğının qarşısının alınması üçün isə yanğınsöndürənlərin müdaxilələri davam edir.

Muğlanın Bodrum və Milas rayonu sərhədində yanğının miqyası böyüyür. Yanğın Milas rayonunun Meşəlik məhəlləsində yerləşən otellərə də yayılıb. Otellərdəki turistlər təxliyə edilib.

Hadisə yerində ölən və yaralananlar haqqında məlumat yoxdur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN