...Artıq neçə gündür sosial mediada Xaçmaz rayonundan Milli Məclisdə deputat olan Eldəniz Səlimovun rayondakı “Starıy dvor” restoranında polisi döyməsi barədə məlumat yayılıb.

Maraqlıdır ki, bu vaxtadək Daxili İşlər Nazirliyi və ya Xaçmaz rayon Polis Şöbəsi məsələyə aydınlıq gətirməyib. Yəni, RPŞ-dən, yaxud DİN-dən hadisəyə dair susqunluq nümayiş etdirilir. Bu isə hadisənin ciddi araşdırıldığını və ya həqiqətən də baş verdiyini təsdiqləyən hal hesab edilə bilər.
"Təzadlar" olaraq xatırladırıq ki, qeyd olunan xoşagəlməz hadisə neçə gün əvvəl polis əməkdaşlarının deputatın yeyib-içdiyi “Starıy dvor” restoranında reyd keçirdiyi zaman baş verib. Belə ki, DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb ediblər.
Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edərək, onu döyüb. Hadisə şahidlərinin mediaya sızdırdığı məlumatda isə bildirilir ki, həmin restoran deputatın yaxın qohumuna məxsusdur.
Bütün hallarda, DİN məsələyə aydınlıq gətirməlidir. Deputat statusu burada fərqli rol oynaya bilməz. Qanun hamı üçündür, o cümlədən deputat üçün də. Nəzərə alaq ki, o qanunu qəbul edən və səs verən də elə deputatdır!
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN