booked.netbooked.net booked.net  

1 ildir davam edən müharibədə hiss olujur ki, hər iki ölkə-Rusiya vı Ukrayna yorulub, amma müharibəni dayandıracaq, araya sülh gətirəcək bir ecazkar qüvvə də yoxdur...

Ona görə də iddialar, ehtimallar irəli sürülür. Məsələn, "Ukrayna ərazisində hərbi əməliyyatlar, uzağı, 2023-cü il bitənə qədər davam edə bilər. Hər iki tərəf, şərait yaranarsa, hücum imkanlarından istifadə edəcək” kimi iddia ilə çıxış edən Latviya Təhlükəsizlik Xidmətinin məlumatlarında qeyd edilir ki, Rusiya hələ də strateji hədəflərini dəyişməyib və Kreml qışdakı fasilədən sonra yeni hücuma keçməyi planlaşdırır. Bununla yanaşı, Moskva Kiyevə qarşı hücumu bərpa etmək imkanını nəzərdən keçirir, çünki Donbasın tam işğalı minimum taktiki məqsəddir. Sitat: “Sülh danışıqlarının bərpası hələ mümkün deyil - Rusiya Ukrayna ərazisini tərk etməyə, Ukrayna isə ərazi itkilərinə hazır deyil. Rusiyanın danışıqları bərpa etməyə hazır olması barədə göndərdiyi siqnallar blef kimi qiymətləndirilə bilər. Rusiya istənilən atəşkəsin başlıca benefisiarı olacaq. Onun yenidən qruplaşması və hazırlanması üçün vaxt lazımdır”.

Ekspertlər də hesab edir ki, ABŞ və Avropa ölkələri Ukraynaya lazımi hərbi dəstəyi verərsə, Rusiya çıxılmaz vəziyyətlə üzləşə və məcburən işğala son qoya bilər. İndiki halda Rusiyanın geri çəkilməyə faktiki imkanı məhdudddur, bu, Putin hakimiyyətinin süqutu deməkdir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN