Tbilisidə maraqlı və həm də olduqca xoşagəlməz hadisə baş verib...

Belə ki, Paytaxt meri Kaxa Kaladze Tbilisi şəhər şurasının iclasında şəhərdəki vandalizm faktlarından danışıb. Kaladze bildirib ki, Tbilisidə Hindistanın siyasi və ictimai lideri Mahatma Qandinin heykəlinə qarşı vandalizm faktı törədilib. Kaladze təəssüflə qeyd edib ki, abidəyə zərər yetirilib və heykəldən eynək oğurlanıb.

 Xatırladaq ki, M.Qandinin heykəli Tbilisinin Varketili rayonunda 10 iyul tarixində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və onun gürcü həmkarı David Zalkalianin iştirakı ilə açılışı olub.

Bəs eynək niyə oğurlanıb və ya bu eynək kimə lazım idi??? Maraqlıdır ki, bu hadisəni törədən şəxsin niyyəti heç də madddi qazanc əldə etmək yox, iki ölkə arasında qalmaqal yaratmaq olmuşdur. Gürcüstan vətəndaşlarının sosial şəbəkə məlumatlarında isə bunun daha çox ermənilər tərəfindən edildiyinə işarə vurulur. Çünki Gürcüstan Ermənistanla yaxın olsa da, Azərbaycanla daha strateji əlaqələrə malikdir, Qarabağ məsələsində də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini alqışlamışdı.

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN